İlham Yadullayevin dili tutulub?!

8.12.2024 00:47 711
Aktual / Ölkə futbolu
U-17-lər arasında Avropa çempionatının 2024/25 mövsümünün 2-ci mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində millimizin rəqibləri müəyyənləşib. B liqasının 6-cı qrupunda yer alan U-17 lbaniya və Uels yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunları gələn ilin martında Albaniyada keçiriləcək. U-17-nin baş məşqçisi İlham Yadullayevin püşklə bağlı fikirlərini öyrənmək istəsək də, danışmadı, “biz öz fikirlərimizi AFFA-ya deyirik” dedi. Vallah-billah, çox gülməlidi. Püşklə bağlı danışa bilməyən adam yeniyetmələri oyuna necə hazırlaya bilər? Heç hazırlaya da bilmir. Bütün komandalar bizimkiləri harda gördülərsə, sillə-təpiyin altına salırlar. Yunan 3 qol vurur, rumın 4 qol. Belədə adamın nəinki dili, hər yeri tutular!

ƏSƏD SEYİDOV