Türkiyənin dörd nəhəngindən biri olan ''Trabzonspor'' çox bərbad bir mövsüm keçirməkdə davam edir.
Məşqçi dəyişikliyindən və Şenol Günəşin gəlişindən sonra nəticələr heç də yaxşılaşmayıb. 14-cü turda qaradənizlilər ''Alanyaspor''un qonağı oldu. ''Trabzonspor'' erkən qolla fanatlarını sevindirsə də, davamını gətirə bilmədi. Fasiləyə qədər penalti ilə hesabı bərabərləşdirən meydan sahibləri ikinci hissənin əvvəllərində qələbə qolunu vurdular. ''Alanyaspor''un 70-ci dəqiqədən azlıqda oynaması da qonaqlara yardım etmədi.
Son 5 turda 4-cü dəfə uduzan və 13-cü oyunu yalnız 3 qələbə (6 heç-heçə, 4 məğlubiyyət) ilə tamamlayan ''Trabzonspor'' bir antirekordunu yenilədi, digərini isə təkrarladı. Komanda tarixində ilk dəfə ilk 13 çempionat oyununu 3 qələbə ilə başa vurdu. Bundan başqa ''Trabzonspor'' tarixində yalnız ikinci dəfə çempionatda ilk 7 səfər oyununu qələbəsiz başa vurdu (4 heç-heçə, 3 məğlubiyyət). Bu hal daha öncə yalnız 1985/86-da yaşanmışdı.
ƏLİ