Cəlalın komandasından növbəti qələbə

9.11.2024 13:09 242
Dünya futbolu
Millimizin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

“Football-plus.az” xəbər verir ki, komanda Bolqarıstan çempionatının 14-cü turunda səfərdə “Botev Vratsa”nın qonağı olub. Görüş "Arda"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Cəlal bu oyunda meydana çıxmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Arda” turnir cədvəlində 27 xalla 5-ci yerdədi.