''Qalatasaray''ın tarixində iz buraxan futbolçulardan olmuş Ayhan Akmanın hələ ki, heç bir oğlunun karyerası istənilən səviyyədə irəliləmir.
Həm Həmzə Akman, həm də Efe Akman ''Qalatasaray''ın yetirməsidi. 2006-cı il təvəllüdlü Efe hazırda ''Cim-Bom''dadı. Okan Buruk ona yalnız bəzi matçlarda son anlarda oynamaq şansı verir. 2004-cü il təvəllüdlü Həmzə isə yayda ''Qalatasaray''la müqaviləni yeniləməkdən imtina edərək Danimarkaya yollanmışdı. Avqustun 1-də o, ''Sonneryuske'' ilə üçillik müqavilə imzalamışdı. Amma 20 yaşlı yarımmüdafiəçi yeni klubda heç yarım mövsüm də oynaya bilmədi. ''Sonneryuske'' bu futbolçu ilə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu açıqlayıb.
Akman yeni klubunda 3 ay ərzində yalnız ölkə kubokunda olmaqla 1 rəsmi oyuna çıxa bildi. Daha 2 oyunu isə əvəzedici heyətdə keçirdi. ''Sonneryuske'' Danimarka çempionatında ortabab klublardan biridi. Bu kollektiv hazırda 12 komandalı çempionatda 10-cu pillədədi.
ƏLİ