Sabiq futbolçu peşəkar tennisə başlayır

30.10.2024 23:30 250
Dünya futbolu
Dieqo Forlanla bağlı çox maraqlı xəbər yayılıb. Sabiq məşhur futbolçu bundan sonra gücünü başqa idman növündə sınayacaq.

Uruqvay yığmasının sabiq hücumçusu peşəkar tennis karyerasına başlayır. 45 yaşlı Dieqo noyabrda tennis üzrə keçiriləcək “Uruguay Open” turnirində çıxış edəcək. O, Federiko Koria ilə yanaşı yarışacaq.

Qeyd edək ki, Forlan futbolçu Avropa karyerası ərzində “Mançester Yunayted”, “Vilyarreal”, “İnter” və “Atletiko”da oynayıb. Uruqvay yığmasında 112 oyuna 36 qol vurub.