Rahilin komandası kubokda mübarizəni dayandırdı

30.10.2024 13:51 357
Dünya futbolu
Polşa kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" öz meydanında "Şlensk"lə qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

Bu nəticədən sonra "Radomyak" kubokla vidalaşıb.