• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Naxçıvan rəhbərliyi də bizə jest etməlidi" - Elmar Baxşıyevdən konkret mesaj

Premyer-liqa / Manşet

26-10-2024, 19:0

Misli premyer-liqasının 11-ci turunda "Zirə"ni qəbul edən "Araz-Naxçıvan" heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Dinamik və mübarizəli oyunun şahidi olduq. Hər iki komanda yaxşı nəticə qazanmağa çalışırdı. Futbolçularımın oyunundan razı qaldım. Əvvəldən qurduğumuz planları yerinə yetirə bildik. Növbəti oyuna hazırlaşacağıq.

- Son dəqiqələrdə təzyiqi artırmışdız. Penalti olmasa belə, bərabərlik qolunu vura biləcəyinizə inanırdız?
- Bunu dəqiq deyə bilmərəm. Hər şey ola bilərdi. Məni sevindirən məqam komandamın oyundan qopmaması, sona qədər öz şansını axtarmasıydı. Uduza da bilərdik. Vacib məsələ oyunun yaxşı təşkil olunmasıdı.

- Bu mövsüm yalnız "Qarabağ"a uduzmusuz. Ağdam təmsilçisinin gücünü nəzərə alsaq, həmin məğlubiyyət başadüşüləndi. Bəs məğlubiyyətsizlik seriyası komandadaxili ab-havaya necə təsir edir?
- "Qarabağ"a böyük hesabla uduzsaq da, qorxuya düşmədik. Həftəlik proqramımız davam edir. Futbolçularım təzyiq altında çıxış edə biləcək qədər təcrübəlidi. Yenə də komandamın daha çoxunu bacaracağına inanıram. Rəngarəng ola bilərik. Bu, maksimum gücümüz deyil.

- İddialara görə, üçüncü dövrədən etibarən Naxçıvanda meydana çıxacaqsız. Bu baş versə, komandaya mənfi təsirləri olacaqmı? Çünki Mərdəkanda 20-30 azarkeş önündə çıxış edirsiz. Muxtar Respublikada isə tələb və təzyiq çox olacaq. Hesabda geri düşəndə narazılıq yarana bilər.
- Mənə hansısa mənfi təsiri olacağını düşünmürəm. Futbolçularım da azarkeşlərin önündə oynamaq istəyir. Futbolda qol buraxmaq da var, vurmaq da. Tərəfdarlarımızın dəstəyi altında meydana çıxsaq, daha yaxşı olar. Bunu dəfələrlə demişəm. Çox istərdim ki, öz diyarımızda oynayaq, sevincimizi Naxçıvan camaatıyla bölüşək. Mən baş məşqçi kimi üzərimə düşəni edirəm və edəcəm. Rəhbərlikdən xahiş edirəm ki, "Araz-Naxçıvan"ı Naxçıvana aparsın.

- Naxçıvana qayıtsaz, orda məskunlacaqsız? Bəzi futbolçular buna razı olmaya bilərmi?
- Normal və sağlam kollektivimiz var. Hamısı uğur qazanmaq istəyir. Uğur hardadısa, orda yaşamağa, ab-havasına uyğunlaşmağa hazırdılar. Sadəcə, bizə bu şəraitı yaratmalıdılar.

- Dünən Sərxan Hacıyevə belə sual ünvanlandı: Qəbələnin stadionu qısa müddətdə UEFA-nın standartlarına uyğun hala gətirilir. Naxçıvanın stadionu iki ildi niyə təmir olunmur? Bu gün mütəxəssislər, futbol adamları, naxçıvanlı azarkeşlər komandanın Naxçıvanda meydana çıxmasını istəyir. Düzdü, deyə bilərsiz ki, bu mövzu sizə aid deyil. Amma siz rəhbərliklə bu barədə danışmısızmı?
- Düzdü, hər kəs "Araz-Naxçıvan"ın evində meydana çıxmasını istəyir. Amma məsələ məhz klub rəhbərliyi ilə bağlı deyil. Naxçıvan rəhbərliyi də bunu istəməli, bizə dəstək olmalıdı. "Araz-Naxçıvan" nə Elmar Baxşıyevin, nə də klub rəhbərinin komandasıdı. Kollektiv Naxçıvanındı, bu bölgəni təmsil edir. Naxçıvan rəhbərliyi də bizə jest etməlidi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

5-10-2024, 21:0

"Araz-Naxçıvan" hakimlər tərəfindən "dartılır"? - Baxşıyev cavabladı

Premyer-liqa / Manşet

19-10-2024, 17:0

"Komanda olaraq, daha yaxşı çıxış edə bilərik" - Elmar Baxşıyev

Ölkə futbolu

25-07-2024, 01:0

Elmar Baxşıyev: “Bundan sonra “Qarabağ”la keçirəcəyimiz matça hazırlaşacağıq”

Ölkə futbolu / Premyer-liqa

11-05-2024, 20:0

Elmar Baxşıyev: “Dəyişiləsi çox şey var”

Premyer-liqa / Manşet

21-09-2024, 20:0

"Özünəinam artdıqca daha yaxşı oynayacağıq" - Elmar Baxşıyev

Premyer-liqa / Manşet

30-10-2022, 21:0

"Bu, oyunun qırılma ani idi" - Elmar Baxşıyev

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Bu gün, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Bu gün, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Bu gün, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Bu gün, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Bu gün, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Bu gün, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Bu gün, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:10
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Bu gün, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Bu gün, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Bu gün, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Bu gün, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə