Yusif britaniyalıların qəzəbinə düçar olub

25.10.2024 23:40 240
Aktual / Yığma
Yusif İmanovun viza probleminə görə İngiltərəyə gedə bilmədiyini xəbər vermişdik. Aydın məsələdi ki, futbolçu yığma ilə başqa ölkəyə getməli olanda viza problemini AFFA həll edir.

Görəsən, Yusifin viza problem nə ilə bağlıdı?

Bu sualı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:
“Böyük Britaniyanın ölkəmizdəki səfirliyinə viza üçün müraciət olunmuşdu. Amma vizaların verilməsi ilə bağlı bəzi çətinliklər yaarandı. Sonradan hətta AFFA hətta İngiltərə Futbol Assosiasiyasına da bu məsələ ilə bağlı müraciət etdi. Danışıqlardan sonra bəzi futbolçulara viza ala bildik. Təəssüf ki, Yusif İmanova viza verilmədi”.


ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul