• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ay-ulduzlu formanı geymək hər kəs üçün şərəf olmalıdı”

Dünya futbolu

19-10-2024, 20:0

Türkiyə Futbol Federasiyasının ölkədən kənarda yetişən qürbətçi oyunçularla bağlı çalışmaları davam edir.

Bilindiyi kimi, Almaniyada doğulan və hazırda “Ştutqart”da forma geyən Atakan Karazor bu ay ilk dəfə Türkiyə yığmasına dəvət almışdı. TFF indi də diqqətini “Portu”lu Dəniz Gülə yönəldib. İsveçdə doğulan və “Hammarbü”nün yetirməsi olan 2004-cü il təvəllüdlü forvard bu yay 4,5 milyon avroya “Portu”ya transfer olunub.

Dəniz Gül indiyə qədər İsveçin U-19 və U-21 yığmalarında forma geyib. Amma əsas yığmaya dəvət almayıb. İstedadlı futbolçu bu mövsüm “əjdahalar”ın heyətində 2 rəsmi oyuna çıxaraq 1 qol vurub. TFF-nin başqan vəkili və idarə heyətinin üzvü Ceyhun Kazancı bu mövzuda açıqlamalar verərək bunları deyib:

“Türk olan hər kəs üçün yığmanın qapıları açıqdı. Bura ən güclülərin toplaşdığı yerdi. Biz də ən yaxşıları komandaya qazandırmaq, “hovuzu” genişləndirmək üçün əlimizdən gələni edirik. Burda əsas meyar odu ki, onlar özləri Türkiyədə oynamağı ürəkdən istəsinlər. Xaricdə doğulan, eləcə də türk dilində danışa bilməyən vətəndaşlarımız var. Burdakı ab-havanı onlara anlatmağa, ay-ulduzlu formanın önəmini başa salmağa çalışırıq. Axı bizin qanımızdan olanlar nə üçün başqa yığmanın şərəfini qorumalıdı? Bununla bağlı geniş araşdırmalarımız davam edir. Dəniz Gül böyük gələcək vəd edən futbolçulardan biridi. Özü də Türkiyənin ehtiyac duyduğu “9 nömrə”, yəni mərkəz hücumçusu mövqeyində oynayır. Dəyərli futbolçudu. Yığmanın məşqçilər korpusunun da çox incələdiyi və bəyəndiyi oyunçudu. Onu yığma komandamıza qazandırmaq istəyirik. Hazırda İsveçin U-21 yığmasında çıxış edir. Onunla söhbətdə özünün də Türkiyə üçün oynamaqda maraqlı olduğunu hiss etdik. Amma məsələnin yekunlaşmasına hələ çox var. Əvvəlcə onun razılığını almalı, sonra da bunu sənədləşdirməliyik. Dənizdən başqa da diqqət mərkəzində saxladığımız oyunçular var. Bizim dərdimiz rəqabəti gücləndirməkdi. Bunu etsək, məşqçinin də işini bir qədər rahatlaşdırmış olarıq. Artıq 3 aya yaxındı bu vəzifədəyəm. Yığma komanda ilə bağlı başqa layihələrim də var. Bunların detallarını qarşıdakı günlərdə açıqlayacam. Təkcə əsas yığmadan bəhs etmirəm. Bütün yaş kateqoriyalarını nəzərdə tuturam. Müasir dönəmdə yığma komanda üçün seçimlər daha şəffaf olmalıdı. Ölkəmizdəki hər istedadı görmək, müəyyənləşdirmək üçün ciddi çalışmalarımız var. Bütün oyunların təhlilini və göstəricilərini öz sistemimizə yükləməyə imkan verən bir layihənin üzərində çalışırıq. Buna nail olandan sonra 14 yaşlılar arasındakı çempionatdan başlayaraq bütün oyunları nəticələrindən asılı olmayaraq incələmək fürsətimiz olacaq. Aşağı yaş kateqoriyasında çıxış edən futbolçular işinə ciddi və məsuliyyətli yanaşmalıdı. Çünki bu yolun sonu əsas yığmaya gedib çıxır. Ay-ulduzlu formanı geymək hər kəs üçün şərəf olmalıdı. Əvvəlki illərdə aşağı yaş qruplarında inamlı çıxış edirdiksə, əsas yığmanın nəticələri nisbətən zəif olurdu. İndi vəziyyət dəyişib. Əsas yığma güclü oynadığı halda, aşağı yaş qruplarında sabitlik yaxalaya bilmirik. Düzdü, bəzən istisnalar olur. Amma 14-15-16 yaşlardan etibarən Türkiyənin güclü komandalara sahib olmasını istəyirik. Elə etməliyik ki, artıq hər yaş kateqoriyasında puşkdə bizə rəqib olan komandalar dərhal bizdən çəkinsin”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-10-2024, 22:0

''Ştutqart''ın ulduzu Türkiyə yığmasını seçdi

Dünya futbolu

1-12-2023, 19:0

Almanlar türklərin Canını almaq istəyir

Dünya futbolu

18-03-2023, 14:0

Niderlandda doğulan futbolçu Türkiyəni seçdi

Dünya futbolu

8-10-2024, 23:0

TFF qadına şiddəti qınadı, amma yığmaya təcavüzçü futbolçu çağırıldı!

Dünya futbolu

29-01-2023, 17:0

''Qalatasaray'' Türkiyə yığmasının üzvünü transfer etdi

Aktual
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
Son xəbərlər
  • Bu gün, 10:50
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 10:19
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 09:14
    Fransa və Meksika da 1/8 finalda - DÇ səhəri
  • Bu gün, 01:54
    "Səbail" sabiq futbolçusunu qaytardı - RƏSMİ
  • Bu gün, 01:24
    Sadiq Məmmədov "gümüş" qazandı - AÇ
  • Bu gün, 00:58
    Topu özü ilə apardı
  • Bu gün, 00:27
    "Neftçi"dən rekord: 7837 məhsul satıldı!
  • Bu gün, 00:02
    “Real”ı tərk etdi
  • Dünən, 23:32
    Sentyabrın 1-də 2-ci, 3-də 1-ci liqada yeni mövsüm başlayacaq
  • Dünən, 23:15
    "Zirə" Türkiyə klubuna məğlub oldu
  • Dünən, 22:59
    Holann Norveçi 1/8 finala çıxardı - DÇ gecəsi
  • Dünən, 22:52
    “O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
  • Dünən, 22:10
    Futbolçu suda boğuldu
  • Dünən, 21:43
    “Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək” – “Qarabağ”ın yeni futbolçusuna bax!
  • Dünən, 21:04
    Son 72 ildə bunu bacaran olmamışdı
  • Dünən, 20:15
    DÇ matçının ən yaxşı oyunçusu oldu
  • Dünən, 19:32
    Fransa yığması başsız qaldı
  • Dünən, 18:54
    Madriddən Londona üz tutacaq
  • Dünən, 18:23
    Üç aylıq işsizliyə son qoydu
  • Dünən, 17:57
    Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
  • Dünən, 17:48
    Noqeyra "Sabah"dan getdi
  • Dünən, 17:13
    Baş məşqçi kimi ilk təyinatını aldı
  • Dünən, 16:36
    İspaniya klubunda yeni təyinat
  • Dünən, 16:04
    Millilərdə məşqçi dəyişiklikləri oldu
  • Dünən, 15:40
    "Qəbələ" konqolu futbolçu transfer etdi
  • Dünən, 15:10
    Portuqaliyalı futbolçulardan təqdirəlayiq addım
  • Dünən, 14:49
    Kanada, Braziliya, Paraqvay, Mərakeş... – bu gün Norveçlə Fransanın da taleyi bilinəcək - DÇ günü
  • Dünən, 14:44
    Kaşkilyanın da Allahı var!
  • Dünən, 14:29
    Şirvanın iki futbol klubu birləşdi
  • Dünən, 14:09
    Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
  • Dünən, 13:56
    68 ildən sonra ən məhsuldar çıxış
  • Dünən, 13:28
    Afrika rekordu yeniləndi
  • Dünən, 12:46
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 12:15
    "Zirə" Türkiyə klubuna qarşı
  • Dünən, 12:00
    Dünya çempionatında yeni rekord
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə