• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ukrayna ilk xallarını Gürcüstan üzərində qazandı - İCMAL

Dünya futbolu

19-10-2024, 13:0

B liqasının 1-ci qrupunda keçirilən 3-cü turun oyunları arasında daha çox maraq doğuranı postsovet məkanından olan iki yığmanın görüşü idi. Səbəb sadədi: komandalardan biri ilk matçda qələbə qazanmış, digəri isə məğlub olmuşdu.

Ukrayna yığması məlum səbəbdən neytral meydanda – Polşanın Poznan şəhərində keçirilən matç ərəfəsində çox acınacaqlı vəziyyətdə idi. Albaniya (1:2) və Çexiyaya (2:3) ardıcıl iki məğlubiyət Sergey Rebrovun komandadakı mövqeyini yetərincə zəiflətmişdi. Növbəti uğursuzluq baş verəcəyi halda onun baş məşqçi postundan gedişinə səbəb ola bilərdi.

Tiflisdə Çexiyaya 4:1, Tiranada Albaniyaya 2:1 hesabıyla qalib gələn Gürcüstan yığması bu yay keçirilən Avropa çempionatından sonra qitədəki mövqeyini daha da gücləndirmişdi. Ukrayna əla formada olan rəqibini məğlub etməklə qrupdakı vəziyyətini normallaşdırmağa çalışacaqdı. Amma bu vəzifəni reallaşdırmaq heç də asan görünmürdü. Belə ki, Rebrov zədə səbəbindən Poznanda Lunin, Mikolenko, Zinçenko, Yarmolenko, Malinovski və Sıqankovdan, həmçinin indi optimal formada olmayan dayaq yarımmüdafiəçisi Stepanenkodan yararlana bilməyəcəkdi. Sonuncunu Gürcüstanla matçda normal şəraitdə yığmaya çağrılmayan Kalyujnı əvəzləməliydi. Ukrayna üçün ikinci çətin amil isə rəqibin gücü ilə bağlı idi.

Qeyd etdiyimiz kimi, Villi Sanyolun komandası qrupda vahid lider idi. Həm də Gürcüstan yığması Polşaya döyüşkən heyətlə gəlmişdi. Yəni qafqazlıların zədə ilə bağlı problemi yox idi. Sanki yaşıl meydanın vəziyyəti də ukraynalların əleyhinə yönəlmişdi: Poznan şəhər stadionunun qazonu xüsusilə cərimə meydançalarında yarıtmaz halda idi.

Start fitindən 13 dəqiqə sonra stadionun bir hissəsində işıqların sönməsi matçın təxminən 5 dəqiqə dayanmasına səbəb oldu. Sırf idman mübarizəsinə gəlincə, Rebrovun komandası 35-ci dəqiqədə hesabı açdı. Bunu Sudakovun ötürməsi ilə Mudrikin bacarması bir qədər gözlənilməz oldu. Çünki o, “Çelsi”yə böyük pullara başa gəlsə də, londonluların əsas heyətində heç cür möhkəmlənə bilməyib. Üstəlik klubda sonuncu qolunu mayda, milli formada isə martda vurmuşdu. Amma qafqazlıların qapısına yol tapdığı epizodu izləməyə dəyərdi. Qeyd edək ki, Sanyolun komandası həm Mudrikin qoluna qədər, həm də hesab açılandan sonra rəqibə qarşı ciddi nəsə edə bilmədi. İlk bir saatlıq mübarizə Ukraynanın təzyiqi və rəqibin müdafiə olunması şəraitində keçdi. Qafqazlılar yalnız 2-ci hissənin ortalarında bir neçə əks-hücumla ukraynalıları əməlli-başlı təlaşa salmağı bacardılar. Bu məqamda meydana çıxan Davitaşvili hətta 88-ci dəqiqədə Trubini aldadaraq qapıya yol tapdı. Lakin Kvaratsxeliyanın ofsaydda olması səbəbindən qol qeydə alınmadı. “Napoli”ni vingerinin vacib matçda çox zəif təsir bağışladığını da qeyd edək.

Beləliklə, minimal hesabla qalib gələn Ukrayna qitə çempionatından başlayan uğursuzluğa son qoydu. Gürcüstan isə ilk dəfə büdrəsə də, topların daha yaxşı fərqinə əsasən 1-ci yerdə qaldı.

Sanyolun komandasının ilk turda darmadağın etdiyi Çexiya ardıcıl ikinci qələbə ilə xalını 6-ya çatdırdı. Slavyanlar evdə Albaniyaya iki cavabsız qolla qalib gəldilər. Dubl edən Xorı matçın qəhrəmanı oldu. Amma albanların bir neçə qol şansından yararlana bilmədiyini də qeyd edək.

B liqası, 1-ci qrup
3-cü tur
Ukrayna - Gürcüstan 1:0 (1:0)

Ukrayna: Trubin, Matviyenko, Konoplya, Zabarnı, Talovyerov, Qutsulyak (Zubkov, 75), Kalyujnı (Kriskiv, 90+1), Şaparenko, Mudrik (Nazarenko, 86), Sudakov (Svatok, 90+1), Dovbik (Yaremçuk, 75).
Gürcüstan: Mamardaşvili, Kaşiya, Qvelesiani (Zivzivadze, 82), Kakabadze, Dvali, Loçoşvili (Şengeliya, 60), Kiteişvili, Koçoraşvili (Davitaşvili, 71), Çakvetadze, Kvaratsxeliya, Mikautadze.
Qol: Mudrik, 35.
Vərəqələr: Kaşiya, 11. Matviyenko, 28. Dvali, 39. Kalyujnı, 45+5. Koçoraşvili, 63. Şengeliya, 69. Konoplya, 75. Talovyerov, 79 - sarı.
Hakim: Yulian Vaynberger (Avstriya).
11 oktyabr. Poznan. 21700 tamaşaçı.

Çexiya - Albaniya 2:0 (1:0)
Çexiya: Kovarj, Borjil, Tsoufal, Qoleş, Vitik, Provod (Linqr, 88), Souçek, Şults (Çvançara, 90+2), Çerv (Kral, 90+2), Xorı (Kuxta, 87), Çernı (Qlojek, 69).
Albaniya: Strakoşa, Hüsay, Kumbulla, İsmayli, Mitay, Laçi (Seferi, 79), Ramadani, Bayrami (Muçi, 88), Asllani, Asani (Hoxa, 65), Daku (Tutsi. 65).
Qollar: Xorı, 3 (1:0). Xorı, 63 (2:0).
Vərəqələr: Daku, 44. Qlojek, 82 - sarı.
Hakim: Benua Bastyen (Fransa).
11 oktyabr. Praqa. 17823 tamaşaçı.

4-cü tur
Gürcüstan –Albaniya 0:1

Asllani, 48.

Ukrayna – Çexiya 1:1
Dovbik, 53-p. – Çerv, 18.

1. Çexiya 4 2 1 1 7-7 7
2. Gürcüstan 4 2 0 2 5-3 6
3. Albaniya 4 2 0 2 3-4 6
4. Ukrayna 4 1 1 2 5-6 4

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-09-2024, 15:0

Gürcüstan liderdi, Ukrayna autsayder - İCMAL

Dünya futbolu / Reportaj

13-09-2024, 16:0

Gürcüstan Çexiyanı darmadağın etdi - İCMAL

Dünya futbolu

22-05-2023, 22:0

Rebrov Ukrayna yığmasına qayıdır

İdman

12-07-2023, 11:0

Millimiz Gürcüstan yığması ilə üz-üzə - Avropa çempionatı

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə