Alfonso Deyvisin mövsümün sonunda “Bavariya”nı tərk etmək ehtimalı daha da artıb.
“Barselona” və “Real” gənc futbolçu uğrunda gərgin mübarizə aparır. İspaniya nəhəngləri onu heyətinə qatmaqda qərarlıdılar. Alfonsonun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında sona çatacaq. 23 yaşlı sol cinah müdafiəçisinin İspaniyanın hər iki klubunda qərar tutmaq şansı var.
Bir müddət əvvəl futbolçunun Münhen klubu ilə müqaviləni yeniləməmək qərarına gəldiyi və “Real”a keçməyə müsbət baxdığı haqda xəbər yayılmışdı.