Ayyarım müddətdən sonra sıraya döndü

16.10.2024 22:36 298
Dünya futbolu
Daniel Sebalyosun son vəziyyəti ilə bağlı xəbər yayılıb.

O, artıq zədəsini tamamilə sağaldıb. “Real”ın oyunçusu ayağının baldırla pəncəni birləşdirən nahiyəsindəki problemə görə sentyabrın 1-dən oynamırdı. Son xəbərdə onun artıq məşqlərə başladığı bildirilir. Sebalyos İspaniya çempionatının “Selta” ilə şənbə gününə təyin olunan matçında iştirak edə bilər.

Yeri gəlmişkən, Daniel bu mövsüm La Liqanın 2 oyununda meydana çıxıb.