“Qəbələ”yə də bu haqda məlumat verilib” – Estoniya ilə oyunun yeri dəqiqləşdi

15.10.2024 23:28 273
Aktual / Yığma
Millətlər Liqasının 5-ci turunda yığmamız Estoniyanı qəbul edəcək.

Çox güman, məhz həmin oyunda komandanın C liqasında qalacağı, yoxsa D-yə yuvarlanacağı bəlli olacaq. Fernando Santuşun 4 oyundu qələbə qazana bilməyən komandası qonaqları bu dəfə Bakıda qarşılamayacaq. Belə ki, noyabrın 16-na planlaşdırılan qarşılaşma ölkəmizin evsahibliyi edəcək beynəlxaq COP-29 forumuna görə Qəbələdə olacaq. Bir neçə gün əvvələ qədər Estoniyanın bu yerdəyişmədən narazı olmasıyla bağlı xəbərlər dolaşırdı. Bəs oyunun Qəbələdə keçirilməsi yolunda hansısa problem varmı?

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli “Football-plus.az”ın sualına belə cavab verdi:

“Məsələ qonaq komanda - Estoniya milllisi, eləcə də UEFA ilə razılaşdırılıb, həmçinin "Qəbələ"yə də bu haqda məlumat verilib. Noyabrın 16-da Millətlər Liqası çərçivəsində Estoniya ilə oyun Qəbələ şəhər stadionunda keçiriləcək”.

RÖYANƏ OĞUZ