"Qrupda 1-ci ola bilərdik"

20.06.2022 15:26 648
Yığma / Manşet
21 yaşadək futbolçulardan ibarət milli Avropa çempionatının seçmə mərhələsində mübarizəni başa vurdu.

Yığmamız son oyunu Norveçə qarşı keçirdi. Milan Obradoviçin komandası bu qarşılaşmadan 1:2 məğlub ayrıldı. Turnir boyunca millimizin aparıcı oyunçularından biri olmağı bacaran İldar Ələkpərovun seçmə mərhələnin yekunu ilə bağlı fikirlərini öyrənməyə qərar verdik.

“Sabah”ın futbolçusunun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Təbii ki, komandanın qrupdan çıxa bilməməsindən narazıyıq. Bizim güclü kollektivimiz var. Sadəcə, uyğunlaşmaq üçün bizə vaxt lazım idi. Seçmə mərhələnin son matçlarını yüksək səviyyədə keçirdik. Yaxşı futbol nümayiş etdirdik. Qrup mərhələsinin əvvəlində qarşılaşmalara belə formada çıxsaydıq, rəqibləri qabaqlayıb, 1-ci də ola bilərdik”.


ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul