"Neftçi" yeni baş məşqçisini rəsmən açıqladı

14.10.2024 15:21 272
Ölkə futbolu
"Neftçi" baş məşqçi Samir Abasovla anlaşdığını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ı bundan sonra "Sumqayıt"dan ayrılan mütəxəssis çalışdıracaq.

Qeyd edək ki, Abasov bu postda müqaviləsinə qarşılıqlı şəkildə xitam verilən Roman Qriqorçuku əvəzləyib.