• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Turan Tovuz"dan "mən də varam" iddiası - KÖŞƏ

Manşet / Yazarlar

13-10-2024, 02:0

Nadir hallarda qolsuz keçən qarşılaşmalardan zövq alıram. Bunu da heç vaxt gizlətmirəm.

Məhsuldar oyunları, bir-birini əvəzləyən hücum cəhdlərini, rəqib qapısına doğru həmlələrlə zəngin oyunları çox xoşlayıram. Son vaxtlar praqmatik oyun üslubuna üstünlük verən, nəticə qazanmaqdan ötrü gözəl futbol elementlərini qurban verən məşqçilərin və komandaların sayı xeyli artıb. Elə bu səbəbdən də futbol əvvəlki kimi zövq vermir, geniş kütlə yavaş-yavaş ondan uzaq düşməyə başlayır. Diqqət yetirin, Bakıda və bölgələrdə süni örtüklü, ölçüsü standartlara cavab verməyən futbol meydançalarının sayı artıb. Kimisi iş yoldaşlarıyla, başqa birisi dostlarıyla belə meydançaların yolunu tutur, hərə bacardığı formada futbol oynamağa, top qovmağa çalışır. Amma Azərbaycan millisinin və çempionatımızın qarşılaşmaları zamanı tribunalar boş qalır. Sadə azərbaycanlılar süni örtük üzərində topun arxasınca qaçmağa daha çox üstünlük verirlər, nəinki tribunada əyləşib futbola baxmağa. Azarkeşlik həvəsi az-çox "Qarabağ”ın avrokubok oyunları zamanı yada düşür, vəssalam.

Heç şübhəsiz, bunda nəticələrlə yanaşı, sərgilənən futbolun zövq oxşamaması da rol oynayır. Azərbaycan millisinin nəticələri və "dişsiz" oyunu azarkeşləri küsdürüb. Yerli klubların böyük əksəriyyəti də elə yığmanın yoluyla gedir. Kimsə razılaşmaya bilər. Amma fakt faktlığında qalır. Şəxsi qənaətimdi ki, bu laqeydliyin əsas səbəblərindən biri də azarkeşlərin sərgilənən futboldan zövq almamasıdı. Amma müəyyən istisnalar görməyə başlamışıq. Bu istisnalardan biri də "Turan Tovuz”du. Qərb təmsilçisi bu mövsüm iddiasını ortaya qoyub, artıq müəyyən nəticələr də var. Buna da paralel şəkildə azarkeşlər tribunaya qayıdır, "Turan Tovuz”un oyunları zamanı tribunalarda qələbəlik yaşanır.

Son turun "Turan Tovuz" — "Zirə" qarşılaşması da bu baxımdan istisna olmadı. Az əvvəl qeyd etdiyim kimi, məhsuldar oyunlardan daha çox zövq alsam da, "Turan Tovuz”la "Zirə”nin qarşılaşmasını da bəyəndim. 90 dəqiqənin gedişi həyəcanlı oldu, hər saniyəsindən zövq almağı bacardıq. İlk hissənin axarı "Zirə”nin rəqibindən üstün olduğunu, səviyyə fərqinə görə onu qabaqladığını göstərirdi. Gördüklərimiz belə düşünməyə əsas verirdi ki, qonaq komanda gec-tez istədiyi qolu vuracaq, Bakıya 3 xalla dönəcək. Amma əksi oldu. İkinci hissədə vəziyyəti öz xeyrinə dəyişməyə bacaran "Turan Tovuz" "ən yaxşı müdafiə hücumdu" prinsipini işə saldı, "Zirə”nin hücumlarına hücumla cavab verməyə başladı. Bununla da meydanda bərabərsəviyyəli oyun getməyə başladı, qonaqlar hücumlara aludə olmaqla yanaşı, müdafiə barədə düşünməyin vacib olduğunu anladılar. Hadisələrin belə axarının məntiqi nəticəsi də Faqi Hacıyevin 89-cu dəqiqədə vurduğu qol oldu. Baxımlı qol "Turan Tovuz”a vacib qələbə qazandırdı.

Sözsüz, bu cəsarətinə və oyunun axarını dəyişməyi bacardığına görə Kurban Berdıyevə alqış düşür. Təcrübəli mütəxəssis illərini futbola verib, onun belə sınaqlardan çox keçdiyi də məlum məsələdi. Vurğulamaq istədiyim bir məqam da var. Berdıyevin yanında yer alan iki isimi də unutmayaq. Biri Ruslan Abışovdu, digəri Cavid Hüseynov. Hər ikisi uzun müddətdi Azərbaycan futbolunun içindədi, futbolçu kimi yüksək səviyyədə oynayıblar, milli komandada forma geyiniblər. Onlar Azərbaycan futbolunu da, azərbaycanlı futbolçuları da yaxşı tanıyırlar. Deməli, qazanılan uğurlarla Berdıyevlə yanaşı, Ruslan Abışovla Cavid Hüseynovun da böyük zəhməti var. "Zirə" ilə oyundakı ssenarinin "yazılmasında" da heç şübhə etmirəm ki, Ruslanla Cavid əhəmiyyətli rol oynayıb.

"Turan Tovuz" birinci dövrəni ikinci pillədə tamamladı. Qərb təmsilçisi 9 tur ərzində beş qələbə qazanıb ki, faiz nisbətiylə yaxşı göstəricidi. Cəmi bir məğlubiyyət var ki, həmin qarşılaşmadakı hakim idarəçiliyi mövsümün ən pislərindəndi. Ümumi götürəndə təkcə «Qarabağ”dan geri qalmaq istənilən Azərbaycan klubu üçün yaxşı göstəricidi. "Turan Tovuz"da bunu bacarıb. İndi qalır bu tempi davam etdirmək, qalan dövrələri də bu səviyyədə keçirmək. İndilik isə "Turan Tovuz" medal mübarizəsində "mən də varam" deməyi və bunu əməli ilə isbatlamağı bacarıb.

AMAL

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

29-10-2023, 21:0

“Qurban Qurbanov heç vaxt qorxaq futbola üstünlük verən deyil” – Erkin İbrahimov uğursuzluqdan danışdı

Ölkə futbolu / Manşet

22-04-2023, 20:0

“Huner Group” “Turan Tovuz”un daha bir problemini həll etməyi planlaşdırır - ÖZƏL

Premyer-liqa / Yazarlar

2-10-2023, 18:0

Şikayətlənmə, Sayef! - KÖŞƏ

Ölkə futbolu / Manşet

26-10-2023, 18:0

“Təəssüf ki, hazırda süni örtüyün təbii ot örtüyü ilə dəyişdirilməsi nəzərdə tutulmayıb” – AFFA-dan “Turan Tovuz”a cavab

Aktual / Ölkə futbolu

8-12-2023, 13:0

"Tələbləri yerinə yetirməkdən ötrü üzərimizdə işləyirik"

Aktual
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
Son xəbərlər
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
Daha çox
Oxunub: 219
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə