Özil “Ulduz” Futbol Akademiyasının açıq məşqində

12.10.2024 16:58 278
Ölkə futbolu
Ölkəmizdə səfərdə olan futbol üzrə dünya çempionu, Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü Məsut Özil bu gün “Ulduz” Futbol Akademiyasının açıq məşqini izləyib.

"Football-plus.az" xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin futbol meydançasında baş tutan məşqdə akademiyanın oğlanlar arasında U-8, U-9, U-10, U-12, U-14, qızlar arasında isə U-15 komandaları iştirak ediblər.

Məşqdən sonra Məsut Özil gənc futbolçularla söhbət edib, onlarla şəkil çəkdirib, avtoqraf verib.