“Dinamo” fasiləyə zirvədə yollandı

10.10.2024 06:22 260
Dünya futbolu
“Dinamo” yığmaların oyunları ilə bağlı yaranan fasilə ərəfəsində turnir cədvəlinə başçılıq etmək imkanını əldən vermədi.

Şovkovskinin çalışdırdığı komanda “Krivbass”ı məğlub etməklə bu vəzifənin öhdəsindən gəldi. İlk 25 dəqiqədə iki qol vuran kiyevlilər fasilə ərəfəsində qapısında qol görsə də, 2-ci hissədə qapısını toxunulmaz saxladı. Xalını 22-yə çatdıran “Dinamo” artıq vahid liderdi.

2-ci yerdə isə Emil Mustafayevin şərəfini qoruduğu “Polesye” qərarlaşıb. Evdə “Vorskla”ya qalib gələn Jitomir klubu ötən mövsümün sonunu da nəzərə alsaq, artıq 13 oyundu uduzmur. Soydaşımız 70-ci dəqiqədə meydana çıxdı.
Ukrayna futbolunun digər nəhəngi “Şaxtyor” “Veres” və “Atalanta” ilə oyunlardakı uğursuzluğun acığını LNZ-dən çıxdı. Sudakov debütantın qapısından 4 top keçirdi.

“Aleksandriya” “Rux”la oyunda qələbəni 9-cu uzatma dəqiqəsində əldən verdi. Halbuki qələbə bu komandanı zirvəyə şərik edəcəkdi.

Turun qalan oyunlarına gəlincə, “Çernomorets” “Obolon”u, yeganə qolla məğlub etdi, “Veres” “Zarya”nı məğlub etdi, daha iki oyunda hesab açılmadı.

9-cu tur
Dinamo – Krivbass 2:1

Rubçinski, 5. Buyalski, 25-p. – Mixavko, 45-öz qapısına.
Dinamo: Buşan, Vivçarenko, Mixavko, Popov, Tımçik, Braqaru (Voloşin, 79), Buyalski (Şaparenko, 62), Mixaylenko, Rubçinski (Andriyevski, 79), Yarmolenko (Kabayev, 62), Gerrero.

Şaxtyor – LNZ 5:1
Sudakov, 13; 50; 53; 57. Zubkov, 26 – Nonikaşvili, 62-p.
Şaxtyor: Riznık, Azarov, Bondar, Konoplya, Matviyenko, Bondarenko (Qomes, 68), Krıskiv (Nazarina, 80), Sudakov, Kevin (Neverton, 46), Traore (Eginaldo, 68), Zubkov (Pedrinyo, 73).

Polesye – Vorskla 2:1
Luifer, 31. Smolyakov, 71 – Kane, 40.

Aleksandriya – Rux 1:1
Filippov, 88 – Krasnopir, 99-p.

Çernomorets – Obolon 1:0
Şevtsov, 87.

Veres – Zarya 2:1
Mrvalyeviç, 18. Luan, 54 – Qorbaç, 9.

Karpatı – İnqulets 0:0

Kolos – Levıy bereq 0:0

1. Dinamo 8 7 1 0 16-4 22
2. Polesye 8 6 2 0 18-6 20
3. Aleksandriya 8 6 2 0 14-6 20
4. Şaxtyor 8 5 1 2 24-9 16
5. Rux 8 3 4 1 14-4 13
6. Zarya 9 4 0 5 9-11 12
7. LNZ 9 3 3 3 10-13 12
8. Krivbass 8 3 2 3 7-8 11
9. Çernomorets 9 3 1 5 5-9 10
10. Karpatı 9 2 3 4 10-14 9
11. Vorskla 9 2 3 4 9-14 9
12. Veres 9 2 3 4 9-13 9
13. Kolos 9 1 5 3 5-7 8
14. Levıy bereq 9 2 1 6 4-12 7
15. Obolon 9 1 2 6 4-20 5
16. İnqulets 9 0 5 4 6-14 5


Bombardirlər: Nazarenko (Polesye), Sudakov (Şaxtyor) – 7.
Növbəti turun oyunları oktyabrın 18-21-i aralığında keçiriləcək: Kolos – Şaxtyor, Aleksandriya – Vorskla, Obolon – Dinamo, Polesye – Levıy Bereq, LNZ – İnqulets, Çernomorets – Veres, Zarya – Krivbass, Rux – Karpatı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul