“Şaxtyor” mövsümə çox pis başlayıb

29.08.2024 19:35 312
Dünya futbolu
Ukraynada cəmi 4 tur arxada qalıb və artıq çempion “Şaxtyor”un hesabında iki məğlubiyyət var.

“Polesye”yə uduzmağı bəlkə də bəxtin ayağına yazmaq olardı. Ancaq “Aleksandriya” ilə oyundakı uğursuzluq “şaxtaçılar”ın müdafiədəki problemlərini açıq-aşkar göstərdi. Çempion hissənin ortalarına qədər iki qol vursa da, ardından qapısında 4 top gördü. Pedrinyonun uzatma dəqiqələrindəki qolu isə “Şaxtyor” üçün yüngül təsəlli rolunu oynadı. Bu komanda 21-ci əsrdəki 2-ci ən uğursuz startı reallaşdırıb. Donetsk klubu yalnız 2008/09 mövsümünə bundan da pis başlayıb. Onda komanda ilk 4 turdan sonra 5 xal toplamışdı.

Turun qalan oyunlarına gəlincə, Konfrans Liqasında “Betis”lə cavab oyununa hazırlaşan “Krivbass” evdə “İnqulets”lə heç-heçə etdi. “Zarya”nı darmadağın edən “Rux” liderlər qrupuna yaxınlaşdı.

“Polesye” – “Obolon” oyunundan intriqa gözləməyə dəyməzdi ki, belə də oldu. “Pivəçilər” buna qədər keçirdiyi ilk üç oyunda yalnız bir xal qazanmışdı. Emil Mustafayevin də şərəfini qoruduğu Jitomir klubu rəqib qapısından 4 cavabsız top keçirdi. Nazarenko 39-cu dəqiqədə özünün 2-ci, komandasının 3-cü qolunu vurandan sonra hər şey aydın idi. O, 49-cu dəqiqədə het-trikini də rəsmiləşdirdi. Bu qələbə sayəsində xalını 7-yə çatdıran “Polesye” lider “Aleksandriya”ya yaxınlaşdı. Jitomirlilərin baş məşqçisi İmad Aşur soydaşımıza bu oyunda şans vermədi.

Turun son üç oyunu dünən keçirildi. “Levıy Bereq” Ukrayna elitasındakı ilk qələbəsini “Çernomorets” üzərində qazandı. “Kolos” “doğma divarlar” arasında “Veres”ə uduzdu. LNZ – “Karpatı” oyununda isə meydan sahibləri qalib gəldi.

4-cü tur

Aleksandriya – Şaxtyor 4:3
Filippov, 37; 48-p.; 57. Kalyujnı, 41 – Şabanov, 16-öz qapısına. Krıskiv, 25. Pedrinyo, 90+5.
Şaxtyor: Riznık, Azarov (Eginaldo, 64), Bondar, Konoplya (Vinisius, 78), Matviyenko (Franyiç, 63), Bonderenko (Neverton, 63), Krıskiv, Pedrinyo, Sudakov, Kevin, Sikan (Traore, 63).

Krivbass – İnqulets 1:1
Kojuşko, 40 – Pyatov, 6.

Rux – Zarya 3:0
Karabin, 17. Runiç, 47. Krasnopir, 60.

Polesye – Obolon 4:0
Nazarenko, 19; 39; 49. Qutsulyak, 23.

LNZ – Karpatı 2:1
Paşiç, 61. Yaşari, 77 – Çaçua, 34.

Levıy Bereq – Çernomorets 1:0
Yakimov, 29.

Kolos – Veres 0:1
Şaray, 54.

“Dinamo” – “Vorskla” oyunu təxirə salınıb.

1. Aleksandriya 3 3 0 0 8-4 9
2. LNZ 4 3 0 1 6-4 9
3. Polesye 3 2 1 0 6-1 7
4. Krivbass 4 2 1 1 4-4 7
5. Şaxtyor 4 2 0 2 9-5 6
6. Rux 3 2 0 1 8-3 6
7. Dinamo 2 2 0 0 5-2 6
8. Zarya 4 2 0 2 4-6 6
9. Vorskla 3 2 0 1 5-5 6
10. Karpatı 4 1 1 2 5-5 4
11. Veres 4 1 1 2 2-4 4
12. Levıy Bereq 4 1 0 3 1-5 3
13. İnqulets 4 0 3 1 3-4 3
14. Çernomorets 4 1 0 3 1-3 3
15. Kolos 4 0 2 2 2-4 2
16. Obolon 4 0 1 3 2-12 1

Bombardirlər: Nazarenko (Polesye) – 4, Filippov (Aleksandriya) – 3.

Növbəti turun oyunları avqustun 30-u – sentyabrın 1-i aralığında keçiriləcək: Obolon – Zarya, Rux – İnqulets, Karpatı – Vorskla, Aleksandriya – Kolos, Çernomorets – Polesye, Veres – Levıy Bereq, Dinamo – LNZ, Krivbass – Şaxtyor.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul