• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə futbolu üçün qələbəsiz həftə - İCMAL

Dünya futbolu

9-10-2024, 16:0

Türkiyə klubları üçün avrokubok həftəsi uğursuz və qələbəsiz keçdi.

Qardaş ölkənin 4 təmsilçisi 12 mümkün xaldan yalnız 2-ni topladı.

Konfrans Liqasının təsnifat mərhələsində keçirdiyi 6 oyunun heç birində uduzmayan “İstanbul BŞ” əsas mərhələyə məğlubiyyətlə start verdi. Öz ölkəsində heç də “əjdaha” sayılmayan və son çempionluğu 2008-də qazanan Vyana “Rapid”i bu mövsüm Türkiyə klublarına qənim kəsilib. AL-in təsnifatında “Trabzonspor”u hər iki oyunda məğlub edən bu komanda bu dəfə səfərdə “İstanbul BŞ”ni üstələməyi bacardı. “Qalatasaray” isə bu aralar qələbələri əldən verməklə məşğuldu. Türkiyə çempionu superliqadakı son oyunda 3 topluq üstünlüyü əldən vermişdisə, bu dəfə özündən həm heyət, həm də səviyyə baxımından qat-qat zəif olan rəqiblə matçda 2 topluq üstünlüyü qaçırdı. İstanbulun digər nəhəngi “Fənərbaxça” da səfərdə heç-heçə ilə kifayətlənməli oldu. Amma “Fənərbaxça”nın heç-heçəsi ilə “Qalatasaray”ın heç-heçəsini tərəzinin eyni gözünə qoymaq olmaz. Mourinyonun komandası yaxşı formada olan Niderland təmsilçisi “Tvente” ilə qarşılaşdı. Enshedelilər ilk yarını öndə tamamlasalar da, Tadiç 2-ci hissənin ortalarında Amrabatın gözəl ötürməsini soyuqqanlı şəkildə tamamlayaraq sabiq komandasını məyus etdi. Maraqlıdı ki, mərakeşli Amrabat karyerasında 30-cu avrokubok matçında ilk dəfə məhsuldar ötürmə verdi. Beləliklə, həm “Qalatasaray”, həm də “Fənər” AL-in əsas mərhələsinin 2-ci turunu 4 xalla tamamladı.
“Beşiktaş”ı isə sanki avrokuboklarda lənətləyiblər. Superliqada yoluna məğlubiyyətsiz davam edən komanda Avropa arenasına ayaq basan kimi hətta yaxşı oynadığı qarşılaşmada da uduzur. Amma “Ayntraxt” İstanbuldan qələbə ilə döndüyünə görə ilk növbədə qapıçısına minnətdar olmalıdı. Kayan Santos İmmobilenin ilk yarıdakı penalti zərbəsi də daxil olmaqla çox mühüm seyvlər etdi. Maraqlıdı ki, 21 yaşlı braziliyalı qapıçı cari mövsümün əvvəlinə qədər heç kimə tanış deyildi. Çünki o ötən mövsüm “Ayntraxt”ın ikinci komandasında regional liqada çıxış edirdi. Yalnız əsas qapıçı Kevin Trappın zədələnməsindən sonra şans qazandı və bundan maksimum yararlandı. “Beşiktaş” 2-ci turu da xalsız tamamlamaqla növbəti mərhələyə yüksəlmək şansını bir qədər də çətinə saldı.

Avropa Liqası, əsas mərhələ, 2-ci tur
RFŞ (Latviya) – Qalatasaray 2:2

İkaunieks, 40. Odişaria, 55 – Mertens, 12. Yunus Akgün, 38.
Qalatasaray: Günay Güvənc, Kaan Ayhan (Batşuayi, 64), Sançes, Əbdülkərim Bardakcı (Berkan Kutlu, 86), Yakobs, Torreyra (Kərəm Dəmirbay, 77), Sara, Barış Alpər Yılmaz, Mertens (Yusuf Dəmir, 86), Yunus Akgün, İkardi.

Tvente (Niderland) – Fənərbaxça 1:1
Vlap, 29 – Tadiç, 71.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Ciku, Bekao, Oostervolde, Amrabat, Fred (Mərt Hakan Yandaş, 79), İrfan Can Kahveci (Sen-Maksimen, 62), Şimanski, Tadiç (İsmayıl Yüksək, 79), Ən-Nəsiri (Ceko, 62).

Beşiktaş – Ayntraxt 1:3
Masuaku, 90+3 – Marmuş, 19-p. Ebimbe, 22. Knauff, 82.
Beşiktaş: Ərsin Destanoğlu, Svensson (Onur Bulut, 63), Paulista, Uduoxay, Masuaku, Ndur (Mario, 77), Fernandeş, Raşitsa (Semih Kılıçsoy, 63), Rafa Silva, Muçi, İmmobile (Mustafa Həkimoğlu, 85).
Ayntraxt (Almaniya): Santos, Kristensen, Kox, Teate, Nkunku (Amenda, 85), Mahmud Dahud, Larsson (Skiri, 74), Ebimbe (Knauff, 62), Marmuş (Ekitike, 62), Götse (Çaibi, 46), Matanoviç.

Konfrans Liqası, əsas mərhələ, 1-ci tur
İstanbul BŞ – Rapid (Avstriya) 1:2
Pyontek, 45+2 – Şaub, 43; 46.
İstanbul BŞ: Dəniz Dilmən, Onur Ərgün, Ba, Opoku, Kemen, Krespo (Davidson, 62), Berat Özdəmir (Keni, 84), Fiqeyredo (Berkay Özcan, 62), Dəniz Türüc (Lima, 76), Sərdar Gürlər (Pelkas, 76), Pyontek.

Faktlar
* “Qalatasaray” avrokuboklarda 320-ci oyunda 85-ci dəfə bərabərə qaldı (114 qələbə, 121 məğlubiyyət, top fərqi – 434:479).
* “Qalatasaray” AL-də keçirdiyi son 16 oyunun yalnız 2-də uduzub (7 qələbə, 6 heç-heçə).
* “Qalatasaray” avrokuboklarda ilk dəfə Latviya təmsilçisi ilə üz-üzə gəldi.
* “Qalatasaray”ın avrokuboklarda səfərdəki qələbəsiz seriyası 5 oyuna çatdı (1 heç-heçə, 4 məğlubiyyət). Səfərdə son qələbə ötən mövsüm ÇL-in qrupunda “Mançester Yunayted”lə oyunda əldə olunub (3:2).
* “Qalatasaray” bu mövsüm qapısını toxunulmaz saxlamaqda çətinlik çəkir. Komanda 2024/25-də keçirdiyi 12 rəsmi matçın yalnız 1-də qapısını toxunulmaz saxlayıb və bu qarşılaşmalarda ümumilikdə 20 qol buraxıb! “Cim-Bom” yalnız superliqanın 5-ci turunda öz meydanında “Çaykur Rizəspor”la görüşdə qapısında qol görməyib.
* Təsnifat mərhələlərini saymasaq, “Qalatasaray” avrokuboklarda son 23 ildə ilk dəfə səfərdə 2 top fərqi ilə öndə olduğu qarşılaşmada qalib gələ bilmədi. Sonuncu dəfə belə hal 2001-də ÇL-in qrupunda “Barselona” ilə oyunda (2:2) yaşanmışdı.
* “Qalatasaray” dəqiq ötürmələrin (652) və səfərdə qapıya zərbələrin (16) sayı baxımından AL-də şəxsi rekordunu məhz bu oyunda yenilədi.
* “Fənərbaxça”nın avrokuboklarda 276-cı oyununda 57-ci dəfə bərabərlik qeydə alındı (110 qələbə, 109 məğlubiyyət, top fərqi – 377:393).
* “Fənərbaxça”nın Niderland klublarına qarşı məğlubiyyətsiz seriyası 8 oyuna yüksəldi (6 qələbə, 2 heç-heçə)! İstanbul nəhənginin daha öncə yalnız Avstriya təmsilçilərinə qarşı belə seriyası olub.
* “Tvente” ilə 5-ci dəfə qarşılaşan “Fənərbaxça” bu oyunların yalnız 1-də uduzub (3 qələbə, 1 heç-heçə).
* Livakoviç oyunu 8 seyvlə tamamladı. O, son 11 ildə “Fənər”in heyətində AL çərçivəsindəki matçda ən çox seyv edən qapıçı oldu. Volkan Dəmirəl 2013-ün aprelində “Latsio” ilə görüşdə 9 qurtarış etmişdi.
* “Beşiktaş” avrokuboklarda 246-cı oyununda 105-ci məğlubiyyətlə üzləşdi (92 qələbə, 49 heç-heçə, top fərqi – 329:376).
* “Beşiktaş” Almaniya təmsilçilərinə qarşı keçirdiyi 14-cü oyunda 11-ci dəfə uduzdu (2 qələbə, 1 heç-heçə).
* “Ayntraxt”ın qapıçısı Kayan Santos oyunu 10 seyvlə tamamlayaraq bu mövsüm AL-in rekordunu müəyyənləşdirdi!
* Təsnifat mərhələlərini saymasaq, “Beşiktaş”ın avrokuboklarda öz meydanındakı məğlubiyyət seriyası 7 (!) oyuna yüksəldi.
* Van Bronkhorst yenə “Ayntraxt”la bacarmadı. 2022-də AL-in finalında onun çalışdırdığı “Reyncers” də bu rəqibə penalti seriyasında məğlub olmuşdu.
* İmmobile karyerasında ilk dəfə avrokuboklarda penalti qaçırdı! O bunda qədər Avropa arenasında yerinə yetirdiyi 8 penaltinin hamısını qola çevrimişdi.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Əvəzetmələrin oyuna təsiri olmadı. 3-cü qolu vurmaq üçün fürsətlərimiz var idi. Rəqib mümkün qədər tempi aşağı salmağa çalışırdı. Hakim də buna imkan verirdi. Bu nəticəyə görə üzgünük. Futbol ictimaiyyəti bizdən çox şey gözləyir. Bu da normaldı. Çünki çox yaxşı heyətimiz var. Amma bu gün səviyyəmizə uyğun futbol sərgiləyə bilmədik. Bəzi anlarda sanki rəqibi lazımi qədər dəyərləndirmədik. Bu nəticəyə görə üzr istəyirik. 2 topluq üstünlük yaxaladığımız oyunda konsentrasiyanı itirərək qələbəni əldən verdik. Rəqibi də təbrik edirəm. 2 qol buraxandan sonra da həvəsdən düşmədilər, üstümüzüə gəlməkdə davam etdilər. Təbii ki, əvvəlki oyunda 3 topluq üstünlüyü əldən verməyin psixoloji sarsıntısı da var idi. Bu matçları unutdurmaq üçün qarşıdakı oyunlarda ən yüksək konsentrasiya ilə meydana çıxacağıq. Ötən mövsümlə müqayisədə çox top buraxırıq. Çünki müdafiəçilər bəzən əsas işinin müdafiə olduğunu unudur. Bəzən hücuma çox aludə oluruq, bəzən isə rəqibə lazımi dəyər vermirik. Amma bu məqamların üzrəində işləyəcəyik. “Qalatasaray” ötən mövsümdəki kimi daha az qol buraxan komandaya çevriləcək”.


Cozef Oostinq, “Tvente”nin baş məşqçisi:
“Qalib gəlməyə yaxın olan tərəf biz idik. Amma futbolda heç də həmişə yaxşı oynayan tərəf qələbə qazanmır. Hesab 1:0 olarkən əlimizə düşən fürsətləri dəyərləndirsəydik, sonluq başqa cür olardı. Düzgün yoldayıq. Amma hələ də inkişaf mərhələsindəyik. Livakoviç bu gün yaxşı qurtarışlar etdi. Bu səviyyələrdəki matçlarda 1:0 bəzən qalib gəlmək üçün kifayət etmir. Amrabata cəmi bir dəfə rahat oynamağa imkan verdik, onda da mükəmməl məhsuldar ötürmə verdi. Tadiç da baxımlı qol vuraraq bizi üzdü. “Fənərbaxça” fiziki cəhətdən güclü olan və yaxşı müdafiə olunan komandadı. Eyni zamanda irəlidə yaradıcı oyunçuları var. Vurduqları qolda da bunu göstərdilər. Mourinyoya gələcəkdə uğurlar arzuladım. Bu matç Niderland futbolu üçün yaxşı reklam oldu”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Avrokuboklarda səfərdə qazanılan hər xalı komandanın hesabına yazmaq olar. Ancaq son ötürmələrdə, zərbələrdə diqqətli olsaq, qalib gələ də bilərdik. Çünki bərabərlik qolundan sonra bir andaca oyun üstünlüyü bizim tərəfimizə keçdi. Fasilədə oyunçularıma dedim ki, ikinci qolu qətiyyən buraxmamalıyıq. Bunu edə bilsək, şanslarımız olacaq. İki oyuna 4 xalımız var. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdi. Bəzi hesablamalara görə 11 xal yetərlidi. Amma düşünürəm ki, 11 xal ən yaxşı halda pley-off üçün yetərli ola bilər. Mətbuat konfranslarında mənə qəribə suallar verilir. Həmin suallardan sonra bəzən özümü Türkiyəyə futbolu öyrənməyə gələn məşqçi kimi hiss edirəm. Evimizdə “Yunayted”, “Atletik”, “Lion” kimi klublarla oynayacağıq. Ona görə də səfərdə qazandığımız hər xal bizim üçün önəmlidi”.


Covanni van Bronkhorst, “Beşiktaş”ın baş məşqçisi:
“Qəribə hisslər keçirirəm. Çünki bu oyunda heç də pis təsir bağışlamadıq. Oyunun axarına nəzər salsaq, deyə bilərəm ki, məğlubiyyətə layiq deyildik. Amma fürsətləri dəyərləndirə bilmədik və bundan nəticə çıxarmalıyıq. Rəqibin qapıçısı bəlkə də karyerasının ən yaxşı oyununu keçirdi. Ona görə də oyunçularımdan şikayət edə bilmərəm. Nəticə qazana bilməsək də, meydanda canımızı qoyduq. Bəzi anlarda tribunalardan fit səsləri eşitdim. Buna məntiqi izah tapa bilmirəm. Belə oyunun qarşılığında fit səsləri eşitmək mənə çox qəribə gəldi. Belə bir şey məşqçi karyeramda ilk dəfə başıma gəlir. Komanda mənim dönəmimdə bəlkə də ən yaxşı oyunlarından birini keçirdi. “Ayntraxt”dan daha çox qol epizodumuz oldu. Azarkeşlər arasında bu gün oyunçuların yaxşı performans sərgiləmədiyini düşünənlər varsa, gələn dəfə onlar stadiona gəlməsin!”
Dino Topmöller, “Ayntraxt”ın baş məşqçisi: “Qalib gəldiyimiz üçün sevincliyik. Həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Üstünlüyü ələ keçirərək çox doğru zamanda qollar vurduq. Yaxşı formadayıq və qələbə seriyasını həftəsonu “Bavariya” ilə oyunda da davam etdirmək istəyirik. Qapıçımız bu gün önəmli qurtarışlar etdi. Xüsusilə də penaltidə bizi xilas etdi. Yoxsa matçın ssenarisi fərqli ola bilərdi. Mükəmməl oyuna görə onu xüsusi təbrik edirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-08-2022, 09:0

Türkiyə futbolunda 27 ildən sonra acı reallıq

Dünya futbolu / Manşet

23-03-2024, 22:0

Montella tarixə düşmək fürsətini əldən verdi

Dünya futbolu

13-11-2022, 22:0

''Qalatasaray''dan möhtəşəm qələbə!

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Aktual
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
Son xəbərlər
  • Bu gün, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Bu gün, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Bu gün, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Bu gün, 20:09
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 231
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə