Xavyer Ernandes yenidən vətənində çıxış edəcək.
Meksika millisinin sabiq hücumçusu karyerasına başladığı “Qvadalaxara”ya qayıdıb.
Xatırladaq ki, “Çiçarito” ləqəbli futbolçu 2010-cu ilin yayında yetirəsi olduğu klubdan ayrılaraq “Mançester Yunayted”ə keçmişdi. 35 yaşlı forvard daha sonra “Real”, “Bayer-04”, “Vest Hem”, “Sevilya” və “Los Anceles Qalaksi”də çıxış edib.