Misli premyer-liqasının 8-ci turun açılış matçında “Araz-Naxçıvan” evdə “Səbail”i məğlub etdi – 3:1.
Naxçıvan təmsilçisinin ilk qolunu yeni transferlərdən Bəxtiyar Həsənalızadə vurdu. Bu, həm də yayda “Tuzlaspor”dan gələn 31 yaşlı futbolçunun “Araz-Naxçıvan” formasında ilk qolu idi.
Oyundan sonra “Football-plus.az”a danışan Bəxtiyar həm komandasının qələbəsindən, həm də vurduğu qoldan söz açdı:
“İkiqat şükür edirəm ki, komandanın qalibiyyətində mənim əməyim oldu. Çempionatda “Araz-Naxçıvan” formasında ilk qolum idi. Ümid edirəm ki, həm qələbələrimizin, həm də qolun davamı gələr, nəticələr sabit olar. Uğurun davamlı olması üçün hər oyuna ayrı-ayrılıqda hazırlaşmaq və köklənmək lazımdı. Mövsümboyu da geniş heyətimiz olmalıdı. Hər oyuna düzgün yanaşmaq çox önəmlidi. İnşallah, əlimizdən gələni edəcəyik ki, uğurlarımız davamlı olsun. Azarkeşlərimizi, “Araz-Naxçıvan”sevənləri sevindirək. Hədəflərimiz uğrunda sona qədər mübarizə aparacağıq”.
RÖYANƏ OĞUZ