Misli premyer-liqasında 2024/25 mövsümü “Araz-Naxçıvan” - “Qarabağ” matçı ilə start götürdü. “Dalğa Arena”da “köhlən atlar”ı qəbul edən Naxçıvan təmsilçisi açılış matçındaca böyük hesabla məğlub oldu - 1:4.
Komandanın yeni transferlərindən olan Bəxtiyar Həsənalızadə oyundan sonra “Football-plus.az”a açıqlama verib:
“İlk oyun həmişə çətin olur. Özü də rəqib “Qarabağ”dısa, ikiqat çətinləşir. Oyuna yaxşı başlaya bilmədik. İlk 10 dəqiqədə buraxdığımız qollar oyunun gedişinə təsir elədi. Yaxşı komandamız var, nəticələr üçün bir az səbrli olmalıyıq. Növbəti oyunlara qələbə üçün çıxacağıq. Yenidən yerli premyer-liqaya qayıtmaq xoşdu, çempionat üçün darıxmışdım. Komandalarımız xeyli güclənib. Ümid edirəm ki, əla mövsüm keçirəcəyik. Maraqlı çempionat keçəcəyinə şübhəm yoxdu”.
RÖYANƏ OĞUZ