Əla formada olan Murad Musayevin komandası çempionatda ardıcıl 6-cı qələbəsini qazanmaqla şəxsi rekordunu yenilədi! Ötən mövsüm də 9-cu turdan sonra “öküzlər”in hesabında eynilə indiki kimi 21 xal var idi. Autsayder “Fakel” Sankt-Peterburqda nə qədər dəridən-qabıqdan çıxsa da, sürpriz edə bilmədi. Maraqlıdı ki, bu tura qədər “Fakel” ilk yarılarda qol vurmamışdısa, “Zenit” ilk yarılarda qol buraxmamışdı. Voronej təmsilçisinin bu dəfə fasiləyə öndə yollanması ilə hər iki seriya qırıldı. Amma son 5 ilin çempionu ikinci hissədə vəziyyəti öz xeyrinə dəyişərək mövsümdə ilk əzmkar qələbəsini qazandı. Yeni transfer - argentinalı Qondu 3-cü premyer-liqa matçında da meydanı qolsuz tərk etmədi. O, bu mövsümün əvvəlində bu uğura nail olan digər yeni transfer Qluşenkovun göstəricisini təkrarladı. Qəribədi ki, bu mövsümə qədər XXI əsrdə “Zenit”in heyətinə ilk 3 çempionat oyununun hər birində qol vuran futbolçu olmamışdı. ÇSKA Kazanda erkən qol vursa da, yalnız 1 xalla kifayətlənməli oldu.
Nijni Novqoroddan qələbə ilə dönən “Lokomotiv” hesabına növbəti 3 xalı yazdı. Gənc ulduz Batrakov yenə özünü yaxşı tərəfdən göstərərək ardıcıl 2-ci turda dubl etdi! 19 yaşlı futbolçu bu mövsüm premyer-liqada artıq 12 qolun vurulmasında yaxından iştirak edib (7+5) və bu göstəricidə inamla liderlik edir. “Loko”nun heyətində ilk 9 tura 7 qol vuran sonuncu futbolçu 2004-cü ildə Sıçev olmuşdu. Adətən, evdə inamlı oynayan “Rostov” gözlənilmədən debütant Mahaçqala “Dinamo”sunun müqavimətini qıra bilmədisə, Moskva derbisində “Spartak” son saniyələrdə qələbəni əldən verərək fanatlarını üzdü. “Dinamo” son iki turda 90-cı dəqiqədən sonra vurduğu qollarla hesabına 4 xal yazıb. Ümumiyyətlə, 2024-cü ildə “Dinamo” premyer-liqa çərçivəsində 90-cı dəqiqədən sonra hamıdan çox – 8 qol vurub.
9-cu tur
Zenit – Fakel 3:1
Kassyerra, 52. Qondu, 67. Yeroxin, 87 – Markov, 8-p.
Zenit: Latışonok, Karavayev (Klaudinyo, 46), Nino, Yerakoviç (Mantuan, 46), Santos, Barrios, Vendel, Qondu, Pedro (Alip, 46), Kassyerra (Qluşenkov, 78), Sobolev (Yeroxin, 68).
Akron – Krasnodar 2:5
Lonçar, 54. Xubulov, 86 – Kordoba, 27; 76. Spertsyan, 29; 59. Krivtsov, 88.
Krasnodar: Aqkatsev, Petrov, Tormena, Kosta, Olasa, Çernikov (Krivtsov, 83), Pina, Batçi (Kobnan, 79), Spertsyan (Kozlov, 83), Sa (Kastanyo, 82), Kordoba (Smolov, 78).
Spartak – Dinamo M 2:2
Uqalde, 7. Barko, 23-p. – Tyukavin, 3; 90+4.
Spartak: Maksimenko, Xluseviç (Denisov, 46), Litvinov, Babiç, Ryabçuk, Umyarov, Zobnin (Martins, 65), Bonqonda (Manqaş, 76), Barko, Medina (Zinkovski, 82), Uqalde.
Dinamo: Lunyov, Dasa, Maystoroviç, Fernandes (Balbuena, 82), Mariçal, Fomin (Makarov, 89), Karraskal (Kutitski, 68), Nqamaleu (Qladışev, 82), Bitello, Qomes (Mauhub, 68), Tyukavin.
Nijni Novqorod – Lokomotiv 1:3
Boselli, 26 – Vorobyov, 20. Batrakov, 65; 73.
Lokomotiv: Lantratov, Nenaxov (Sevikyan, 46), Nyamsi, Montes, Silyanov, Barinov, Karpukas (Sarveli, 66), Samoşnikov, Pinyaev (Tiknizyan, 68), Batrakov (Timofeyev, 83), Vorobyov (Süleymanov, 58).
Rubin – ÇSKA 1:1
Teslenko, 55 – Jemaletdinov, 15.
ÇSKA: Akinfeyev, Kellven (Quarirapa, 66), Diveyev, Roşa, Moyzes, Kruqovoy, Oblyakov, Kislyak, Fayzullayev, Jemaletdinov, Musayev (Qayiç, 66).
Rostov – Dinamo Mh 0:0
Ximki – Orenburq 0:0
Axmat – Krıya Sovetov 1:1
Felippe, 68 – Oroz, 90+6
1. Zenit 9 7 2 0 22-2 23
2. Krasnodar 9 6 3 0 16-5 21
3. Lokomotiv 9 7 0 2 22-13 21
4. Dinamo M 9 5 2 2 17-10 17
5. Spartak 9 4 4 1 13-6 16
6. ÇSKA 9 4 2 3 16-6 14
7. Rostov 9 3 3 3 13-15 12
8. Rubin 9 3 2 4 12-15 11
9. Dinamo Mh 9 2 4 3 4-7 10
10. Krılya Sovetov 9 3 1 5 9-14 10
11. Akron 9 2 2 5 12-18 8
12. Nijni Novqorod 9 2 1 6 7-18 7
13. Orenburq 9 1 4 4 11-17 7
14. Ximki 9 1 4 4 9-16 7
15. Axmat 9 0 6 3 7-15 6
16. Fakel 9 1 2 6 4-17 5
Bombardirlər: Qluşenkov (Zenit), Batrakov (Lokomotiv) – 7, Uqalde (Spartak) – 6.
Növbəti turun oyunları sentyabrın 27-29-u aralığında keçiriləcək: ÇSKA – Axmat, Dinamo Mh – Dinamo M, Orenburq – Nijni Novqorod, Krasnodar – Zenit, Fakel – Rubin, Krılya Sovetov – Ximki, Lokomotiv – Spartak, Rostov – Akron.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Faktiki oyuna 0:1 geridə başladıq. Halbuki belə oyunlarda ilk qolu vurmaq çox önəmlidi. Özü də mümkün qədər tez. Çünki rəqib bütün komanda ilə müdafiə olunur. Təəssüf ki, erkən qol buraxdıq və ilk yarının sonuna qədər çox ləng oynayaraq özümüzə bənzəmədik. Topa lazımsız toxunuşları çox edirdik. Halbuki sürətli və cəld oynamaq lazım idi. Ona görə də fasilədə bəzi dəyişiklər etmək məcburiyyətində qaldıq. Çünki hücumda fəallığı artırmalıydıq. Ümumilikdə oyun gözlədiyimizdən çətin keçdi. “Fakel” yorulana qədər çox yaxşı və aqressiv müdafiə olunurdu. Yorulandan sonra isə müdafiədə boşluqlar verməyə başladılar. Sobolev hələ tam formaya düşməyib. Bu gün tək o yox, bir çoxları potensialından aşağı səviyyədə çıxış etdi”.
Deyan Stankoviç, “Spartak”ın baş məşqçisi:
“Son dəqiqələrdə nə baş verdi? Final fitindən sonra mən də bu sualı özümə verdim. 90-cı dəqiqəyə qədər hər şey istədiyimiz kimi gedirdi. Çox təəssüf ki, qələbəni əldən verdik. Derbidə qalib gəlmək psixoloji cəhətdən önəmli idi. Maraqlısı odu ki, oyunboyu üstünlük bizim tərəfimizdə olsa da, son anlarda hətta uduza da bilərdik. Bütün əvəzetmələrə görə məsuliyyət mənim üzərimdədi. Medinanın zədəsi ilə bağlı məlumatımız yoxdu. Atasını itirən Markinyosun ailəsində böyük faciə baş vermişdi. Bu gün biz həm də onun üçün oynayırdıq”.






