• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zirvənin üç sahibi var - İCMAL

Dünya futbolu

26-09-2024, 16:0

Fransa çempionatında 5-ci tur PSJ-nin ilk xal itkisi ilə əlamətdar oldu. Bundan isə “Monako” ilə “Marsel” yararlandı. “Knyazlar” “Havr” üzərində inamlı qələbə qazandı. “Marsel”in “Lion” üzərindəki səfər qələbəsini isə xüsusi qeyd etməyə dəyər. Roberto De Zerbinin çalışdırdığı qonaqlar artıq 5-ci dəqiqədə azlıqda qalsalar da, 90+5-ci dəqiqədə qələbə topunu vurdular. Beləliklə, Liqa 1-də zirvənin üç sahibi var.

“Reyms”in qonağı olan PSJ-nin qapısını zədəli Donnarummanın yoxluğunda rusiyalı Safonov qorudu. Meydan sahibləri 9-cu dəqiqədə onun qapısına yol tapdı. PSJ bu qolun əvəzini 68-ci dəqiqədə çıxa bildi. Luis Enrikenin 65-ci dəqiqədə meydana buraxdığı Dembele cəmi 3 dəqiqə sonra Neveşin ötürməsindən yararlandı. Bundan sonra çempion çox çalışsa da, bir daha “Reyms”in qapısına yol tapa bilmədi.

“Monako” “Havr”la oyunda erkən qolla irəli çıxsa da, yarım saatın tamamında qonaqlar, daha dəqiqi, Kuzyayev tablodakı rəqəmləri eyniləşdirdi. “Knyazlar”ın baş məşqçisi fasilədə iki dəyişikliyə əl atdı, Zakariya ilə Ben Seqiri meydana buraxdı. Məhz Ben Seqir 66-cı dəqiqədə komandasını irəli çıxardı. “Monako” bununla da kifayətlənmədi. 71-ci dəqiqədə meydanın rəqibə aid hissəsində topu ələ keçirən Kerer İlenihenaya, o da Baloquna ötürmə verdi. Belədə amerikalı hücumçu fərqi artırmaqda çətinlik çəkmədi. 4-cü qələbəsini qazanan “Monako” PSJ-yə çatdı.

Bu tur həm də “Derby des Olympiques” (Olimpiya derbisi) ilə əlamətdar oldu, “Lion” “Marsel”i qəbul etdi. Oyun qeyri-adi ssenari üzrə keçdi. Artıq 1-ci dəqiqədə qonaqların mərkəz müdafiəçisi Balerdi sarı vərəqə ilə cəzalandı. Qəzəbi soyumayan argentinalı 5-ci dəqiqədə ikinci dəfə eyni cəzanı aldı və avtomatik paltardəyişmə otağına yollandı. Beləiklə, “Marsel” uzatma dəqiqələrini nəzərə almasaq, 85 dəqiqə azlıqda oynadı. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarının sonunda qonaqların qapısına penalti təyin olundu. “Nöqtə”yə yaxınlaşan Lakazett qapıçı ilə dueldən məğlub ayrıldı.

2-ci hissə qolla başladı. 53-cü dəqiqə Çaleta-Sar “şirlər”i irəli çıxardı. 5 dəqiqə sonra Lakazett fərqi artırmağa borclu idi, ancaq qapıçı Rulyi yenə ona mane oldu. Oyuna 2-ci hissədə qoşulan Lirola 69-cu dəqiqədə hesabı bərabərləşdirdi – 1:1. Son dəqiqələr isə inanılmaz dramatik anlara səhnə oldu. 82-ci dəqiqədə Lirolanın ötürməsindən sonra Qarsiya “Marsel”i irəli çıxardı. Bütün komanda ilə müdafiə olunan cənublular artıq qələbəni qorumaq üçün oynayırdı. Ancaq 3-cu uzatma dəqiqəsində Şerki hesabı bərabərləşdirdi – 2:2. Sadəcə, bu da son deyildi. 5-ci uzatma dəqiqəsində Rou uzaqdan zərbə ilə “Marsel”ə qələbə qazandıran qolu vurdu. Beləliklə, xalını 13-ə çatdıran De Zerbinin komandası PSJ və “Monako” ilə birgə zirvəyə şərikdi.

Turun qalan oyunlarında da maraqlı nəticələr qeydə alındı. “Nitsa” evdə “Sent-Etyen”i darmadağın etdi – 8:0! Artıq ilk yarıdan sonra hesab 6:0 idi. “Nitsa” ilk 4 turda cəmi 6 top vurmuşdu. “Lill” evdə “Strasbur”un öhdəsindən gələ bilmədi – 3:3. “Şimallı itlər”in heyətində dubl edən Jeqrova və penaltidən Devid fərqləndi. “Renn” də evdə “Lans” ilə heç-heçə etdi – 1:1. “Anje” – “Nant” oyununda da bu hesab qeydə alındı. Fransanın Çempionlar Liqasındakı təmsilçilərindən “Brest” “Tuluza”ya qalib gəldi, “Monpelye” mövsümdəki ilk qələbəsini “Oser”lə oyunda qazandı.

5-ci tur
Reyms – PSJ 1:1

Nakamura, 9 – Dembele, 68. (20220)
PSJ: Safonov, Zair-Emeri, Markinyos, Paço, Beraldo (Mendeş, 83), Li Kan İn (Mayulu, 83), Vitinya (Ruis, 70), Neveş, Due (Dembele, 65), Kolo Muani, Barkola.

Monako – Havr 3:1
Teze, 9. Ben Seqir, 66. Baloqun, 71 – Kuzyayev, 30. (6000)
Monako: Kyon, Teze (Diatta, 79), Sinqo, Kerer, Enrike, Minamino (Akliuş, 61), Maqassa (Ben Seqir, 46), Kamara (Zakariya, 46), Qolovin, Baloqun, İlenihena (Matazo, 87).

Brest – Tuluza 2:0
Balde, 21. Fevr, 90+1. (14580)
Brest: Bizot, Zoqbe, Le Kardinal, Ndiaye, Aydara (Amavi, 82), Pereyra Laqe, Marten (Kamara, 74), Manyetti, Dumbiya (Fevr, 66), Balde (Ajork, 66), Salah (Sima, 66).

Lill – Strasbur 3:3
Jeqrova, 15; 27. Devid, 84-p. – Santos, 30. Emeqha, 42. Nanasi, 66. (39516)
Lill: Şevalye, Menye (Santuş, 67), Mandi, Diakite, Qudmundsson (Bakker, 73), Qomes (Buaddi, 81), Andre, Qomeş (Sahraui, 67), Kabella (Bayo, 73), Jeqrova, Devid.

Nitsa – Sent-Etyen 8:0
Batubinskika, 4-öz qapısına. Ndombele, 7. Şo, 24. Mukoko, 26; 39. Gessand, 37. Diop, 76. Rosario, 86-p. (30024)

Renn – Lans 1:1
Kalimuendo, 23-p. – Nzola, 90+6. (28387)

Anje – Nant 1:1
Abdelli, 24-p. – Lepenan, 18. (16960)

Monpelye – Oser 3:2
Adams, 65; 75. Sanyan, 71 – Traore, 18. Onaivu, 72. (11643)

Lion – Marsel 2:3
Çaleta-Sar, 53. Şerki, 90+3 – Lirola, 69. Qarsiya, 82. Rou, 90+5. (53228)

1. PSJ 5 4 1 0 17-4 13
2. Marsel 5 4 1 0 15-6 13
2. Monako 5 4 1 0 10-2 13
4. Lans 5 2 3 0 5-2 9
5. Nant 5 2 2 1 7-4 8
6. Reyms 5 2 2 1 7-7 8
7. Nitsa 5 2 1 2 14-6 7
8. Renn 5 2 1 2 9-6 7
9. Lill 5 2 1 2 8-74 7
10. Strasbur 5 1 3 1 11-10 6
11. Brest 5 2 0 3 8-10 6
12. Havr 5 2 0 3 7-10 6
13. Tuluza 5 1 2 2 4-6 5
14. Lion 5 1 1 3 6-11 4
15. Monpelye 5 1 1 3 5-15 4
16. Oser 5 1 0 4 5-12 3
17. Sent-Etyen 5 1 0 4 1-15 3
18. Anje 5 0 2 3 3-9 2


Bombardirlər: Qrinvud (Marsel) – 5, Barkola, Dembele (hər ikisi PSJ) - 4.

Növbəti turun oyunları sentyabrın 27-29-u aralığında keçiriləcək: Oser – Brest, PSJ – Renn, Lans – Nitsa, Havr – Lill, Monako – Monpelye, Tuluza – Lion, Anje – Reyms, Nant – Sent-Etyen, Strasbur – Marsel.

Turun rəqəmi
6 – “Nitsa” ölkənin ən titullu klublarından biri olan “Sent-Etyen”in qapısından ilk yarıda bu qədər qol keçirdi. Fransa çempionatında 21-ci əsrdə heç vaxt bir hissə ərzində 6 top vurulmamışdı. “Nitsa” 1997-ci ildə “Marsel”in qapısından hissə ərzində 7 qol keçirən “Lion”dan azacıq geri qaldı. 8:0 həmçinin “Nitsa” tarixinin ən böyükhesablı qələbəsinin təkrarıdı. Komanda ilk dəfə 1975-ci ildə ölkə kubokunun oyununda “Qolden Star”a bu hesabla qalib gəlib. “Sent-Etyen” isə indiyə qədər yalnız 1951-ci ildə “Bordo”ya bundan da böyük hesabla (0:9) uduzub.

Turun ulduzu
Pol Lirola (Marsel) – sadəcə, fenomenal! 46-cı dəqiqədə meydana çıxan ispaniyalı müdafiəçi hissənin ortalarında hesabı bərabərləşdirdi, 82-ci dəqiqədə isə məhsuldar ötürmə verdi. “Marsel”in onu yayda “Frozinone”dən transfer etdiyini də xatırladaq.

Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Mən bura gələndən bəri PSJ-nin səfərdə asan oyunu olmayıb. “Reyms”lə oyunun da çətin keçəcəyini bilirdik. Demək olar ki, topa yiyələnməyən rəqib elə ilk imkandaca fərqləndi. Həmişə qalib gələ bilmərik. Ancaq bu oyunda iştirak edən bütün futbolçular – istər start heyətində olanlar, istərsə də sonradan oyuna qoşulanlar – ilə bağlı düşüncələrim müsbətdi. Onlar bütün gücünü meydanda qoydu. Futbol belədi: bəzən hər şey yaxşı gedir, bəzən də pis. Qalib gəlməyəndə futbolçularıma yönələn tənqidi anlayıram, ancaq hər kəsdən razıyam. Dembelenin statistikası? Kimin qol vurması yox, PSJ-nin qalib gəlməsi daha vacibdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-04-2024, 22:0

“Lion” qələbə topunu 90+15-ci (!) dəqiqədə vurdu - TURUN İCMALI

Dünya futbolu

6-09-2023, 20:0

“Knyazlar” zirvədədi, PSJ ilə “Marsel” onları təqib edir - TURUN ŞƏRHİ

Dünya futbolu

5-09-2024, 13:0

PSJ zirvəni ələ keçirdi - ŞƏRH

Dünya futbolu

21-08-2024, 19:0

PSJ, “Marsel” və “Renn” rəqibini darmadağın etdi - İCMAL

Dünya futbolu

27-02-2024, 23:0

PSJ məğlubiyyətdən qaçdı, “Brest” ilə “Monako” hərəyə üç qol vurdu – TURUN ŞƏRHİ

Dünya futbolu

8-05-2024, 20:0

“Monako” ÇL-ə vəsiqəni təmin etdi

Aktual
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Son xəbərlər
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 94
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə