• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yuventus” ilə “Napoli”nin 41 oyunluq seriyası qırıldı - ŞƏRH

Dünya futbolu

25-09-2024, 15:0

A seriyasının 5-ci turunda şənbə və bazar gününə təyin olunan iki matça maraq daha çox idi. Turində keçirilən oyunda qalib müəyyənləşmədi, Milan derbisi isə eyniadlı komandanın qələbəsi ilə nəticələndi.

Antonio Kontenin rəqib qismində Turinə qayıtması diqqəti cəlb etməyə bilməzdi. “Napoli”nin 55 yaşlı çalışdırıcısı vaxtilə “Yuventus”a futbolçu kimi 13, baş məşqçi kimi 3 il xidmət etmiş, hər iki statusla çox sayda titul qazanmışdı. Onun bu yay qəbul etdiyi komanda ilk 4 turda 9 xal toplamaqla 2-ci yerdə olarkən “Yuventus” hesabat turuna 8 xalla 4-cü yerdə başlamışdı. Avrokuboklarda çıxış etməyən “Napoli”dən fərqli həftəiçi Çempionlar Liqasında (ÇL) PSV ilə qarşılaşan və 3:1 hesabı ilə qalib gələn “Yuventus” üçün 4 gündən sonra daha bir ağır oyuna çıxmaq əlverişsiz idi. Buna baxmayaraq, Tyaqo Mottanın komandası çətin sınaqdan yaxşı çıxdı. İlk hissədə meydanın hər qarışı uğrunda gərgin mübarizə getdi. Amma komandalar qapılar qarşısında az sayda təhlükəli vəziyyətlər yarada bildilər. Fasilədən sonra qonaqlar daha yaxşı təsir bağışlasalar da, Politanonun zərbəsi azca qeyri-dəqiq oldu. Meydan sahibləri hissənin ikinci yarısında fəallığı artırsalar da, Koopmeyners, Yıldız, Kambyasonun cəhdləri bir nəticə vermədi. Bu mövsüm qapısından top buraxmayan turinlilər ardıcıl üçüncü oyunda da qol vura bilmədilər. Maraqlıdı ki, ilk 5 turda 11 xal toplayan Turinin digər təmsilçisi “Torino” vahid liderliyi ələ aldı.

Milan derbisi ərəfəsində əzəli rəqiblər ÇL-də bu mövsümün ilk oyunlarını keçirmişdilər: “Milan” İtaliyada “Liverpul”a 1:3 hesabıyla uduzmuş, “İnter” isə İngiltərədən evə qənaətbəxş nəticə ilə qayıtmışdı. Görünür, “Mançester Siti” ilə qolsuz heç-heçə son çempiondan həddən artıq enerji alıbmış. “Milan”dakı vəziyyət isə ürəkaçan deyildi. İtaliya nəhəngi bu mövsüm Paulu Fonsekanın başçılığı altında ilk rəsmi qələbəsini əvvəlki turda “Venetsiya” üzərində qazanmışdı. İlk 4 oyunda yalnız 5 xal toplayan vitse-çempionda məşqçi dəyişikliyi ehtimalı vardı: yerli mənbələr derbidəki uğursuzluğun Fonsekaya işini erkən itirmək bahasına başa gələcəyini vurğulayırdı. Amma portuqaliyalı mütəxəssis istefa təhlükəsindən qurtula bildi. Onun komandası “İnter”ə qarşı duelin əvvəlində yaxşı təsir bağışlayaraq Pulişiç ilə hesabı açdı. Amma son çempion tədricən üstünlüyü ələ aldı və Dimarko 28-ci dəqiqədə hesabı bərabərləşdirdi. Menyan fasilə ərəfəsində Türamın zərbəsinin qarşısını almasaydı, Simone İnzaqinin komandası ikinci hissəyə üstün durumda başlayacaqdı. Bu, baş vermədi və “Milan” fasilədən sonra fəallığı ilə seçildi. Zommer Leaonun baş zərbəsinin qarşısını aldı. “İnter”in qapısçısı daha bir neçə epizodda əla oynasa da, son dəqiqələrdə Qabbyanın qoluna mane ola bilmədi. Beləliklə, əzəli rəqibini son iki ildə ilk dəfə məğlyub edən “Milan” həm də Fonsekanı qovulmaqdan qurtardı.

Uğursuz starta görə istefaya göndərilən Daniele De Rossinin yerini tutan İvan Yuriçin “Roma”da debütü əla alındı. Paytaxt komandası xorvatiyalı mütəxəssisin başçılığı altında keçirdiyi ilk matçda “Udineze”ni 3:0 hesabı ilə məğlub etdi.

5-ci tur
Yuventus – Napoli 0:0

(40295)
Yuventus: Di Qreqorio, Kambyaso, Bremer, Kalulu, Savona, Makkenni (K.Türam, 80), Lokatelli, Koopmeyners, Yıldız, Qonsales, Vlahoviç (Vea, 46).
Napoli: Meret (Kaprile, 36), Olivera, Buoncorno, Rrahmani, Di Lorentso, Lobotka (Gilmor, 87), Zambo Angissa, Maktominey, Kvaratsxeliya (Folorunşo, 73), Politano (Neres, 73), Lukaku (Simeone, 72).

Fiorentina – Latsio 2:1
Qudmundsson, 49-p.; 90-p. – Xila, 41. (19624)
Fiorentina: De Xea, Biraqi (Ranyeri, 46), Lukas Martines (Qudmundsson, 46), Komutso, Qosens, Dodo, Kataldi (Adli, 83), Mandraqora (Kuame, 65), Bove, Kolpani (İkone, 81), Ken.
Latsio: Provedel, Tavareş, Xila, Patrik, Latsari (Maruşiç, 69), Kastrovilli (Çauna, 61), Genduzi, Zakkanyi, Dia (Pedro, 68), İsaksen (Rovella, 61), Noslin.

Montsa – Bolonya 1:2
Curiç, 43 – Urbanski, 24. Kastro, 80. (9991)
Bolonya: Ravalya, Likoyannis, Lukumi, Kazale (Beukema, 46), De Silvestri (Poş, 78), Fröyler, Ebişer, Urbanski (Moro, 78), Odqor (Aylinq, 71), Ndoy, Kastro.

Roma – Udineze 3:0
Dovbik, 19. Dibala, 49-p. Baldantsi, 70. (63499)
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini, Pisilli (Paredes, 60), Kristante (Kone, 83), Çelik, Əl-Şaaravi (Sule, 83), Lorentso Pelleqrini (Baldantsi, 68), Dibala (Ermoso, 83), Dovbik.

İnter – Milan 1:2
Dimarko, 28 – Pulişiç, 10. Qabbya, 89. (75366)
İnter: Zommer, Dimarko, Açerbi, Pavar, A.Bastoni (Auqusto, 82), Dyumfris (Darmian, 63), Mxitaryan (Frattezi, 63), Çalhanoğlu (Asllani, 63), Barella (Zyelinski, 74), Lautaro Martines, M.Türam.
Milan: Menyan, Ernandes, Tomori, Qabbya, Emerson, Fofana, Reynders, Pulişiç (Okafor, 78), Leao (Çukvueze, 87), Morata (Loftus-Çik, 78), Abraham (Pavloviç, 90+2).

Kalyari – Empoli 0:2
Kolombo, 33. Espozito, 49. (15225)

Verona – Torino 2:3
Kastanos, 12. Moskera, 90+3 – Sanabriya, 10. Sapata, 34. Adams, 79. (23000)

Venetsiya – Cenoa 2:0
Busio, 64. Pohyanpalo, 85. (10502)

Leççe – Parma 2:2
Dorqu, 32. Krstoviç, 59 – Almkvist, 90+3. Ayno, 90+5. (25503)
Yağış meydanı yararsız hala saldığından “Atalanta” – “Komo” oyunu təxirə salınıb və dünən keçirilib – 2:3. Turnir cədvəlində bu matçın nəticəsi nəzərə alınmayıb.

1. Torino 5 3 2 0 8-5 11
2. Napoli 5 3 1 1 9-4 10
3. Udineze 5 3 1 1 7-7 10
4. Yuventus 5 2 3 0 6-0 9
5. Empoli 5 2 3 0 5-2 9
6. Milan 5 2 2 1 11-7 8
7. İnter 5 2 2 1 10-5 8
8. Latsio 5 2 1 2 9-8 7
9. Roma 5 1 3 1 5-3 6
10. Atalanta 4 2 0 2 8-8 6
11. Verona 5 2 0 3 8-8 6
12. Fiorentina 5 1 3 1 7-7 6
13. Bolonya 5 1 3 1 6-8 6
14. Parma 5 1 2 2 8-9 5
15. Cenoa 5 1 2 2 4-7 5
16. Leççe 5 1 2 2 3-8 5
17. Venetsiya 5 1 1 3 3-8 4
18. Montsa 5 0 3 2 4-6 3
19. Komo 4 0 2 2 3-7 2
20. Kalyari 5 0 2 3 1-8 2


Bombardirlər: Retegi (Atalanta), M.Türam (İnter) - 4.

Növbəti turun oyunları sentyabrın 27-30-u aralığında keçiriləcək:
Milan - Leççe, Udineze – İnter, Cenoa – Yuventus, Bolonya – Atalanta, Torino - Latsio, Komo – Verona, Roma – Venetsiya, Empoli - Fiorentina, Napoli - Montsa, Parma - Kalyari.

Turun rəqəmi
0 - “Yuventus” və “Napoli”nin bu dəfəki dueli çoxdan təsadüf olunmayan hesabla nəticələndi. Son 27 ildə bu komandalar arasında keçirilən oyunlarda azı bir qol qeydə alınmışdı. Nəhayət, şənbə günü prinsipial matç başladığı hesabla sona çatdı. Nəticədə turinlilərlə neapolluların 41 oyunluq qollu seriyası qırıldı. Komandalar arasında qolsuz heç-heçəyə sonuncu dəfə 1996/97 mövsümündə təsadüf olunmuşdu.

Turun ulduzu
Ticani Reynders (Milan) – Milan derbisində hesabı müəyyən edən qolları başqa oyunçular vurdular. Amma prinsipial matçda Reyndersin faydalı iş əmsalı daha çox oldu. Niderlandlı yarımmüdafiəçi Leaonun ötürməsi ilə özü də qol vurmağa yaxın idi, lakin Zommer onun təhlükəli zərbəsini dəf etdi. Həlledici məqamda Qabbya məhz Ticaninin əla ötürməsini tamamlayaraq “Milan”a vacib qələbə qazandırdı.

Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“Yuventus” və “Napoli” arasındakı rəqabət həmişə olacaq. Əsas odu ki, rəqib azarkeşlər arasında zorakılıq olmasın və hər kəs bir-birinə hörmət etsin. Mən “Yuventus”un tarixinin bir parçasıyam və heç kim bunu dəyişə bilməz. Ümid edirəm ki, gələcəkdə “Napoli”nin tarixinin də bir hissəsi olacağam. Təssüf ki, indi çoxlarının minnətdar olmağı unutduğu bir dünyada yaşayırıq və bu, yaxşı hal deyil. Bu gün “Yuventus” azarkeşləri məni rəqib kimi görürlər, lakin onlar heç vaxt mənim düşmənim olmayacaqlar”.


Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi:
“Milan”, sözsüz ki, yaxşı komandadı. Bu komanda bizdən yaxşı oynayıb layiqli qələbə qazandı. İşə əvvəlcədən lazım olduğu kimi yanaşmadıq, komanda kimi oynaya bilmədik. “İnter”in belə vəziyyətə nadir hallarda düşdüyünü də deməliyəm. Heç bir hissəyə tələb olunduğu kimi başlamadıq. Futboçularımız həm topla, həm də topsuz oyunda çox sayda səhvə yol verdilər. Buna və nəticəyə görə məsuliyyəti üzərimə götürürəm”.


Paulu Fonseka, “Milan”ın baş məşqçisi:
“Bu, derbi idi. “Milan” çoxdan idi belə vacib matçda qalib gələ bilmirdi. Əlbəttə, bu nəticə hazırkı vəziyyətdə bizə çox lazım idi. Qələbəyə layiq idik, futbolçularımız böyük cəsarət nümayiş etdirdilər. “İnter”ə bu qədər problem yaradan komandanı çoxdan idi görməmişdim. Matçdan əvvəl mümkün istefamla bağlı söz-söhbətlərə elə bir əhəmiyyət vermirəm. Həm də ona görə ki, bu tip fikirləri nə oxuyur, nə də eşidirəm. Məni yalnız futbolçularımızın ideyalarımıza inanması maraqlandırır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-05-2023, 15:0

“Yuventus”un 12 illik seriyası qırıldı

Dünya futbolu

1-05-2024, 14:0

Konte yenidən vətənində işləyəcək

Dünya futbolu

1-05-2024, 11:0

Tyaqo Mottanın yolu Turinədi

Dünya futbolu

15-11-2022, 18:0

“Napoli” “Yuventus”un yolu ilə gedir

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Bu gün, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Bu gün, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Bu gün, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 103
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə