“Çikaqo” ilə 6 dəfə MBA çempionu olan Skotti Pippen həyat və xoşbəxtlik haqda düşüncələrini bölüşüb.
O, sosial şəbəkə hesabında bunları yazıb:
“Yaşlandıqca anlayırsan ki, 30 min dollara olan saatla 30 dollara olan saat eyni vaxtı göstərir. “Gucci”nin pulqabısına da eyni məbləğdə pul yerləşir, “Target”in də. Həm 10 milyon, həm də 100 min dollarlıq evdə eyni dərəcədə tənhasan. “Ford” da “Bentley” qədər uzağa aparır. Əsl xoşbəxtlik maddi dəyərlərdə deyil, sevgidə və ətrafdakı insanların sevincindədi. Təvazökar olun. Məzarın ölçüsü hamıda eynidi”.