• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mançester klubları və “Arsenal” sevindi, “Livrerpul” büdrədi - İCMAL

Dünya futbolu

21-09-2024, 23:0

Premyer-liqanın 4-cü turu da maraqlı oyunlara səhnə oldu.

Turun mərkəzi oyununda “Arsenal” “Tottenhem”i məğlub etdi. Bu mövsüm xal itirməyən yeganə komanda “Mançester Siti”di. “Şəhərlilər” bu dəfə “Brentford” üzərində əzmkar qələbə qazandı. Mançesterin digər təmsilçisi də azarkeşlərini sevindirdi. “Qırmızı şeytanlar” “Sauthempton”u darmadağın etdi. “Liverpul” mövsümdəki ilk məğlubiyyətini “Nottingem Forest”dən aldı. Nəhənglərdən “Çelsi” də turu 3 xalla başa vurdu.

MS möhkəm “Brentford”u qəbul etdi. Oyun Qvardiolanın komandası üçün hədsiz pis başladı. Elə ilk dəqiqədə Vissa “arılar”ı irəli çıxardı. “Brentford” bununla kifayətlənmədi. Qonaqların bir neçə dəfə fərqi artırmaq imkanı olsa sa, Ederson bütün zərbələrin qarşısını aldı. MS 20-ci dəqiqədə “status-kvo”nu bərpa etdi. De Bruyne zərbə vurmağa imkan tapmasa da, top Holanna sıçradı. O isə uzaq küncə qarşısıalınmaz zərbə endirdi. 10 dəqiqə sonra “artılar” yenidən hesabda irəli çıxa bilərdi. Ancaq Pinnokun zərbəsindən sonra top tirdən döndü. 32-ci dəqiqədə Holann daha bir qol vurdu. Ederson topu rəqibin cərimə meydançasına göndərdi, Pinnoku arxada qoyan norveçli ulduz dubl etdi. Fasilədən sonra da oyunun axarına nəzarət edən “Siti” bir neçə dəfə fərqi artıra bilərdi. Het-trik etmək üçün alışıb-yanan Holann 81-ci dəqiqədə topu dirəyə vurdu.

“Everton”u qəbul edən “Aston Villa” da əzmkar qələbə qazandı. Liverpullular hissənin ortalarında iki qol vursa da, Uotkins fasiləyə qədər bunlardan birinin əvəzini çıxdı. Birmingemlilər 2-ci hissədə böyük qüvvə ilə irəli atıldı. 58-ci dəqiqədə inadkar Uotkins dubl etdi. Meydan sahibləri qələbə topunu 76-cı dəqiqədə vurdu. Kolumbiyalı Duran 30 metrdən gözəl qolla yadda qaldı. “Everton” hələ də xal qazanmayıb.

Turun ən böyük sensasiyası “Enfild”də qeydə alındı. “Liverpul” gözlənilmədən “Nottingem Forest”ə uduzdu. Slotun komandası ilk yarıda çoxlu qol imkanını boşa verdi. 17-ci dəqiqədə Dias dirəyi “nişan aldı”. “Meşəçilər”in qolkiperi Sels də dəfələrlə komandasını xilas etdi. Rəqibin “dişsizliyini” görən qonaqlar 2-ci hissədə daha inamlı oynamağa başladı. Bunun da nəticəsi kimi 72-ci dəqiqədə sonradan meydana çıxan Hadson-Odoi hesabı açdı. “Liverpul” mövsümdə ilk dəfə uduzdusa, “meşəçilər” publikanı təəccübləndirməkdədi. Nunu Eşpiritu Santunun komandası heç kimə uduzmayıb.
MY mövsümdə 2-ci qələbəsini qazandı. Baxmayaraq ki, ilk yarım saatda “Sauthempton” daha üstün təsir bağışladı. “Müqəddəslər” 33-cü dəqiqədə penaltini də boşa verdi. Bundan dərhal sonra De Liqt MY-ni irəli çıxardı. Hissənin sonuna qədər Reşford bilyarddakı kimi dəqiq zərbə ilə fərqi artırdı. 2-ci hissədə inamsız görünən “Sauthempton” 79-cu dəqiqədə azlıqda qaldı. Stivens az qala Qarnaçonu şikəst edəcəkdi. Bu epizoda görə qıcıqlanan gənc argentinalı 7-ci uzatma dəqiqəsində oyunda son nöqtəni qoydu. Belə qələbədən sonra Ten Haqın mümkün istefası ilə bağlı söz-söhbət bir müddət yatacaq.

Şimali London derbisində “Tottenhem”lə “Arsenal” üz-üzə gəldi. “Mahmızlar” artıq 6-cı dəqiqədə hesabı aça bilərdi. Kulusevskinin zərbəsindən sonra Rayya çətinliklə topu qaytardı. İlk yarının ortalarında Haverts və Martinelli təhlükəli zərbə ilə yadda qaldı. Fasilədən sonra da “Tottenhem” daha yaxşı təsir bağışlasa da, qolu “topçular” vurdu. Sakanın kornerdən asmasından sonra Qabriel topu başla tora göndərdi. “Arsenal” qələbə hesabını qoruya bildi, “Qarabağ”ın Avropa Liqasındakı rəqibi isə ardıcıl 2-ci məğlubiyyətlə barışdı.
“Çelsi” səfərdə inadkar “Bornmut”a qalib gəldi. Meydan sahibləri ilk yarıda rəqibdən üstün idi. 38-ci dəqiqədə Evanilson penaltini də qaçırdı. 2-ci hissədə londonlular fəallaşdı. Təbii ki, Entso Mareskanın əvəzetmələri də işə yaradı. Xüsusən də Sanço fəal idi. MY-nin sabiq yarımmüdafiəçisi sona 4 dəqiqə qalmış Nkunkunun fərqlənməsinə şərait yaratdı. Yeri gəlmişkən, referi Entoni Teylor bu oyunda futbolçulara 14 sarı vərəqə göstərməklə premyer-liqanın yeni rekordunu müəyyənləşdirdi.

Daha bir London derbisində “Fulhem”lə “Vest Hem” qarşılaşdı. “Bağbanlar” ilk yarıda hesabı açsalar da, “çəkicdöyənlər” 5-ci uzatma dəqiqəsində məğlubiyyətdən qurtuldular. “Brayton” – “İpsviç” oyununda qolsuz, “Kristal Pelas” – “Lester” oyununda məhsuldar heç-heçə qeydə alındı.
Turun son oyununda “Vulverhempton” “Nyukasl”ı qəbul etdi. “Canavarlar” ilk yarıda daha yaxşı təsir bağışladılar və hətta hesabı da açdılar. Amma 2-ci hissədə oyunun xarakteri dəyişdi. “Sağsağanlar” böyük qüvvə ilə irəli atıldılar. 75-ci dəqiqədə onların isveçrəli müdafiəçisi Şer hesabı bərabərləşdirdi. Eddi Haunun komandası az sonra qələbə topunu da vurdu. Beləliklə, “Nyukasl” əzmkar qələbə qazandı.

4-cü tur
Mançester Siti – Brentford 2:1

Holann, 19; 32 – Vissa, 1.
MS: Ederson, Uoker, Akanci, Stounz (Diaş, 84), Lüis (Qvardiol, 46), Gündoğan, Kovaçiç (Rodri, 46), Savinyo (Nunyeş, 90+2), De Bruyne, Qriliş (B.Silva, 84), Holann.

Liverpul – Nottingem Forest 0:1
Hadson-Odoi, 72. (60344)
Liverpul: Alisson, Aleksander-Arnold, Konate (Cons, 75), Van Diyk, Robertson (Simikas, 75), Qravenberx, Makallister (Bredli, 61), Salah, Soboslai, Dias (Qakpo, 61), Jota (Nunyes, 61).

Tottenhem – Arsenal 0:1
Qabriel, 64. (61645)
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Udoci, Meddison (Verner, 80), Bentankur (Sarr, 68), Conson (Odober, 68), Son Hın Min, Kulusevski, Solanke.
Arsenal: Rayya, Uayt, Saliba, Qabriel, Timber, Jorjinyo, Parti, Trossar (Jezus, 80), Saka (Nvaneri, 86), Haverts, Martinelli (Sterlinq, 80).

Sauthempton – Mançester Yunayted 0:3
De Liqt, 35. Reşford, 41. Qarnaço, 90+7. (31144)
MY: Onana, Mazraui (Maquayr, 73), De Liqt (Kazemiro, 87), Martines (Evans, 77), Dalot, Eriksen (Uqarte, 73), Maynu, Dyallo, Fernandeş, Reşford (Qarnaço, 73), Zirkzee.

Bornmut – Çelsi 0:1
Nkunku, 86. (11235)
Çelsi: Sançes, Disasi (Adarabioyo, 61), Fofana, Koluill, Kukurelya, Kaysedo, Veyqa, Madueke (Feliş, 62), Palmer, Neto (Sanço, 46), Cekson (Nkunku, 79).

Aston Villa – Everton 3:2
Uotkins, 36; 58. Duran, 76 – Maknil, 16. Kalvert-Lüin, 27.

Brayton – İpsviç 0:0
(41573)

Kristal Pelas – Lester 2:2
Mateta, 47; 90+2 – Vardi, 21. Mavididi, 46.

Fulhem – Vest Hem 1:1
Ximenes, 24 – İnqz, 90+5. (26528)

Vulverhempton – Nyukasl 1:2
Lemina, 36 – Şer, 75. Barns, 80. (30255)

1. Mançester S. 4 4 0 0 11-3 12
2. Arsenal 4 3 1 0 6-1 10
3. Nyukasl 4 3 1 0 6-3 10
4. Liverpul 4 3 0 1 7-1 9
5. Aston Villa 5 3 0 1 7-6 9
6. Brayton 4 2 2 0 6-2 8
7. Nottingem F. 4 2 2 0 4-2 8
8. Çelsi 4 2 1 1 8-5 7
9. Brentford 4 2 0 2 6-6 6
10. Mançester Y. 4 2 0 2 5-5 6
11. Bornmut 4 1 2 1 5-5 5
12. Fulhem 4 1 2 1 4-4 5
13. Tottenhem 4 1 1 2 6-4 4
14. Vest Hem 4 1 1 2 5-6 4
15. Lester 4 0 2 2 5-7 2
16. Kristal Pelas 4 0 2 2 4-7 2
17. İpsviç 4 0 2 2 2-7 2
18. Vulverhempton 4 0 1 3 4-11 1
19. Sauthempton 4 0 0 4 1-8 0
20. Everton 4 0 0 4 4-13 0


Bombardirlər: Holann (MS) – 9, Madueke (Çelsi), Dias, Salah (hər ikisi “Liverpul”), Mbemo, Vissa (hər ikisi “Brentford”), Duran (Aston Villa) – 3.

Növbəti turun oyunları sentyabrın 21-22-də keçiriləcək: Vest Hem – Çelsi, Aston Villa – Vulverhempton, Fulhem – Nyukasl, Lester – Everton, Liverpul – Bornmut, Sauthempton – İpsviç, Tottenhem – Brentford, Kristal Pelas – Mançester Yunayted, Brayton – Nottingem Forest, Mançester Siti – Arsenal.

Turun rəqəmi
4 – Ederson Holannın fərqlənməsinə şərait yaratmaqla premyer-liqada məhsuldar ötürmələrinin sayını bu həddə çatdırdı. Braziliyalı qapıçılar arasında bu göstəricidə ikincidi. O, yalnız 5 məhsuldar ötürmə verən Pol Robinsondan geri qalır. Xatırladaq ki, Ederson premyer-liqada 254, Robinson isə 375 oyun keçirib.

Turun ulduzu
Erlinq Holann (MS) – norveçli hücumçu karyerasının zirvə dönəmini yaşayır və qolları sıralayır. Bu dəfə iki qol vurmaqla komandasının əzmkar qələbə qazanmasına səbəbkar oldu. Bu formada olan Holann ilə Qvardiola istənilən titulu qazana bilər.

Turun sitatı
Manuel Akanci, “Mançester Siti”nin müdafiəçisi:

“Çox ağırdı. Sən yalnız cari yox, növbəti mövsümü də düşünürsən. Məsələn, biz premyer-liqada çempion olur və ya İngiltərə kubokunu qazanırıq, ardından klublararası dünya çempionatına yollanırıq, ondan üç həftə sonra isə İngiltərə Superkuboku uğrunda oyuna çıxırıq. Bəz məzuniyyət nə vaxt olacaq? Qışda fasilə yoxdu, odu ki, iki həftə dincələ bilsək, bəxtimiz gətirəcək. Sonra da yeni mövsüm başlayır. 2026-cı ildə yığmaların dünya çempionatı da olacaq. Və bütün bunların sonu görünmür. Yaxın illərdə bunun öhdəsindən necə gələcəyimi bilmirəm. Daim yeni oyunlar əlavə edib, hər şeyin əvvəlki kimi olacağını düşünmək olmaz. Futbolçuları da düşünmək lazımdı. Hansısa məqamda adam yorulur, əlbəttə, hələ zədələr də var. İnadla məşq edirik, yaxşı formadayıq, ancaq hər şeyin bir həddi var. Hətta ola bilər ki, mən karyeramı 30 yaşımda bitirəm”.

Fakt
Holann premyer-liqanın ilk 4 turunda 9 qol vurub. 24 yaşlı norveçlinin nəticəsi bu liqanın rekordudu. Holann buna qədər “Vest Hem” (3:1) və “İpsviç” (4:1) ilə oyunlarda het-trik etmiş, “Çelsi”nin (1:0) qapısından bir top keçirmişdi.

Reaksiyalar
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Edə biləcəyimiz yeganə şey topu nəzarət altına almaq idi. Rəqib daim uzun ötürmələrdən yararlanırdı. Topa daha çox nəzarət etsək də, cəmi 3-4 yaxşı qol vəziyyəti yaratdıq. Bu isə qələbə qazanmaq üçün kifayət etmir. Meydanın rəqibə aid hissəsində oynayırsansa, daha çox qol vəziyyəti yaratmalısan”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Narazı olduğum müəyyən məqamlar var, bunları yaxşılaşdırmalıyıq. Ancaq mübarizə aparmağımız, müdafiə olunmağımız, boş mövqelərə açılmağımız qeyri-adi dərəcədə yaxşı idi. İstənilən vəziyyətdə qələbə qazanmağın yolunu tapmalıyıq. Baxmayaraq ki, bu gün elə də asan deyildi. Birincisi, “Tottenhem” əla rəqibdi. İkincisi, bu gün başqa keyfiyyətlərə malik futbolçuları oynatmalı olduğumuzdan oyun planı dəyişdi. Qələbə qazanmağı xoşlayıram. Azarkeşlərimizə sevincli anlar bəxş etdik. Gəlin bu gecənin dadını çıxaraq və növbəti oyunlara hazırlaşaq”.

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:
“Deyərdim ki, bu, Holannın ən yaxşı formasıdı, ancaq cəmi 4 tur arxada qalıb. Ondan hazır olub-olmadığını soruşmadım. Ona görə ki, hazır olmasaydı, özü mənə yaxınlaşardı (Holannın ailə dostu vəfat edib – red.). Əlbəttə, ona çətin idi. Hər kəsin qayğısını çəkməyə çalışırıq, problemi olanların yanında oluruq. Güclü olmaq lazımdı. Bəlkə də 90 dəqiqə şəxsi həyatı unutmağa dəyər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-02-2024, 00:0

“Mançester Siti” “Arsenal”ı arxada qoydu

Dünya futbolu

20-03-2024, 18:0

“Tottenhem” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

29-08-2024, 23:0

MS və “Çelsi” darmadağın etdi, MY yenə “Brayton”a uduzdu - ŞƏRH

Dünya futbolu

13-08-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə