Ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Taysona hələ də bloger Ceyk Polla döyüşmək icazəsi verilməyib.
"Football-plus.az" xəbər verir ki, Mayk hələ Atletika Komissiyasından rəsmi icazə almayıb. Döyüşə az qalmış o, bəzi tibbi testlərdən keçməlidi. Yalnız ondan sonra sağlıq durumunu qiymətləndirmək və döyüşə buraxılıb-buraxılmamasıyla bağlı qərar vermək mümkün olacaq.
Xatırladaq ki, Taysonla Pol noyabrın 15-də Dallasda qarşılaşacaq.