• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nəhənglər derbi ərəfəsində büdrəmədi - “Beşiktaş” ilk xallarını Trabzonda itirdi

Dünya futbolu

20-09-2024, 12:0

Tura şənbə günü start verildi. “Sivasspor” “Qaziantep” üzərində əzmkar qələbə qazandısa, “Samsunspor” öz meydanında “Konyaspor”a minimal hesabla boyun əydi. Debütant “Bodrum” yaxşı formada olan “İstanbul BŞ”yə layiqincə müqavimət göstərsə də, sürprizə gücü çatmadı. Hücuma qoşulan müdafiəçi Duartenin 90-cı dəqiqədə vurduğu qol qonaqlara qələbə qazaqndırdı.

“Qalatasaray” fanatları önündə şou göstərdi. Bir neçə həftə öncə “Fənərbaxça”dan 5 cavabsız qol buraxan “Çaykur Rizəspor” ənənəsinə sadiq qalaraq daha bir İstanbul nəhəngi önündə darmadağın oldu. Zədəli İkardinin yoxluğunda bütün diqqətlər debüt oyununa çıxan Osimhenə yönəlmişdi. Maraqlıdı ki, hər iki mərkəz müdafiəçisi - Əbdülkərim Bardakcı ilə Devinson Sançes qol vurduğu halda, nigeriyalı ulduz fərqlənə bilmədi. Əslində ikinci qolu hamı onun vurduğunu düşündü. Amma Əbdülkərim son anda ayağını uzadaraq topa toxunduğu üçün qol onun adına yazıldı. Ötən tur səfərdə “Adana Dəmirspor”u darmadağın edən son çempionun ardıcıl 2-ci turda 5 qol vurması diqqəti çəkdi. Okan Buruk klub tarixində mövsümə 4 qələbə ilə başlayan 4-cü yerli məşqçi oldu. Daha öncə bunu Fatih Terim (1998/99), Mustafa Dənizli (1987/88) və Gündüz Kılıç (1960/61/1961/62) bacarmışdı. “Qalatasaray”ın bu mövsüm 7-ci rəsmi oyunda ilk dəfə qapısını toxunulmaz saxladığını da qeyd edək.

Yaxın keçmişin iki önəmli ulduzu – Burak Yılmaz ilə Arda Turanın çalışdırdığı komandaların duelində qalib müəyyənləşmədi. Ardanın “Eyüpspor”u 2 topluq üstünlüyü əldən versə də, komandanın 5-ci turu da məğlubiyyətsiz tamamlaması diqqət çəkdi. “Fənərbaxça” ən sevimli səfərlərindən sayılan “Kasımpaşa” ilə oyunda rahat qələbə qazandı. Komandanın yeni ulduzlarından olan Sen-Maksimin, nəhayət, Türkiyə karyerasında qol hesabını açdı. Fransalı vinger həm də komandasına penalti qazandırdı ki, Tadiç bu fürsəti boşa vermədi. Fasilədən sonra hiss olunurdu ki, artıq “Fənər”lilərin bütün diqqəti gələn həftə baş tutacaq derbidədi. Komanda nə özü oynadı, nə də rəqibə oynamaq fürsəti verdi. “Fənər” superliqada bu rəqibə qarşı 21-ci səfər oyununda 19-cu (!) qələbəsini qazandı. Bundan başqa, komanda ilk 5 turda 4-cü dəfə qapısını toxunulmaz saxladı. “Sarı-lacivərdlilər”in sonuncu dəfə belə göstəricisi 1988/89 mövsümündə olmuşdu. Beləliklə, böyük maraqla gözlənilən “Fənərbaxça” – “Qalatasaray” derbisi ərəfəsində nəhənglərdən heç biri xal itirmədi.

Turun mərkəzi oyunu Trabzonda keçirildi. Şenol Günəşin gəlişi ilə hər şeyə sıfırdan başlamaq arzusunda olan “Trabzonspor” mövsümə fırtına kimi start verən “Beşiktaş”ı qəbul etdi. Əla azarkeş dəstəyinə malik olan Trabzon təmsilçisi oyuna yaxşı başlasa da, 13-cü dəqiqədə matçın axarına təsir edən olay yaşandı. Visça Rafa Silvaya qarşı çox sərt oyuna görə meydandan qovuldu. Maraqlıdı ki, təcrübəli futbolçu 15 illik peşəkar karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə aldı! Bu, həm də “Trabzonspor” – “Beşiktaş” rəqabətinin tarixindəki ən erkən qırmızı vərəqə oldu. Düzdü, çox keçmədən məhz qaradənizlilər hesabı açdı. Bardinin cərimə zərbəsindən asması zamanı Okay Yokuşlu başla fərqləndi. Amma təxminən 30-cu dəqiqədən etibarən oyun, demək olar, təkqapı davam etməyə başladı. “Beşiktaş” bu cür məqam üçün minimum hədəfin öhdəsindən gələrək hələ fasiləyə qədər hesabı bərabərləşdirdi. Van Bronkhorstun gəlişindən sonra ayağı açılan Fernandeş baxımlı qol vurdu. Amma İstanbul nəhəngi bunun davamını gətirə bilmədi. Əzmkarcasına müdafiə olunan “Trabzonspor” qapıçı Uğurcan Çakırın da önəmli seyvləri sayəsində bu nəticəni qoruyub saxlamağı bacardı. Çakır ilk 3 çempionat oyununda “çərçivə”yə gələn 18 zərbədən 17-ni dəf etməyi bacarıb! Maraqlıdı ki, Günəş “Trabzonspor”da 5-ci dönəmində də ilk superliqa oyunundan məğlubiyyətsiz ayrıldı (3 qələbə, 2 heç-heçə). “Beşiktaş” isə bu mövsüm ilk dəfə xal itkisi ilə barışmalı oldu.

5-ci tur
Qalatasaray – Çaykur Rizəspor 5:0

Sançes, 3. Əbdülkərim Bardakcı, 25. Sara, 49. Mertens, 61. Barış Alpər Yılmaz, 80.
Qalatasaray: Muslera, Kaan Ayhan, Əbdülkərim Bardakcı, Sançes (Nelsson, 67), Yakobs (Yelert, 73), Torreyra (Berkan Kutlu, 68), Sara (Kərəm Dəmirbay, 67), Barış Alpər Yılmaz (Yusuf Dəmir, 83), Mertens (Batşuayi, 67), Yunus Akgün, Osimhen.

Kasımpaşa - Fənərbaxça 0:2
Sen-Maksimen, 22. Tadiç, 39-p.
Fənərbaxça: Livakoviç, Mərt Müldür (Yusuf Akçiçək, 81), Bekao, Çağlar Söyüncü, Oostervolde, İsmayıl Yüksək, Fred (Mərt Hakan Yandaş, 87), Tadiç (Amrabat, 81), Şimanski, Sen-Maksimen (İrfan Can Kahveci, 63), Ən-Nəsiri (Ceko, 63).

Trabzonspor – Beşiktaş 1:1
Okay Yokuşlu, 17 – Fernandeş, 39.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Saviç, Densvil, Ərən Elmalı (Arif Boşluk, 90+7), Okay Yokuşlu, Mendi, Visça, Bardi (Draquş, 46/Lundstram, 90+6), Orşiç (Cihan Çanak, 46/Ozan Tufan, 90+2), Banza (Çam, 79).
Beşiktaş: Mərt Günok, Svensson (Onur Bulut, 79), Paulista, Uduoxay, Masuaku, Əl-Musrati (Muçi, 67), Fernandeş (Salih Uçan, 88), Mario, Rafa Silva, Raşitsa (Semih Kılıçsoy, 67), İmmobile (Mustafa Həkimoğlu, 79).

Bodrum – İstanbul BŞ 0:1
Duarte, 90.
İstanbul BŞ: Muhammed Şengəzər, Kemen (Duarte, 86), Həmzə Gürələr, Opoku, Lima, Berat Özdəmir, Berkay Özcan (Krespo, 76), Dəniz Türüc, Sərdar Gürlər (Davidson, 76), Fiqeyredo (Pelkas, 66), Pyontek.

Kayserispor – Eyüpspor 2:2
Arif Kocaman, 64. Nazon, 69 – Tiam, 21. Says, 36.

Sivasspor – Qaziantep 3:2
Manay, 37. Balde, 69. Murat Paluli, 83 – Maksim, 6-p. Kodro, 88.

Samsunspor – Konyaspor 0:1
Pedrinyo, 30.

Alanyaspor – Hatayspor 0:0

Antalyaspor – Adana Dəmirspor 2:1
Larsson, 50. Samudio, 90+8 – Salih Kavrazlı, 84.

1. Fənərbaxça 5 4 1 0 13-2 13
2. Qalatasaray 4 4 0 0 14-3 12
3. İstanbul BŞ 4 3 1 0 11-5 10
4. Beşiktaş 4 3 1 0 9-3 10
5. Eyüpspor 5 2 3 0 8-4 9
6. Konyaspor 5 2 1 2 6-7 7
7. Sivasspor 5 2 1 2 5-6 7
8. Antalyaspor 5 2 1 1 9-12 7
9. Göztəpə 4 1 3 0 5-3 6
10. Samsunspor 4 2 0 2 4-3 6
11. Kasımpaşa 5 1 2 2 6-8 5
12. Çaykur Rizəspor 5 1 1 3 3-13 4
13. Trabzonspor 3 0 3 0 1-1 3
14. Qaziantep 3 1 0 2 3-4 3
15. Alanyaspor 5 0 3 2 4-9 3
16. Bodrum 5 1 0 4 4-9 3
17. Kayserispor 3 0 2 1 3-4 2
18. Hatayspor 5 0 2 3 4-9 2
19. Adana Dəmirspor 5 0 1 4 5-12 1


Bombardirlər: Ceko (Fənərbaxça), Pyontek (İstanbul BŞ), Samudio (Antalyaspor) – 4.
Növbəti turun oyunları sentyabrın 20-23-ü aralığında keçiriləcək: Adana Dəmirspor – Alanyaspor, Beşiktaş – Eyüpspor, Çaykur Rizəspor – Samsunspor, Fənərbaxça – Qalatasaray, Qaziantep – Trabzonspor, Göztəpə - Kayserispor, Hatayspor – Bodrum, Kasımpaşa – Antalyaspor, Konyaspor – Sivasspor.

Turun rəqəmi
32 – “Fənərbaxça” bu turda da uduzmamaqla, nəhayət, şəxsi rekordunu yenilədi. Belə ki, komandanın Türkiyə çempionatında məğlubiyyətsiz seriyası 32 oyuna yüksəldi (25 qələbə, 7 heç-heçə). Amma turnirin tarixində bu, yalnız 3-cü göstəricidi. Rekord “Beşiktaş”a məxsusdu. Bu komanda 1990/91 mövsümünün 25-cu turundan etibarən ardıcıl 48 çempionat oyununda məğlub olmamışdı. İkinci pillədə qərarlaşan “Qalatasaray”ın isə 37 oyunluq məğlubiyyətisz seriyası var.

Turun ulduzu
Qabriel Sara (Qalatasaray) – “Cim-Bom”un yeni transferlərindən olan braziliyalı yarımmüdafiəçi, nəhayət, adından söz etdirməyi bacardı. Buna qədər keçirdiyi 5 rəsmi oyunun heç birində hesabına qol və ya məhsuldar ötürmə yaza bilməyən Sara bu dəfə birdən-birə 3 qolun vurulmasında yaxından iştirak etdi. O, “Çaykur Rizəspor”la oyunu 1 qol, 2 məhusldar ötürmə ilə tamamladı.

Turun sitatı
Viktor Osimhen, “Qalatasaray”ın forvardı:

“Əvvəlcə düşündüm ki, qolu mən vurdum. Amma sonradan Əbdülkərimin vurduğunu söylədilər. Mənə isə yalnız məhsuldar ötürmə yazıldı. Hücumda bizim aramızda forma rəqabəti yoxdu. İkardi zatən əfsanədi. Batşuayi də ölümcül forvarddı. Hər ikisindən də öyrənəcəyim çox şey var. Hamımız birlikdə komandaya fayda verəcəyik. Bir-birimizi tamamlayacağıq. Zatən bura gələrkən bu ideya məni həyəcanlandırmışdı”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Yığma fasiləsindən sonrakı oyunlar həmişə çətin olur. Çünki həftəboyu tam heyətlə məşq edə bilmirik. Rəqib 5 müdafiəçi ilə qarşımıza çıxdı. Bu müdafiəni standart zərbədən sonra vurduğumuz erkən qolla yardıq. Davamında da əla oynadıq. “Çaykur Rizəspor”un şiddətli pressinqdən istifadə etməməsi də işimizə yaradı. Həm çoxlu qol imkanımız oldu, həm də istədiyimiz qolları vurduq. Qapımız önündə ciddi təhlükənin yaranmaması da məni sevindirdi. Belə inamlı qələbəyə ehtiyacımız var idi. Transfer dönəmi, nəhayət, başa çatdı. Oyunçular psixoloji cəhətdən rahatlaşdı. İkardi ilə Ziyeş olmasa da, bu gün şans qazananlar özlərini yaxşı tərəfdən göstərdi. Fanatlarımız da həmişəki kimi möhtəşəm idi. Komanda yaxşı oynadıqca onların da dəstəyi artır. Fanatlarımızla birləşərək hər kəsə gücümüzü göstərdik. İkardi hələlik müalicəsini vətənində davam etdirir. 2-3 günə qayıdacaq. Onun meydana qayıdışını hələ ən azı 2 həftə də gözləməliyik”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“İlk yarıdakı oyunumuzdan razı qaldım. Oyuna yaxşı nəzarət edərək hesabda üstünlük yaxaladıq. Amma fasilədən sonra komandamı bəyənmədim. İlk yarıdakı hirsi, əzmi ikinci hissəyə daşıya bilmədik. Sanki oyunçular “oyun tez bitsəydi, evimizə gedərdik” düşüncəsindəydilər. Çox top itirdik. Amma yığma fasiləsindən sonra belə şeylər olur və komanda ritmini itirir. Ona görə də bu gün ən önəmli şey 3 xal qazanmaq idi. “Qalatasaray”ın oyununu izlədim. Çünki həmin saatda edəcəyim başqa bir şey yox idi. Derbi ilə bağlı hələ heç bir düşüncəm yoxdu. Bizim derbiyə hazırlaşmaq üçün daha çox zamanımız var? Bunun bir üstünlük olduğunu düşünmürəm. Onların 3 gün vaxtı olacaq və bu, bir oyuna hazırlaşmaq üçün yetərlidi. Son matçda rahat qələbə qazandılar. 6 dəyişiklik etmək imkanları oldu. Həftəiçi keçirəcəkləri oyun da öz meydanlarında olacaq. Ona görə də bir problem olacağını düşünmürəm”.


Şenol Günəş, “Trabzonspor”un baş məşqçisi:
“Oyunu şərh etmək çətindi. Çünki oyuna tam başqa planla çıxmışdıq. Təbii ki, hücumla yanaşı, müdafiə olunmaq barədə də düşünürdük. Amma bu dərəcədə müdafiə olunmaq məcburiyyətində qalacağımızı, bütün əsas göstəricilərdə geridə olacağımızı gözləmirdik. Ona görə də bu cür oyun üçün 1 xal yaxşı nəticədi. Hərçənd bu, sadəcə, bizim üçün kiçik bir təsəllidi. Güclü və hücumda zənginliyi olan bir rəqibə qarşı oynadıq. Uzun müddət azlıqda oynadığımız üçün hücuma istədiyimiz şəkildə çıxa bilmədik. Qol buraxdığımız epizodda müdafiədə inamsız təsir bağışladıq. Uğurcan çox yaxşı oynadı. Komanda şəklində pis müdafiə olunmadıq. Amma fərdi olaraq bəzən rəqib oyunçuları gözdən buraxırdıq. Azlıqda qalan komanda necə oynamalıdısa, elə də oynadıq. Hər iki komanda 2 xal itirdi. Biz hələ də çətin dönəmdən keçirik. Amma bu oyunçular böyük potensiala malik olduqlarını və komandanı irəli daşıya biləcəklərini göstərdilər”.

Covanni van Bronkhorst, “Beşiktaş”ın baş məşqçisi:
“Öz meydanında güclü oynayan, üstəlik yeni məşqçisi ilə yeni başlanğıca imza atmaq istəyən bir rəqibə qarşı oynadıq. Gözlədiyimiz kimi, çətin oyun oldu. Qırmızı vərəqədən sonrakı 10-15 dəqiqə ərzində heç də yaxşı təsir bağışlamadıq. Qol buraxdığımız standart zərbə zamanı da yaxşı müdafiə oluna bilmədik. Çox sadə bir qol buraxdıq. Ondan sonra sistemi bir qədər dəyişərək üstünlüyü ələ keçirdik. İlk yarının sonlarına yaxın 3 fürsət yaxalasaq da, onlardan yalnız birini qola çevirdik. Rəqib qapıçı da bu gün əla seyvlər etdi. İkinci hissədə tempimiz istənilən səviyyədə deyildi. Ötürmələrimiz və hücumlarımız sürətli alınmırdı. Yaxaladığımız fürsətlər zamanı isə yenə də onların qapıçısını keçə bilmədik. Bu çətin səfərdən 1 xalla ayrılırıq. Fikrimcə, 2 xal itirən tərəf biz olduq. Bu oyunu analiz edib lazımi dərslər çıxaracağıq. Çünki rəqib uzun müddət azlıqda oynadı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

15-09-2024, 17:0

''Qalatasaray''dan ardıcıl 2-ci darmadağın

Dünya futbolu

26-06-2022, 12:0

''Qalatasaray'' ilk transferini reallaşdırdı

Dünya futbolu

23-04-2024, 18:0

''Qalatasaray''da Əbdülkərim ilə bağlı yeni qərar

Dünya futbolu / Manşet

12-07-2024, 20:0

Türkiyə çempionatında yeni mövsümün təqvimi bəlli oldu

Premyer-liqa / Manşet

8-05-2024, 23:0

“Qalatasaray” nəhənglərə uduzmayan “Sivasspor”a yerini göstərdi

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə