"Fehervar” şokundan ayılmayan “Sumqayıt” 6-cı turda səfərdə “Şamaxı”ya uduzdu.
Oyundan sonra azarkeşlərlə klub nümayəndələri arasında münaqişə də yaşandı. “Kimyaçılar” azarkeş qrupunun rəhbəri Sənan Mirzəyev oyunla bağlı “Football-plus.az”a bunları dedi:
“Bu oyunla bağlı deyiləsi çox söz yoxdu. Onu deyə bilərəm ki, məğlub olası oyun deyildi. Arada belə də olur. “Araz-Naxçıvan”la ev oyunu ilə müqayisədə meydanda çalışqanlıq var idi. Erkən qol ümumi oyunplanına təsir etdi. Rəqib qapanmağı yaxşı bacardı. Bir çox çətinliyimizin səbəbi futbolçuların bir-birinə uyğunlaşmamasıdı”.
ƏSƏD SEYİDOV