"Qəbələ"nin hücumçusu "Araz-Naxçıvan"da

17.09.2024 13:51 129
Ölkə futbolu
“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, “Qəbələ”nin yetirməsi olan Sənan Ağalarov mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.

19 yaşlı futbolçu komandamızda icarə əsasında çıxış edəcək.