Klod Makelele özünə yeni iş yeri tapıb. O, bundan sonra Yunanıstanda işləyəcək.
"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının sabiq yarımmüdafiəçisi “Asteras”ı çalışdıracaq. 51 yaşlı Makelelenin başçılıq edəcəyi məşqçi korpusuna “Çelsi”, PSJ, “Real” və “Bavariya”da Karlo Ançelotti ilə birgə işləyən Pol Klement də daxil olacaq. Makelelenin sonuncu iş yeri “Çelsi” olub.
O, London klubunun icarə əsasında başqa komandalarda oynayan oyunçuları ilə bağlı məsələlərə cavabdeh idi.