Klod Makelele “Çelsi”dən ayrılmaq qərarına gəlib.
50 yaşlı mütəxəssis London klubunun akademiyasında texniki direktor vəzifəsində çalışırdı.
Qeyd edək ki, Fransa millisinin sabiq yarımmüdafiəçisi 2003-08-ci illərdə futbolçu kimi “Çelsi”də çıxış edib. O, sosial şəbəkə hesabında klubdan ayrılması ilə bağlı bu cümlələri yazıb: “Dörd məhsuldar ildən sonra “Çelsi” ilə qarşılıqlı razılığa gəldik ki, mənim üçün yeni çağırış axtarmağın vaxtı çatıb. Azarkeşlərə sevgilərinə görə təşəkkür etmək istəyirəm. “Çelsi” həmişə ürəyimin rəngi olacaq”.
Makelele “Çelsi”ni tərk etdi
Dünya futbolu





