“Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqor zədələnib.
"Football-plus.az" xəbər verir ki, Norveç yığmasının 25 yaşlı futbolçusu Millətlər Liqasının 2-ci turunun Avstriya ilə matçının (2:1) 67-ci dəqiqəsində sıradan çıxıb. Martin oyuna davam edə bilməyib və meydanı tərk edib. Onun aqibətinə geniş müayinədən keçəndən sonra aydınlıq gələcək.
O, Norveç yığmasında 2014-cü ildən çıxış edir. Martin ötən mövsüm premier-liqada meydana çıxdığı 35 matçda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.