Məşhur məşqçi Amerikaya qayıtdı

12.09.2024 13:30 117
Dünya futbolu
Maurisio Poçettino yenidən Amerika qitəsində çalışacaq.

Argentinalı mütəxəssis ABŞ yığmasının baş məşqçisi təyin olunub. Yerli futbol federasiyasının saytının yaydığı məlumata görə, 52 yaşlı mütəxəssis milli komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlayacaq.

Poçettinonun sonuncu iş yeri 2023-cü ilin yayından bu ilin mayına kimi çalışdığı “Çelsi” olub.