Millilərimiz növbəti görüşlərinə çıxacaq

9.09.2024 11:34 145
Yığma / Manşet
Bu gün U-17 və U-19 millilərimiz növbəti yoldaşlıq görüşlərini keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Mursiyada təlim-məşq toplanışında olan U-19 millimizin rəqibi Uelsdən olan həmyaşıdları olacaq. Türkiyədə hazırlıq keçən U-17 yığmamız isə meydan sahibləri ilə qarşılaşacaqlar.

Yoldaşlıq görüşləri
9 sentyabr
Azərbaycan (U-19) – Uels (U-19)

Pinatar Arena (Murcia). Saat 13.00.

Türkiyə (U-17) - Azərbaycan (U-17)
Darıca Kapalı Spor Salonu (Kocaeli). Saat 17.00

Qeyd edək ki, bu, U-19 millimizin İspaniyada 3-cü yoldaşlıq görüşü olacaq. Bundan əvvəl onlar Şotlandiyaya 0:2, Niderlanda isə 0:3 hesabı ilə uduzub.