"Santuş Ramili start heyətində meydana buraxmamalıdı" - slovaklar Rüstəmi işarə etdi

8.09.2024 13:30 1 347
Ölkə futbolu
Millimiz bu gün Koşitsedə Slovakiyanın qonağıdı. Komanda Millətlər Liqasında yeni mövsümün ilk qələbəsini qazanmağa çalışacaq.

Təbii ki, oyun Slovakiya mətbuatının da diqqətindədi. Bu ərəfədə "Sports Mole" nəşri xüsusi məqamı qabardıb. "Football-plus.az"ın məlumatına görə, həmkarlarımız millimizin baş məşqçisi Fernando Santuş və futbolçusu Ramil Şeydayevdən bəhs edib:

"Azərbaycan kimi böyük turnirlərdə iştirak edə bilməyən komandanın "sükanı arxasında” hamımızın tanıdığı təcrübəli mütəxəssis Fernando Santuş var. Portuqaliyalının indiyə qədər fərqli yığmalarla qazandığı uğurlar biz slovakları həyəcanlandırırdı. Lakin İsveçlə oyunda Azərbaycanın evində üç qol buraxması, Ramil Şeydayevin "qızıl" fürsəti əldən verməsi - penaltini vura bilməməsi ümumi duruma güzgü saldı. Baxmayaraq ki, İsveç qrupun favoritidi... Santuş Ramil Şeydayevi start heyətində meydana buraxmamalıdı. Mütəxəssis 1-ci hissədə futbolçusuna güvənməsinin, ikinci yarıda komandasının İsveçin qapısı önündə yaratdığı qol epizodlarını reallaşdırmamasının əvəzini ödədi. Ramili əvəz edəcək futbolçu isə Rüstəm Əhmədzadə ola bilər. Hər halda, səhvlərdən sonra başqalarına yer açılmalıdı".


Qeyd edək ki, millimizin baş məşqçisi dünən keçirilən mətbuat konfransında Ramilin start heyətində yer alacağını deyib.


KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul