• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Berdıyevin “Turan Tovuz”u: minimum qolla maksimum nəticə! - ŞƏRH

Premyer-liqa / Manşet

5-09-2024, 23:0

Misli premyer-liqasında 5-ci tur geridə qaldı. Milli fasilə ərəfəsindəki son turda bəzi gözlənilməz hadisələr baş verdi.

Məsələn, ilk 4 turda rəqib qapılarına bircə dəfə belə yol tapa bilməyən “Kəpəz” 2 qol vurdu. Futbol ictimaiyyətinin güvəndiyi Roman Qriqorçukun “Neftçi”si isə yerində sayır, nəticələri yaxşılaşdıra bilmir. “Fehervar” “Sumqayıt”a necə zərbə vurubsa, bu komanda hələ də səntirləyir. Nəhayət, Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz”un “beton” müdafiə ilə “zirvədə oturması” da maraqlı məqamdı.

Turun açılış matçında “Səbail”i qəbul edən “bozqurd” Şahin Diniyevin komandasının son dəqiqələrdəki bütün qol cəhdlərini puça çıxararaq, onları Tovuzdan xalsız yola saldı. Diniyev isə hər çıxışında rəhbərlik etdiyi kollektivin getdikcə daha yaxşı, iddialı olacağını bildirsə də, hələ ki qeyri-adi dəyişiklik yoxdu. “Dənizçilər” ötən mövsümdən bəri “uğursuz ilk yarı” sindromu yaşayır. 2-ci hissədə isə üstün tərəf olsa da, imkanlardan yararlana bilməməsi komandanı bu gün autsayderlər sırasına salıb. Tovuzlular isə hələ ki əldə olan kasad heyətlə və cəmi 6 qol vurmaqla (5-ci nəticədi) maksimum nəticə əldə edir. Ancaq bu uğurlu seriyanın nə vaxta qədər davam edəcəyi bəlli deyil. İstənilən halda Berdıyev Azərbaycan çempionatına rəng qatıb.

“Sumqayıt” cari mövsümdə 3-cü məğlubiyyətini alaraq iddialılar sırasında olmadığını göstərdi. Görünən odu ki, Samir Abasovun yetirmələri hələ də avrokubokdakı uğursuzluğun təsiri altındadı. Elə bu fasilə zamanı komandadan əsas oyunçuların ayrılmasına baxmayaraq, Abasovun onlara ehtiyacının olmadığını bildirməsi belə absurddu. “Kimyaçılar”ın hücum xəttində çətinlik çəkməsi gün kimi aydındı. “Araz-Naxçıvan” isə həm əvvəlki turda “Neftçi” ilə bərabərə qaldığı (1:1), həm də bu matçda qələbəyə layiq idi. Deməli, fasilə zamanı çoxlu transferin reallaşdırılması boşuna deyilmiş. Elmar Baxşıyevin də getdikcə öz oyun fəlsəfəsini yeni transferlərə daha yaxşı aşılması və bunun nəticəsində heyətdəki oyunçular arasında anlaşmanın artması “qırmızı-ağlar”ın çempionluğa iddialılar üçün əsl başağrısı olacağını deməyə imkan verir.

Nəhayət, “Şamaxı” ilk ev oyununu keçirə bildi. “Neftçi” ilə oyunda kollektivdə müəyyən yorğunluq olduğu hiss edilsə də, aşağı-yuxarı bərabər səviyyəli görüş izlədik. Hadisələrin belə axarı Ayxan Abbasovun komandasının növbəti mövsüm də premyer-liqada qalacağını göstərir. Yeni transferlərin keyfiyyəti də özünü göstərir. “Neftçi”yə gəlincə, yuxarıda qeyd etdiyim kimi, Qriqorçukdan gözləntilər yüksək olsa da, ukraynalı mütəxəssis hələ ki özünü doğrultmur. Hələ ki mütəxəssis yeni transferlərin uyğunlaşma prosesinin getdiyini, rəhbərlik də uzunmüddətli strategiyanın olduğunu deyərək, həyəcan təbili çalmağa ehtiyac görmür. Qara Qarayevin ardından Emin Mahmudovla da müəyyən çətinliklər yaşayan Qriqorçuk bundan sonra atacağı addımlarla gələcəyini bəlli edəcək.

Adil Şükürovun istefasından sonra Xaliq Mərdanova tapşırılan “Kəpəz” bəlkə də mövsümdəki ən parlaq matçını keçirdi. “Sarı-göylər” “Sabah”la oyunda nəyəsə qadir olduqlarını göstərdilər. Krunoslav Renduliçin komandasına gəlincə, yüksək keyfiyyətli hücum xəttinə malik olsa da, müdafiədə işlər qaydasında deyil. Onsuz bunu avrokubok matçlarında görə bilmişdik. Bu qarşılaşmada isə bir daha əmin olduq. Çempionluğa iddialılardan sayılan komandanın müdafiəsində belə boşluqların olması gözlənilməz xal itkilərinə gətirib çıxaracaq.

Cari mövsümdə avrokuboklarda ən çox oyun keçirən komandaların duelindən “Qarabağ” qalib ayrıldı. Ümumilikdə başabaş mübarizə getsə də, “köhlən atlar”ın keyfiyyət baxımından “qartallar”dan üstün olması oyunun taleyini həll etdi. “Zirə” ardıcıl ikinci ev oyununda da məğlub oldu. Bu dönəmdə itirilən xalların çempionatın sonunda nə qədər çətinlik yaradacağı aydındı. Yəqin ki, Rəşad Sadıqov da bütün bunları dəyərləndirir. Qurban Qurbanovun yetirmələri isə ənənəyə sadiq qalaraq çempionluğa ən real namizədlərdən birini məğlub etməklə iddiasını qorudu. 

Misli premyer-liqası
1-ci dövrə, 5-ci tur
30 avqust
Turan Tovuz - Səbail 1:0
Sumqayıt - Araz-Naxçıvan 0:1
31 avqust
Şamaxı - Neftçi 0:0 
Kəpəz - Sabah 2:3
1 sentyabr
Zirə - Qarabağ 1:3


1. Turan Tovuz 5 4 1 0 6-0 13
2. Sabah 5 3 1 1 10-7 10
3. Qarabağ 4 3 0 1 10-3 9
4. Araz-Naxçıvan 4 2 1 1 4-5 7
5. Zirə 4 2 0 2 7-5 6
6. Sumqayıt 5 2 0 3 5-6 6
7. Şamaxı 4 1 2 1 3-3 5 
8. Səbail 5 1 1 3 7-8 4 
9. Neftçi 5 0 4 1 2-4 4
10. Kəpəz 5 0 0 5 2-15 0

Bombardirlər: Davit Volkov (Zirə), Coy-Lens Mikels (Sabah) - 3.

Növbəti turun proqramı:
13 sentyabr, 19.30. Araz-Naxçıvan - Kəpəz
14 sentyabr, 16.30. Şamaxı - Sumqayıt
14 sentyabr, 19.00. Qarabağ - Səbail
15 sentyabr, 18.00. Zirə - Neftçi
15 sentyabr, 20.30. Sabah - Turan Tovuz

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

20-08-2024, 23:0

Premyer-liqanın sürpriz və qol buraxmayan lideri var! - TURUN ŞƏRHİ

Aktual / Ölkə futbolu

14-06-2024, 15:0

“Nə deyə bilərik ki?” – “Ultras Turan” Berdıyevin təyinatı haqda

Premyer-liqa / Manşet

30-08-2024, 21:0

“Turan Tovuz”la “Araz-Naxçıvan” günə qələbəylə yekun vurdu - YENİLƏNİB

Ölkə futbolu

19-08-2024, 12:0

“Turan Tovuz” yubiley qələbəsini qazandı

Premyer-liqa

4-10-2023, 13:0

“Qarabağ” artıq zirvəyə şərikdi – TURUN ŞƏRHİ

Premyer-liqa

19-12-2023, 21:0

“Qarabağ” mövsüm yarılanmamış xal fərqini 9-a çatdırdı – TURUN ŞƏRHİ

Aktual
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
“Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
Son xəbərlər
  • Bu gün, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Bu gün, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Bu gün, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Bu gün, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Bu gün, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Bu gün, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Bu gün, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Bu gün, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Bu gün, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Bu gün, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Bu gün, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Bu gün, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Bu gün, 15:14
    Mikels mükafatlandırıldı
  • Bu gün, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Bu gün, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Bu gün, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Bu gün, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Bu gün, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Bu gün, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Bu gün, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Bu gün, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Bu gün, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Bu gün, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • Dünən, 23:59
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • Dünən, 23:38
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • Dünən, 23:00
    "Şamaxı"nın legioneri millidə
  • Dünən, 22:58
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • Dünən, 22:52
    Marseldən Milana qayıdacaq
  • Dünən, 22:01
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • Dünən, 20:58
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
  • Dünən, 20:27
    Mövsümü “qızıl dubl” ilə başa vurdular!
  • Dünən, 19:56
    La Liqanı tərk edənlər müəyyənləşdi
  • Dünən, 19:33
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:02
    Zakariya Savo "Qarabağ"da - RƏSMİ
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 203
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə