• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

5-09-2024, 18:0

Pere Qvardiola, “Jirona”nın həmsahibi:

“Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacağımız klubların hamısı nəhənglərin sırasına daxil olmasalar da, püşkatmada iştirak edənlər arasında potensialına görə ən güclülərdəndilər (“Jirona” ümumi liqada “Liverpul”, “Arsenal”, “Feyenoord”, “Slovan”, PSJ, “Milan” , PSV və “Şturm” ilə oynayacaq – R.Y.). Biz yeni mübarizəni sevinclə qarşılayırıq. Bu nüfuzlu turnirdə olmaq bizim üçün böyük şərəfdi. Dünyanin ən yaxşı klubları ilə daha çox oyun keçirmək istəyirik. Turnirin yeni formatının çox cəlbedici olduğunu düşünürəm. Kiçik klubuq. Ötən mövsüm ən yüksək səviyyədə oynaya bildiyimizi göstərmişik və indi gücümüzü Çempionlar Liqasında da nümayiş etdirmək istəyirik”.

Klaudio Bravo, Çili yığmasının sabiq qapıçısı (sosial şəbəkə hesabına yazdığı məlumat):
“Sizə bildirmək istəyirəm ki, peşəkar futbolu tərk edirəm. Ailəmlə müzakirə etdim, düzgün, düşünülmüş qərar verdim. Həyatımın bu çox vacib dövrünü bitirməyin və yeni mərhələyə başlamağın vaxtıdı. Mənə bütün sahələrdə - həm şəxsi, həm də peşəkar sahədə böyümək və inkişaf etmək imkanı verən bütün klublara təşəkkür edirəm. “Kolo Kolo”ya, “Real Soysedad”a, “Barselona”ya, ​​“Mançester Siti”yə və “Betis”ə təşəkkürlər. Karyeramboyu malik olduğum bütün komanda yoldaşlarıma, xüsusilə çətin anlarda mənə həmişə kömək edən bütün texniki mütəxəssislərə, menecerlərə, işçilərə təşəkkür edirəm. Məni dəstəkləyən, sevən, hörmət edən bütün fanatlarıma minnətdaram”.

Dorival Junior, “Əl-Hilal”ın hücumçusu Neymarın meneceri:
“Neymarın “Əl-Hilal”dan “Barselona”ya qayıdacağı ilə bağlı yazılanlar yalandı, “Əl-Hilal”a və idmançıya qarşı böyük hörmətsizlikdi. Neymar hazırkı klubu ilə müqavilə imzalayıb. O, Ər-Riyadda xoşbəxtdi. Tezliklə azarkeşləri sevindirmək üçün meydana qayıdacaq”.

Federiko Kyeza, “Liverpul”un yarımmüdafiəçisi:
“Mən çox xoşbəxtəm. “Liverpul”un formasında meydana çıxacağım anı səbirsizliklə gözləyirəm. Mən və ailəm həqiqətən çox xoşbəxtik. “Yuventus”a və bu klubun azarkeşlərinə təşəkkür edirəm. Onlar mənə həmişə xüsusi münasibət bəsləyiblər. İndi isə “Liverpul”a qoşulmaq məqamıdı. Bu anı çox da gözləyə bilmirəm!”

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Mbappe sıralarımıza qoşulandan sonra gündən-günə irəliləyir. Məşqlərdə çox işləyir. Kilianın uyğunlaşma prosesi yaxşı gedir. Bəli, o, sonuncu dəfə avqustun 14-də “Atalanta” ilə keçirilən matçda qol vurub. Həmin oyundan 2 həftə keçib. Mbappeyə görə narahat olmaq lazım deyil. Nə biz, nə də özünün narahatlığına ciddi səbəb yoxdu. Kilian qol vurmaq istəyir. Əminəm ki, o, bunu edəcək”.

Harri Keyn, “Bavariya”nın hücumçusu:
“Qızıl buts”u qazandığma görə kluba və komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Oyundaşlarım olmasaydı mükafatlandırma səhnəsinə çıxa bilməzdim. İşini böyük səylə görmək vacibdi. Hətta səylərinizin mükafatsız qalacağını bilsəniz də, işə davam etməlisiniz”.

Yozua Kimmix, “Bavariya”nın yarımmüdafiəçisi:
“Çempionlar Liqasındakı ilkin hədəfimiz birbaşa 1/8 finala çıxmaqdı. İlk növbədə Hansi Flikin “Barselona”sına qarşı oyunu və parislilərlə dueli səbirsizliklə gözləyirik. 2025-ci ilin mayında doğma stadionumuzda keçiriləcək finalda oynamaqdan yaxşı nə ola bilər?!”

Rahim Sterlinq, “Arsenal”ın “Çelsi”dən icarəyə götürdüyü yarımmüdafiəçi:
“İnanılmaz hisslər keçirirəm. Sevinc içindəyəm. Bu, mənim üçün ideal variantdı. Keçidim bir qədər yubandı, buna baxmayaraq, transferin baş tutacağına ümidimi itirmirdim. Klubların anlaşmasına görə çox şadam. Hamı “Arsenal”ın son illərdə hansı yollardan keçdiyini və oyunçuların nə dərəcədə uğura ac olduqlarını bilir. Mən də bu komandanın bir üzvü kimi uğura doğru hərəkət etmək istəyirəm”.

Xavyer Qomes, İspaniya La Liqasının baş meneceri:
“Dani Olmo La Liqada mövsümün yalnız ilin sonuna qədər olan hissəsi üçün qeydiyyatdan keçirilib. “Barselona” xərclər üçün nəzərdə tutulan limitə uyğun fəaliyyət göstərə bilməsə, Olmo 2025-ci il yanvarın 1-də bu komandanın iştirak ərizəsindən çıxarılacaq”.

Fabio Kapello, işsiz italiyalı məşqçi:
“Favoritlərin siyahısına ilk növbədə “Mançester Siti”ni daxil edərdim. Bu, zəif yönləri olmayan komandadı. İkinci “İnter”in adını çəkməliyəm. Bu komanda da əla heyətə və xarakterə malikdi. “İnter” “Siti” ilə rəqabət apara bilər. Fikrimcə, PSJ hətta Mbappesiz də ciddi uğurlara iddia etməyə qadirdi. Və, əlbəttə ki, “Bayer-04” də Çempionlar Liqasının yeni mövsümündə özünü ən yaxşı tərəfdən göstərməlidi”.

Dieqo Milito, Argentina yığmasının sabiq hücumçusu:
“Rasinq”in prezidenti olmaq istəyirəm (“Rasinq”in yetirməsi olan Milito 2017-20-ci illərdə Argentina klubunun idman direktoru vəzifəsini icra edib – R.Y.). Niyyətim bu klubu yüksək səviyyəyə çıxarmaqdı. Bu, həm mənim, həm də azarkeşlərin arzusudu. Lautaro? Onu çox yaxşı tanıyıram. Onun necə oğlan olduğunu bilirəm. Martinesin Avropadan “Rasinq”ə qayıdacağına ümid edirəm”.

Alan Şirer, İngiltərə yığmasının sabiq hücumçusu:
“Markus Reşford bu mövsüm premyer-liqanın iki oyununda qapıya bir dəqiq zərbə belə endirə bilməyib. “Mançester Yunayted” ötən mövsüm çempionatda 57 qol vurub. Bu, yekun turnir cədvəlinin ilk yarısında qərar tutan komandalar arasında ən zəif göstəricidi. Məşqçilər korpusuna Ruud van Nistelroy kimi məşhur hücumçu dəvət olunmuşdu. O, öz sehrini hansısa yolla göstərməli idi”.

Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi (Alan Şirerin “Match of the Day” verilişindəki tənqidi fikirlərinə cavabı):
“Siz həmişə kimlərisə tənqid edirsiz. Daha bizim qalib gəldiyimizə və ya uduzduğumuza baxmırsınız. Hansısa oyunçunu əvəzləyirəmsə, mənim onun oyunundan narazı olduğumu deyirsiz. Amma bilin ki, mən Reşfordun mövsümə hazırlıq prosesində, “Fulhem” və “Brayton” ilə oyunlardakı çıxışından razı qalmışam. Markusu heç də yüksək səviyyədə oynamadığı üçün əvəzləmədim. Oyunun gedişində rotasiyaya əl atmalıyıq. Ona görə ki, ehtiyatda çox yaxşı oyunçularımız şansını gözləyirlər. Onlar komanda oyununa əlavə enerji qata bilərlər. Mən rotasiyanı davam etdirəcəyəm. Bu halda oyunçunun işinin öhdəsindən gələ bilmədiyi qənaəti formalaşa bilər. Amma bu, belə deyil. Odu ki, tanınmış ekspert axmaq fikir söyləyib”.

Yozua Kimmix, “Bavariya”nın yarımmüdafiəçisi:
“2025-ci ilin mayında doğma stadionumuzda keçiriləcək finalda oynamaqdan yaxşı nə ola bilər?!”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-08-2024, 19:0

41 yaşında “daha bəsdi” dedi

Çempionlar Liqası

2-09-2024, 19:0

Çempionlar Liqasının təqvimi açıqlandı

Dünya futbolu

25-12-2023, 18:0

“Jirona” ÇL-ə vəsiqə qazansa…

Dünya futbolu

20-03-2024, 21:0

Ötən həftənin sitatları

Dünya futbolu

25-07-2024, 18:0

“Jirona”dan birdəfəlik “Barselona”ya keçdi

Aktual
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
Son xəbərlər
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə