• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

20-03-2024, 21:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" ötən həftənin maraqlı sitatlarını təqdim edir:

Xavi Ernandes, “Barselona”nın baş məşqçisi:

“Napoli ilə qarşıdakı matç komandamız üçün mövsümün ən vacib oyunu olacaq? Bəli. Biz həvəsliyik. Dörd ildi 1/4 finalda iştirak etmirik. Bu mövsüm çətinliklərlə üzləşsə də, İtaliyanın son çempionu statusuna malik komanda ilə oynayacağıq. “Napoli” yeni baş məşqçi ilə daha yaxşı və dinamik olub. Zədələrimiz çoxdu, amma mübarizə aparmalıyıq. İlk oyunda daha yaxşı idik. 1/4 finala çıxmaq şansımız yüksəkdi”.

Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:

“Biz təqaüdə çıxandan sonra dost ola bilərik. O, qolf oynamağı sevir, amma mən sevmirəm. Padel oynayıram. Bəlkə Qvardiola da padel oynaya bilər”.


Klaudio Lotito, “Latsio”nun prezidenti:

“Sarri ilə vidalaşmağımız tam gözlənilməz oldu. Baş məşqçi mənə ona qarşı satqınlıq edildiyini düşündüyünü dedi. Bu haqda kimdən soruşaq?”


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Mançester Siti” favoritdi? Hərənin öz fikri var. Mənə görə, bu cütdə favorit yoxdu, şanslar bərabərdi. Əvəzçıxma? Qarşıda belə xarakterli duel olmayacaq. Şəxsən mən ötən mövsümdəki məğlubiyyətin əvəzini çıxmaq haqda düşünmürəm (MS yarımfinalda “Real”a iki oyunun ümumi nəticəsinə əsasən 5:1 hesabıyla üstün gəlib – R.Y.). Biz bu rəqiblə oyunları yalnız yarımfinala çıxmaq şansı kimi dəyərləndirəcəyik. Başqa heç nə. MS çətin rəqibdi. Lakin biz 1/4 finaldayıq və bu mərhələdə asan rəqib ola bilməz. Əsas məsələ turnirdə qalib gəlməkdi. Qalib gəlmək istəyirsənsə, ən güclü komandanı məğlub etməlisən. Bəlkə də “Siti” bizim üçün ən yaxşı variantdı. Çempionlar Liqasının qalibi olmaq istəyiriksə, “Mançester Siti”ni məğlub etməliyik. Hər iki komandada böyük nikbinlik hökm sürür. Biz də mübarizə aparmaq istəyirik. Əminliklə deyə bilərəm ki, “Real” qələbə üçün əlindən gələni edəcək”.


Robert Levandovski, “Barselona”nın hücumçusu:

“Yaxınlıqda olan hər kəs qarşıda baş verəcək istənilən mənfi hadisəyə hazır olmalıdı. İndiki nəsil tam başqadı: onlar “instaqram” və digər sosial şəbəkələr dövründə yaşayırlar. Gənc futbolçular həm də bu amilə görə böyük təzyiq altında oynayırlar. Çünki bu dünyadan özlərini təcrid edə bilmirlər. Özlərini dörd divar arasına sala bilməzlər. Bu, futbolun çağırışıdı. Bu oyunçular sosial şəbəkələrin psixoloji təzyiqinə 10, 12 və daha çox il tab gətirə bilsələr... Bəli, təzyiq çox böyükdü. Belə ağır yükü isə nadir oyunçular çəkə bilir”.


Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:

“Oyunlarımız artıq Çempionlar Liqasında ənənəyə çevrilir. Biz bu turnirdə ardıcıl üçüncü mövsüm kral sayılan “Real”la qarşılaşacağıq”.


Cordan Henderson, “Ayaks”ın yrımmüdafiəçisi:

“Əl-İttifaq”da keçirdiyim 5 ay ərzində özümü yenidən kəşf etdim. Motivlərim nələrdi? Futbolu nə üçün oynayıram? İndi futbolun qanımda olduğunu daha yaxşı hiss edirəm. Səudiyyə Ərəbistanı liqası inkişaf edir, amma hazırda mənə uyğun turnir deyil”.


Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi:

“Onun qərarına hörmət edirəm. Hər kəs qərarını özü verməlidi. Amma həmişə milli komanda üçün üç prinsipin olduğunu deyirəm. Birincisi, oyunçu yığmada oynaya bilər, ikinci prinsip həmin oyunçunun milli komandada oynamaq istəməsi, üçüncü prinsip isə məşqçinin ona dəvət göndərməsi ilə bağlıdı. Ən vacib amil istəkdi, yəni oyunçu yığmada oynamaq üçün heç bir şərt və tələb irəli sürməməlidi. Başqa futbolçular kimi bərabər hüquq və vəzifələrə malik olmalıdı. Mən indiyədək Diasa heç nə deməmişəm. Ona ya dəvət göndərirəm, ya da göndərmirəm. Braim aşağı yaş qruplarından olan milli komandalarımzda daha çox mənim rəhbərliyim altında çıxış edib. Ona bundan sonrakı karyerasında uğurlar diləyirəm. Diasın Mərakeş yığmasında oynamağı seçmək qərarına hörmətlə yanaşıram”.


Emmanuel Peti, “Arsenal”ın sabiq yarımmüdafiəçisi:

“Yürgen Kloppun məşqçi kimi Arsen Vengeri arxada qoyduğunu demək olar. Ona görə ki, həm premyer-liqanın, həm də Çempionlar Liqasının qalibi olub. İngiltərə kubokunu və Liqa kubokunu da qazanıb. Venger üç dəfə İngiltərə çempionu olub və onun məğlubedilməz komandasını hamı yaxşı xatırlayır. Amma həmin “Arsenal” Çempionlar Liqasının finalında “Barselona”ya məğlub olub. Bu isə Klopp ilə Venger arasındakı yeganə fərqdi. Amma rəqib amilini də nəzərə almaq lazımdı. Çünki Venger uzun illər ser Aleks Ferqyusonla rəqabət aparıb. Onlar arasında inanılmaz dərəcədə böyük rəqabət olub. Bunu müasir dövrdə yalnız Klopp və Qvardiolanın duelləri ilə müqayisə edə bilərəm. Bizə belə rəqabət həmişə lazımdı. Premyer-liqa belə qarşıdurmadan yalnız qazana, səviyyəsini daim artıra bilər”.


Çiki Beqiristayn, “Mançester Siti”nin idman direktoru:

“Bu nə biabırçılıqdı? Bu şarlar artıq məni təngə gətirib. Ötən mövsümdəki püşk, demək olar ki, təkrarlanıb. Yalnız “Liverpul”un yerini “Arsenal” tutub. Biz ötən mövsüm başverənləri xatırlamağa, turnirin finalına çıxdığımızı bir daha dərk etməyə çalışacağıq. Bəli, “Real” Çempionlar Liqasında titul sayına görə hamıdan öndədi, bu turnirdə daha sabit çıxış etməyi bacarır. Əksər hallarda son mərhələlərə qədər irəliləyir. Amma biz də özümüzü güclü komanda sayırıq və bu mövsümü də əla keçiririk”.


Koul Palmer, “Çelsi”nin yarımmüdafiəçisi:

“Siti”ni bu komandada istədiyim qədər oynamaq imkanım olmadığı üçün tərk etdim. Bu səbəbdən indi “Çelsi”dəyəm. Xoşbəxtlikdən, yayda doğru qərar vermişəm”.

Qaret Sautqeyt, İngiltərə yığmasının baş məşqçisi:

“Ben milli komandaya çağrılmamasını istəyib. Bu, onun üçün çox ayıb sayılan haldı. Mən Beni bir futbolçu kimi çox xoşlayıram. Qətərdə keçirilən dünya çempionatından sonra onunla əlaqə saxlamışdım. Beni yığmada görmək istəyirdim”.

Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi:

“1/4 finalda Avropanın ən yaxşı komandalarndan biri ilə oynayacağıq. “Arsenal” artıq ikinci mövsümdü sabit şəkildə güclü oyun nümayiş etdirir. Əsl kollektivi xatırladan təhlükəli komandadı, həm də çox qol vurur. Amma bu rəqibə qarşı duellərə hazır olacağıq. Nəyə qadir oduğumuzu yaxşı bilirik”.


Yulian Naqelsmann, Almaniya yığmasının baş məşqçisi:

“Avropa çempionatı başlamazdan əvvəl Almaniya Futbol İttifaqından mənə uyğun olan müqavilə təklifi alsam, onu qəbul etmək ehtimalı çox yüksək olacaq”.


Kayl Uoker, “Mançester Siti”nin müdafiəçisi:

“Mən heç vaxt “heç vaxt” demirəm. Əlbəttə, orda ödənilən pullar və başqa amillər çoxları üçün çox cəlbedicidi. Kriştiano Ronaldo hər kəs üçün Səudiyyə Ərəbistanına yol açdı. Belə yüksək səviyyəli futbolçular bundan sonra da Asiyaya yollanacaqlarsa, Səudiyyə Ərəbistanı çempionatının səviyyəsi daim yüksələcək. Amma mənim üçün İngiltərə premyer-liqası ən yüksək səviyyəli liqadı. Bu liqada mümkün qədər uzun müddət oynamaq istəyirəm”.

Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:

“Mənim üçün hər şey aydındı. “Liverpul”u Avropa Liqasının əsas favoriti sayıram”.


Paulu Barboza, portuqaliyalı futbol agenti:

“Fikrimcə, Mourinyo “Barselona”nın başına keçməyi düşünür. Vaxtilə bu klubda məşqçi köməkçisi kimi çalışıb. İspaniya çempionatına yaxşı bələddi. İndi bu liqaya qayıtmaq istəyir. Jozenin əsas məqsədinin bu olduğuna əminəm”.


Luis Enrike, PSJ-nin baş məşqçisi:

“PSJ-də çox xoşbəxtəm. Kluba qoşulduğum gündən prezident və idarə heyəti tərəfindən özümə qarşı sevgi hiss etmişəm. Hamımız uzunmüddətli layihə üzərində işləyirik. Hələ ki işlərimiz yaxşı gedir”.


Çiki Beqiristayn, “Mançester Siti”nin idman direktoru:

“Bu nə biabırçılıqdı? Bu şarlar artıq məni təngə gətirib”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-05-2022, 16:0

"Bu, “Barselona”ya qarşı matç kimi idi" - Yurgen Klopp

Dünya futbolu

12-02-2024, 14:0

“FourFourTwo”nun siyahısında 1-ci oldu

Dünya futbolu

16-12-2023, 13:0

Kim ilin ən yaxşı məşqçisi seçiləcək?

Dünya futbolu

1-11-2022, 20:0

Klopp “Napoli” ilə bağlı proqnoz verdi

Dünya futbolu

17-05-2022, 23:0

Klopp: ''Mançester Siti'' çempion olacaq''

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Bu gün, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Bu gün, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Bu gün, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Bu gün, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Bu gün, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
  • Bu gün, 10:31
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 10:00
    Mbappe rekordlardan doymur
  • Bu gün, 09:40
    Yarımfinal: Fransa - Ispaniya, Ingiltərə - Argentina
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 138
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 135
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə