• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kataloniyalılar maliyyə problemini necə həll edəcək?

Dünya futbolu

2-09-2024, 17:0

“Barselona”nın maliyyə problemləri son transfer dönəmlərinin ayrılmaz hissəsidi.

Yerli futbol liqasının “maliyyə feyr-pleyi” ilə bağlı tələbi kataloniyalıları təzyiq altında saxlayır: klub əməkhaqqı büdcəsini aşağı salmaq hesabına ötən illərdə bunun öhdəsindən çətinliklə gəlib. Bu yay problemlər Dani Olmodan yox, Hans-Diter Flikdən başladı. Klub baş məşqçini də qeydiyyatdan keçirməkdə çətinlik çəkdi. Bu məsələ həll olunsa da, fakt faktlığında qalır: hansa başqa top-klub belə problem yaşayır? Kataloniyalılar bu vəziyyətdən necə çıxacaq?

“Barsa”nın sabiq prezidenti Xosep Bartomeu əməkhaqq cədvəlini şişirtdi (təkcə elə Messiyə ildə 100 milyon avrodan artıq ödənilirdi) və Koutinyo, Dembele, Qrizmann kimi futbolçulara yüzmilyonlar xərclədi. Onda İspaniyada “maliyyə feyr-pleyi” qaydası hələ olmadığına görə belə nəhəng xərclər cəzasız qaldı. Bartomeonun vəzifəsini itirdiyi 2020-ci ilin oktyabrında klubun borcları artıq 1,35 milyard avroya çatmışdı.

Yeni prezident Xuan Laporta ciddi addım atdı – Messini buraxdı. Əlbəttə, bu addım böhrandan çıxmaq üçün kifayət etmədi. Onda Laporta futbol dünyası üçün yeni maliyyə instrumentləri kəşf etdi – gələcək media hüquqlarını satışa çıxardı. Beləcə prezident daha 800 milyon avto tapdı. Yenə kifayət deyildi. Xüsusən də klubun pul xərcləməyi davam etdirdiyini nəzərə alsaq.

“Barsa” 2023-cü ildə “Kamp Nou” stadionunu yenidən qurmaq üçün 1,5 milyard avro kredit götürdü. Ədalət naminə deyək ki, buna görə ona irad tutmaq çətindi. Zəruri addım idi, həm də klub yenidənqurmadan sonra bilet satışından daha çox qazanacaq. Ancaq bunun fəsadlarını da nəzərə almaq lazımdı: Olimpiya stadionuna müvəqqəti köç kluba ev arenasında çıxış etməklə müqayisədə 150 milyon avro itirmək bahasına başa gəldi.

Belə düşünmək olardı ki, klub maliyyə sağlamlığını təmin etmək üçün müəyyən müddətə transferləri unutmalı və ən yaxşı halda azad agentlərin keçidi və ya icarə müqavilələri ilə məşğul olmalıdı. Ancaq Laportanın ambisiyaları buna imkan vermir. Transfer bazarında özünü fəal aparmağa davam edən Kataloniya klubu hətta böhran dövründə də rəqabətədavamlı olduğunu göstərməyə çalışdı. Bu isə milyardlıq xərcə səbəb oldu. La Liqa hadisələrin belə axarına çox sərt reaksiya verdi: liqanın rəhbərliyi 2023-cü ilin yayında “Barsa”nın maaş cədvəlini 648 milyon avrodan 270 milyon avroya endirdi. Bu ilin fevralında həmin hədd bir qədər də enidirildi: 204 milyon. Halbuki komandanın maaş cədvəli 492 milyon təşkil edirdi. Bu isə limitin 2,5 dəfə aşılması deməkdi.

Planlar
Həmişə olduğu kimi, Laporta qanunlara uyğun hərəkət etmir. İlk növbədə ona görə ki, klub baha futbolçularını sata bilmir. De Yonqla Arauxo zədəlidi – bu məqam onların transferi ilə bağlı istənilən danışıqları çətinləşdirir. De Yonq isə La Liqanın ən yüksək ödənişli futbolçusudu. 52 faizlik vergini də nəzərə alsaq, ona maaş kimi ildə 75 milyon avro ödənilir. Levandovskiyə isə 66,6 milyon. Ferran Torreslə Rafinya, ümumiyyətlə, getmək istəmir. Bu üzdən “Barsa” futbolçu satışından yalnız 28 milyon avro qazanıb. Təkcə elə Olmo kluba bundan iki dəfə artıq qiymətə başa gəlib. Odu ki, Laporta yenə çıxış yolları axtarmağa məcburdu. Bu il üçün əsas variantlar “Nayk”ın yardımı ilə forma və atribut satışından pul qazanmaq, klubun nəhəng tərəfdaşları ilə “Barca Media” layihəsinə əlavə investisiyanın cəlb olunmasıyla bağlı danışıq aparmaqdı. Bu sahədə hər şey şətinləşib.

Kataloniyalılar ötən illərdə idmanətrafı layihələr – “Barca Vision” və “Barca Media”ya investisiya cəlb etməklə “maliyyə feyr-pleyi” prinsipinə az-çox uyğun gəlirdilər. Laporta kriptovalyuta platforması “Socios.com”, Almaniyanın “Libero”, Kataloniyanın “Orpheus Media” şirkəti və başqaları ilə yatırım qoymaqla bağlı razılığa gəlmişdi. Plan belə idi ki, “Barca Vision” Amerikanın NASDAQ birjasına çıxarılsın. “Barsa” və tərəfdaşları klubun layihəsini 1 milyard avroya qiymətləndirirdi, bunun sayəsində yaxşı pul götürməyi düşünürdülər.

Ancaq layihə iflasa uğradı və iyunda rəsmi şəkildə qapandı. “Libero” vəd etdiyi 40 milyon avronu ödəməyəndən sonra vəziyyət daha da pisləşdi. İndi “Barsa” eyni zamanda həm adı çəkilən Almaniya şirkəti ilə məhkəmədə dartışır, həm də ona əvəzedici axtarır. Belə şayiələr gəzir ki, “Barca Vision”un səhmlərinin müəyyən hissəsinə yiyələnən “Aramark” keyterinq şirkəti komandanı xilas edəcək. Bunun Olmonun adını sifariş ərizəsinə salmaq imkan verəcəyi istisna olunmur, ancaq maliyyə planında bütün dəlmə-deşikləri “yamamayacaq”.

Hələ bundan da pis xəbərlər var. UEFA ötən ilin iyulunda “Barsa”nı 500 min avro cərimələyib. Qitə futbol qurumu klubun maliyyə hesabatında yer alan bəzi göstəriciləri nəzərə almayıb. Bu isə çox təhlükəli presedentdi: Laporta 2022/23 mövsümü üçün hesabatında 600 milyon avro məbləği gəlir kimi göstərib. UEFA bu gəlirin legitimliyini nəzərdən keçirsə, “Barsa”nın həmin mövsüm üçün itkisi nəhəng həcmdə olacaq. Belədə isə artıq Olmo yada düşməyəcək, daha ciddi problemlər yaranacaq.

Paylaş:
Digər xəbərlər

Aktual

23-03-2022, 16:0

“Maliyyə feyr-pleyi” qaydaları dəyişəcək

Dünya futbolu

16-08-2024, 14:0

“Barselona”da ciddi problem

Dünya futbolu

2-08-2023, 13:0

UEFA “Çelsi”yə sanksiya verdi

Dünya futbolu

18-04-2024, 13:0

“Everton” yenə apellyasiya verdi

Aktual
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
Son xəbərlər
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
Daha çox
Oxunub: 339
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 209
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə