• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

1-09-2024, 15:0

Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:

“Mən yeni mövsüm üçün komandamızı favorit saymıram. “Bavariya”nın titulu qazanmaq şansı daha yüksəkdi. Mövsümə yaxşı başlamaq və gözəl futbol oynamaq niyyətindəyik. Hədəfimiz ilk “4-lük”dəki yerimizi qorumaqdı. Bu, bizim üçün olduqca real hədəfdi”.

Harri Keyn, “Bavariya”nın hücumçusu:
“Uşaq yaşlarımda ən çox sevdiyim oyunçu kim olub? İngiltərəli hücumçu Teddi Şeringemi çox bəyənirdim. Sonra Devid Bekhem mənim kumirim oldu (Keyn karyerasının çox hissəsini - 2013-23-cü illəri “Tottenhem”də keçirib. 31 yaşlı hücumçu “Bavariya”ya ötən ilin yayında transfer olunub – R.Y.). Uşaqlıq illərimdə Bekhemin dediyi hər şeyi edərdim. İndi özüm bir çox uşağın kumiriyəm və onlara yaxşı nümunə olmağa çalışıram. “Bavariya” ilə bundesliqanın və Çempionlar Liqasının qalibi olmaq istəyirəm. İngiltərə yığması ilə böyük turnirin çempionu olmağı çoxdan arzulayıram. Yeni mövsüm üçün hədəfim mümkün qədər çox titul qazanmaqdı”.

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:
“Heyətimizin çox da geniş deyil. Cəmi 19, 20 və ya 21 futbolçumuz var. Matçların sayı isə çoxdu. Qrafik sıxdı. Deməli, hamı var gücü ilə mübarizə aparmalı olacaq”.

Corco Furlani, “Milan”ın baş direktoru:
“Leao bu yay “Milan”ı tərk etməyəcək. Heç bir halda...”

Roberto Martines, Portuqaliya yığmasının baş məşqçisi:
“O, milli komandaya hələ də fayda verə biləcək gücdədi. Kriştiano klubunda əvvəlki kimi fəal çıxış edir. Ümumiyyətlə, yığmanın bütün oyunçularını diqqətlə izləyirik. Kriştiano kapitanımızdı, hazırkı fiziki göstəriciləri əladı. Onun işə münasibəti komandamız üçün çox vacibdi. Doğrudu, Ronaldo on il əvvəlki futbolçu deyil. İndi daha böyük təcrübə sahibidi. Onun yaşı haqda danışmaq lazım deyil (“Əl-Nəssr”in hücumçusu 39 yaşındadı – R.Y.), ona görə ki, ortada 41 yaşında builki Avropa çempionatını yüksək səviyyədə keçirən Pepe nümunəsi var. Kriştiano bundan sonra da gənc oyundaşlarına böyük təcrübəsi ilə kömək ola bilər. Onu da deyim ki, biz onu yığmanın digər futbolçuları qədər dəyərləndiririk. O, hazırkı göstəriciləri ilə Portuqaliya futbolunun ən yaxşı hücumçusudu”.

Entso Mareska, “Çelsi”nin baş məşqçisi (Konfrans Liqasında “Servett” üzərində 2:0 hesablı qələbə ilə bağlı fikirləri):
“Məqsədimiz yetərincə aydındı: biz indi meydanda oyunu idarə etməyi öyrənirik. Fikrimcə, topu özümüzdə saxlamağa can atmağımız yaxşı əlamətdi. Ola bilsin, bu, hərdən o qədər də faydalı olmur. Məsələn, matçın son 10-15 dəqiqəsində meydanın özümüzə aid olan hissəsində topa sahib olmağa çalışdıq. Halbuki bunu meydanın rəqibə aid olan hissəsində etməliydik. Bütün oyunçuların yeni oyun sistemini tam şəkildə öyrənməsi üçün daha çox vaxta ehtiyacı var. Bu gün onlardan bəziləri həm də fiziki planda çətinlik çəkdi. Komandamız matçın ayrı-ayrı məqamlarında topla və topsuz oyunu ilə xoşuma gəldi. Amma oyunumuzda problemlərin olduğunu da deməliyəm”.

Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Feliş komandanı tərk edir? Tezliklə biləcəksiz. Söhbət onun başqa kluba transferindən gedir (portuqaliyalı hücumçu artıq “Çelsi”yə keçib – R.Y.). Mənə artıq bu barədə məlumat verilib”.

Karl-Haynts Rummenigge, “Bavariya”nın vitse-prezidenti:
“Noyer artıq möhtəşəm çıxışı ilə milli komandanın tarixinə düşüb. Məncə, o, Almaniya futbolunun bütün dövrləri üçün ən yaxşı qapıçıdı. Manuel qapıçıların oyununa yeni element gətirib, onların oyununu yeni səviyyəyə qaldıra bilib və yeni standartlar müəyyənləşdirib. Bütün dünyada həmkarları onun oyununu nümunə kimi göstərirlər. Vəziyyətə Noyerin tərəfindən baxsaq, onun bundan sonra yalnız “Bavariya”nın oyunlarına köklənmək qərarı doğrudu. Manuel yeni mövsümün əvvəlkindən yaxşı keçməsi üçün əlindən gələni edəcək”.

Konor Qallaher, “Atletiko”nun yarımmüdafiəçisi:
“Meydanda həmişə əlimdən gələni etməyə çalışıram, var gücümü sərf edirəm. Qol vəziyyətləri yaratmağa çalışır və yeri gələndə komandamın arxa xəttinə kömək edirəm. Artıq dediyim kimi, bacardığım qədər faydalı olmağa can atıram. Yeni komandama da fayda vermək istəyirəm. Hədəfimiz titullar qazanmaqdı və mən Madridə bu hədəflə gəlmişəm. “Atletiko” tarixi ərzində çox sayda titul qazanan böyük klubdu. Birlikdə çoxlu kubok qazanacağımıza ümid edirəm”.

Yan Zommer, “İnter”in qapıçısı:
“İsveçrə yığmasındakı çıxışımı başa vurmaq qərarını vermişəm. Ölkəmin əsas komandasına uzun illər ərzində xidmət etməyi özüm üçün böyük şərəf sayıram. İsveçrəni 12 il ərzində beynəlxalq yarışlarda 94 oyunda təmsil etməyi böyük xoşbəxtlik sayıram. Qonşu Almaniyada keçirilən Avropa çempionatından sonra milli forma ilə vidalaşmaq vaxtının yetişdiyi qənaətinə gəldim. Ötən 12 il ərzində milli komandada mənimlə birgə oynayan futbolçulara və mənə dəvət göndərən məşqçilərə, dəstəyini hiss etdiyim azarkeşlərə və yaxınlarıma təşəkkürümü bildirirəm”.

Ceymi Karrager, “Liverpul”un sabiq müdafiəçisi:
“Bu mövsüm “Arsenal” “Mançester Siti”nin əsas rəqibi olacaq. Bu da var ki, Xosep Qvardiolanın komandaları çıxış etdikləri liqalardan asılı olmayaraq, demək olar ki, hər il əsas titulu qazanırlar. Onun qarşısını yanız “Real”la Joze Mourinyo ilə “Liverpil”la Yürgen Klopp ala bilib. Bu faktlar Qvardiolanın komandasına qarşı mübarizə aparmağın nə dərəcədə çətin olduğunu göstərir. “Arsenal” son iki mövsümdə “Siti” ilə çempionluq uğrunda yarışmağın necə çətin missiya olduğunu əyani görüb. Məncə, əksər neytral azarkeşlər bu mövsüm başqa komandanın çempion olmasını arzulayırlar. Elə mən də buna ümid edirəm. Çünki bir komandanın hər il əsas titula sahib çıxmasını stəmirəm. Amma istənilən halda “Siti”nin və Qvardiolanın qarşısında şlyapanı çıxarmaq lazımdı. Onlara qalib gəlib titul qazanmaq olduqca çətin işdi”.

Mirvan Suvarso, “Komo”nun sahibi:
“Fabreqas bizim üçün vacib futbol adamıdı. Çünki ona klubumuzun memarı gözü ilə baxırıq. Sesk baş məşqçi vəzifəsinə təyinat alarkən komandanın necə oynamalı olduğuna qısaca aydınlıq gətirmişdi. Onun məşqçi kimi düşüncələrini çox bəyənirik. Fabreqasa böyük inamımız və ümidlərimiz var. Ona görə ki, o, məşqçi kimi yalnız komandanı yox, klubu da inkişaf etdirməyi və yüksək səviyyəyə qaldırmağı düşünür”.

Keleçi İheanaço, “Sevilya”nın hücumçusu:
“Sevilya”nı tərk edən Ən-Nəsiri ilə müqayisə olunduğuma görə üzərimdə təzyiq hiss etmirəm. Hə, o, komandanın uğurları üçün çox iş görüb. Təəssüf ki, indi “Sevilya”da deyil və onun yerini mən tutmuşam. Bütün diqqətimi komandanın uğurlu çıxışı üçün əlimdən gələni etməyə yönəltmişəm”.

Danilo, “Yuventus”un müdafiəçisi:
“Yeni baş məşqçimiz böyük istəyə və motivasiyaya malikdi. Tyaqo Mottanın başçılığı altında məşq etmək və oynamaq çox maraqlıdı. O, məndə uğur qazanmaq istəyi ilə çox böyük təəssürat oyadıb. Tyaqo Motta komandaya öz ideyaları ilə gəlib. Bizdən meydanda var gücümüzlə oynamağı və yeri gələndə potensialımızı aşmağı tələb edir. Məşqlərdə intensiv, ötürmələrdə sürətli oynamağımızı istəyir. Fiziki və taktiki cəhətdən çox çalışırıq. İşlərimizin yaxşı gedəcəyinə ümid edirik”.

Ceymi Karrager, “Liverpul”un sabiq müdafiəçisi:
“İstənilən halda “Siti”nin və Qvardiolanın qarşısında şlyapanı çıxarmaq lazımdı”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-12-2023, 19:0

Keyn yeni il üçün hədəflərini açıqladı

Dünya futbolu

12-09-2022, 11:0

"Bavariya"dan Harri Keyn açıqlaması

Dünya futbolu

27-07-2024, 19:0

Sabiq komandası ilə oyunu buraxacaq

Dünya futbolu

22-09-2023, 16:0

Keyn Mançesterə niyə getmək istəməyib?

DÇ 2026

30-11-2022, 10:0

Keyn Bekhemin rekordunu təkrarladı

Dünya futbolu

11-03-2024, 11:0

“Bayer-04” Xabi Alonsoya görə 24 milyon avro istəyir

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə