“Yuventus” heyətinə yeni futbolçu cəlb edib.
Turin klubu Portuqaliya millisinin üzvü Fransisko Konseysaonu “Portu”dan icarəyə götürüb. 21 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Konseysao ötən mövsüm bütün turnirlərdə 43 matçında iştirak edib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib. O, milli komanda ilə bu yay Almaniyada təşkil edilən Avropa çempionatında iştirak edib.