“Tottenhem” heyətinə yeni futbolçu cəlb edib. İngiltərə klubu problemli sayılan müdafiə xəttini gücləndirib.
Londonlular “Sportinq”dən İspaniya millisinin də üzvü olan Pedro Porronu icarəyə götürüblər. 23 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub. Anlaşmada onun İngiltərə klubuna birdəfəlik keçə biləcəyi haqda bənd də var. Bu halda “Tottenhem” Portuqaliya klubuna 45 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Pedro bu mövsüm bütün turnirlərdə 26 matçda iştirak edib, 3 qol vurub və oyundaşlarına 11 məhsuldar ötürmə verib.