Osimhen üçün növbəti variant

30.08.2024 12:57 310
Dünya futbolu
“Napoli”nin hücumçusu Viktor Osimhen üçün növbəti variant ortaya çıxıb.

O, karyerasını “Çelsi”də davam etdirə bilər. İtaliyalı jurnalist Canluka Di Martsionun sosial şəbəkə hesabı vasitəsilə yaydığı xəbərə görə, London klubu nigeriyalı futbolçu üçün ilk rəsmi təklifini göndərib. Tərəflər hazırda fəal şəkildə danışıqlar aparırlar.

Osimhen “Napoli”də 2020-ci ildən çıxış edir.