Slovakiya - Azərbaycan oyununun biletləri satışda

29.08.2024 17:32 313
Yığma
Millətlər Liqasında Slovakiya və Azərbaycan arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiymətləri 2-20 avro (təxminən 4-38 manat) aralığında dəyişir.

Qeyd edək ki, Slovakiya - Azərbaycan oyunu sentyabrın 8-də, Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. Qarşılaşma 12 min tamaşaçı tutumuna malik "Koşice Football Arena"da keçiriləcək.