• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Dinamo”nu Bakıda asan qarşılaşma gözləyir” – Ozobiç xorvatlara hər şeydən danışdı

Aktual / Müsahibə

27-08-2024, 15:0

“Qarabağ” sabah Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Zaqreb “Dinamo”su ilə cavab matçına çıxacaq.

Xorvatiyada 0:3 uduzan “köhlən atlar”ın mərhələ adlaması asan görünmür. “Neftçi”nin oyunçusu Filip Ozobiç bu oyunla bağlı Xorvatiya mətbuatına müsahibə verib. Təcrübəli yarımmüdafiəçi 5 mövsüm formasını geydiyi Ağdam təmsilçisinin şansının az olduğunu bildirib:

“Çox maraqlı ola bilər, amma 3:0 böyük üstünlükdü və "Dinamo"nun bundan imtina edəcəyinə inanmıram”.

“Qəbələ” ilə müqavilə bağladığı 2016-cı ildən Azərbaycanda yaşayan və “milliləşdirilən” Ozobiç ölkədəki hava şəraitiylə bağlı da Xorvatiya mediasını məlumatlandırıb: “İlin bu vaxtında temperatur və rütubət xüsusilə yüksəkdi. Kibriti bir yana qoyaq, açıq kafedə oturanda belə tər tökəcəksiz...

“Dinamo"dan heç kim mənə zəng etmədi, məncə, onlar burdakı iqlim şəraiti haqqında hər şeyi bilirdilər və Fran Tudor onlara xəbərdarlıq etdi. Xüsusilə axşam saatlarında rütubət yüksək olur. Bakının Xəzər dənizinin kənarında olmasının buna çox təsiri var. Gələndə belə iqlim şəraitinə öyrəşməyim bir qədər çəkdi. Amma mən kokos suyu içmədim, sadəcə, adi su və onların klubda mənə verdiyi elektrolitləri Zaqrebdə oynayanda içdiyimdən daha çox içdim. Belə ab-hava yorucudu, “Dinamo”nun bəzi oyunçuları ikinci hissədə problem yaşaya bilər. Çünki bütün oyunu keçirmək çətindi. Rütubət sizi yorur”.

Filip xorvatiyalı jurnalistin “ilk matç hər iki komandanın gücü baxımından nə göstərdi?” sualını belə cavablayıb:

“Sonda “Dinamo” dördüncü və beşinci qolları vurmağı bacarardı. Amma hesab 3:0 olsa da, asan qələbə olmadı. “Qarabağ”ın çox yaxşı epizodları var idi, lakin qol vura bilmədilər... “Qarabağ” ən azı bir saat keyfiyyətli futbol oynadı. Onların cinahları arada boşluğa gedir və orda çoxlu problem yaşayırlar. Bununla belə, “Dinamo”nun hər hansı zəif tərəflərinin olduğunu deyə bilmərəm”.

“Onların düşüncə tərzini biləcək qədər “Qarabağ”da olmusan. Vəziyyəti dəyişə biləcəklərinə inanırlar, yoxsa buna şübhə edirlər?” sualına isə 33 yaşlı yarımmüdafiəçinin reaksiyası belə olub:

“Heç kimdən soruşmamışam, amma əminəm ki, ilk dəqiqədən etibarən bacardıqca hücuma atılacaqlar, tezliklə qol vurmaq istəyəcəklər. Şans qazanacaqlarına ümid edirlər. “Dinamo” fərqindədi ki, onları burada asan qarşılaşma gözləyir”.

- Azarkeşlərin əhval-ruhiyyəsi necədi? Onların səbri varmı?
- Burda fit çalmaq olmaz. “Qarabağ” sürətli qol vurmasa, azarkeşlər şikayət etməyəcək. Onlar matçboyu alqışlanacaqlar və stadion dolu olacaq. Atmosfer isti olacaq, lakin Xorvatiyada azarkeşlər daha mütəşəkkildi. Yenə də burda alovludular. Oynamaq gözəl olacaq.

- “Dinamo” bir az daha qapanıb üstünlüyü qorumalı, yoxsa ilk oyundakı kimi oynamalıdı?
- “Dinamo” müdafiə olunaraq hesabı saxlayacaq komanda deyil. Onun keyfiyyətli oyunçuları var, bu mənada oyun tərzini dəyişəcəyini düşünmürəm. Başqa bir cəhət də odu ki, baş məşqçi komandanın sxemini dəyişə biləcəyini göstərdi. Sergey Yakiroviç bilir ki, hansı oyunçular ona nə gətirə bilər, hansı variant daha yaxşıdı, amma 3-5-2-dən istifadə etsə belə, bu müdafiə sxemi deyil. Düşünürəm ki, məşqçi Qurban Qurbanov heç nəyi dəyişməyəcək, hər şey Zaqrebdəki kimi olacaq. Onun öz üslubu var və ona toxunmur.

- “Qarabağ”ın ən yaxşı futbolçuları kimlərdi?
- Monteneqrolu Veşoviçlə Yankoviçi zədəyə görə qaçırdılar. Onlar hücumda güclüdü, Juninyo “Dinamo” üçün ən böyük təhlükədi.

- Veşoviç və ya Yankoviç sağalacaq?
- Sağalacaqlarını bilmirəm, amma oynayacaqlarını düşünmürəm.

- Qurban Qurbanov kimdi? O, 2008-ci ildən "Qarabağ"a rəhbərlik edir…
- Nəticələr öz sözünü deyir. Adam böyük işlər görüb. Klubda onu yüksək qiymətləndirirlər. Öz futbol üslubunu inkişaf etdirir. Pep Qvardiola belə oynayır. Onlar topa sahib olmaq üçün çalışırlar, topu mümkün qədər ayaqlarında saxlamaq və ona görə də təhlükəli olmaq istəyirlər.

- Təlimlər necə görünür? Oyunun taktiki detalları üzərində nə qədər iş aparılır? Çünki Xorvatiyada heç bir komanda “Qarabağ” qədər inteqrasiya olunmayıb…
- Bütün məşqlər topla keçirilir, topsuz qaçışlar çox olmur, mövqe hücumları çox olur. O, kimin hara gedəcəyini və hər bir oyunçunun nə etməli olduğunu dəqiq bilməkdə israrlıdı. Böyük təhsili var. Komandanın uzun müddətdi bir yerdə olması harmoniyaya töhfə verir, hər mövsüm iki-üç oyunçu dəyişir. Xorvatiya çempionatında isə daha çox dalğalanmalar olduğu üçün oyun yaratmaq daha çətindi. Məşqdə kimin hara hərəkət edəcəyi ilə bağlı çox iş görülür. Məsələn, mərkəz müdafiəçisi yarımmüdafiəçi oynayır, işi kimə buraxır, sonra hara gedirik, yoxsa müdafiəçi arxaya qaçır... Hücum zamanı kimin nə etməli olduğu dəqiq müəyyən edilir…

- Matçın axarını və nəticəsini necə gözləyirsiz?
- Mütləq yaxşı matç olacaq, çoxlu qol vəziyyəti gözləyirəm, amma 3:0 böyük üstünlükdü. Bu, bir-iki top fərqi deyil, üç qol həddən artıqdı. Xüsusən də hazırda “Dinamo”nun heyətində Petkoviç, Baturina, Kulenoviç kimi təhlükəli hücumçular var. Bu əla nəticədi və "mavilər" Çempionlar Liqasının qrupuna düşməlidi.

- Azərbaycana azarkeşlər gəlir, onları Bakıda nə gözləyir?
- Bura gələnin heç bir problemi olmayacaq, hamı özünü çox yaxşı hiss edəcək. Çölə çıxmaq istəyənlər üçün çoxlu gözəl restoranlar, klublar, kafelər var.

- Hazırda dabanındakı ağrı səbəbindən oynamırsan. Lakin Azərbaycan millisindən imtina etmədin. Millətlər Liqasının və dünya çempionatının seçmə mərhələsində çıxış etməyi planlaşdırırsan?
- Sağlam və formada olsam, daha çox oynamaq istərdim.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

14-09-2022, 14:0

"Dinamo"nu məğlub etmək asan deyil" - Stefano Pioli

Dünya futbolu

31-08-2023, 11:0

Mahirin komandası cavab oyununa çıxır

Aktual / Ölkə futbolu

23-08-2024, 18:0

“Mən xorvatam, öz ölkəmi və klublarımızı sevirəm” - “Neftçi”nin sabiq oyunçusu

Ölkə futbolu / Çempionlar Liqası

25-08-2022, 01:0

Mahirli "Dinamo" ÇL-in qrupunda - YENİLƏNİB

Aktual / Müsahibə

20-08-2024, 13:0

Xorvatiyalı futbolçu “Qarabağ”a 40 faiz şans verdi - MÜSAHİBƏ

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə