• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qalyardo “River Pleyt”ə qayıtdı - ŞƏRH

Dünya futbolu

24-08-2024, 12:0

Argentina çempionatında keçirilən 10-cu turun oyunlarından sonra liderlər qrupunda vəziyyət qismən dəyişdi. “Atletiko Urakan” liderliyi, “Union” isə 2-ci yerdəki mövqeyini qorudu.

Turun mərkəzi oyunu məhz liderin iştirakı ilə keçdi. Çətin səfərə çıxan “Atletiko Urakan” “River Pleyt”in qonağı oldu. Ev sahiblərinin hazırda çətin günlərini yaşadığı hamıya bəllidi. Mövsümə zəif başlayan “River”də baş məşqçi dəyişikliyinin zərurətə çevrildiyini xəbər vermişdik. Argentinanın son çempionu 3-7-ci turlarında keçirdiyi 5 oyundan 3-də məğlub olduğu üçün Martin Demiçelisin postundan ayrılması qaçılmaz olmuşdu. “Milyonçular”ı “Union” ilə qolsuz nəticələnən matça Marselo Eskudero çıxarsa da, onun fəaliyyətinin müvəqqəti xarakterli olduğu məlum idi. Maraqlıdı ki, rəhbərlik baş məşqçi vəzifəsinə, belə desək, doğma mütəxəssisi təyin edib: bəli, komandanın sabiq yarımmüdafiəçisi, “River”ə 2014-22-ci illərdə başçılıq edən və çox sayda titul qazandıran Marselo Qalyardo yenidən “Monumental”dadı!

Ötən mövsüm “Əl-İttihad”ı (Səudiyyə Ərəbistanı) çalışdıran 48 yaşlı mütəxəssisin bəxtsizliyindən köhnə-yeni komandası 10-cu turda çempionatın lideri ilə qarşılaşdı. “Atletiko Urakan” ilə matçın əvvəli ev sahiblərinin üstünlüyü şəraitində keçdi və “River” 13-cü dəqiqədə Eçeverrinin qolu ilə hesabı açdı. Son çempion bundan sonra da oyun planında azacıq üstünlüyə malik oldu. Lakin ara-sıra hücumlara atılan qonaq komanda fasilə ərəfəsində Eçeverriya ilə cavab qolunu vurdu. İkinci hissədə topa daha çox sahib olan Qalyardonun komandası qapıya dəqiq zərbə endirməkdə çətinlik çəkdi. Bunun əsas səbəbi isə rəqibin arxa xəttinin inamlı oyunu ilə bağlı idi. Beləliklə, məğlubiyyətsiz seriyasını davam etdirən Frank Kudelkanın komandası bir xal qazanmaqla liderliyini qorudu. “River Pleyt” isə 11-ci yerdən 9-a yüksəldi.

“Atletiko Urakan”ın bəxtindən tura 2-ci yerdə başlayan və liderdən bir xal geridə olan “Union” da büdrədi. “Belqrano” ilə səfər oyununun ilk hissəsi qolsuz sona çatdı. Fasilədən dərhal sonra hesabı açan qonaqlar qələbəyə çox yaxın idilər. Lakin son saniyələrdə buraxılan qol “Union”un ardıcıl ikinci matçda iki xal itirməsini qaçılmaz etdi. Kristian Qonsalesin komandası liderdən yenə bir xal geridədi.

Tura hərəyə 17 xal toplamaqla 3-4-cü yerlərdə başlayan komandalar fərqli nəticələr göstərdilər. “Rasinq” evdə gözlənilmədən “Ximnasiya”ya minimal hesabla uduzdu. Uğursuz nəticə avelyanedalıları 3-cü yerdən 6-ya saldı. “Veles Sarsfild” isə hesabına yalnız bir xal yaza bildi. Qustavo Kinterosun komandası çempionatın əvvəlki 4 matçında maksimum nəticə göstərmişdi. Qələbə seriyası “Banfild” ilə səfər oyununda qırıldı. 2:2 hesablı “sülh”ə razılaşan “Veles” 4-cü yerdəki mövqeyini itirmədi. “Platense”ni evdə iki cavabsız qolla üstələyən “İnstituto”nun da hesabında 18 xal var.

Ölkənin digər nəhənginin vəziyyəti də ürəkaçan deyil. Səfərdə “İndependyente Rivadaviya”dan bir xalı (1:1) final fitindən əvvəl vurulan qolla alan “Boka Xuniors” son 5 oyunda 4-cü dəfə heç-heçə oynadı. Dieqo Martinesin komandası 13-cü yerdən 15-ə gerilədi.

9-cu turun oyunları
Deportivo Riestra – Sentral Kordoba 1:0
X.Errera, 39.
Ximnasiya – Rosario Sentral 0:1
OKonnor, 71.
Platense – Banfild 0:1
Sepulveda, 10.

10-cu tur
River Pleyt - Atletiko Urakan 1:1
Eçeverri, 13 – Eçeverriya, 37.
Belqrano - Union 1:1
M.Suares, 90+4 – Balboa, 46.
Rasinq - Ximnasiya 0:1
B.Dominges, 13.
Banfild - Veles Sarsfild 2:2
Sepulveda, 62; 75 – Pitsini, 16. Akino, 57.
Barrakas Sentral - Talyeres de Kordoba 1:1
Kandia, 76 – Qalarsa, 84.
İndependyente Rivadaviya – Boka Xuniors 1:1
Vilyalba, 77 – Medina, 90+5.
Arxentinos Xuniors - Sarmyento 0:0
Deportivo Riestra – Lanus 3:1
Alonso, 49. A.Dias, 77. X.Errera, 90+5 – X.Torres, 80.
San Lorenso - Atletiko Tukuman 0:1
Tesuri, 90+5.
Rosario Sentral - Nyuellz Old Boyz 1:0
Malyo, 83.
Sentral Kordoba - Defensa y Xustisiya 2:0
Barrios, 23. Qodoy, 55.
İnstituto - Platense 2:0
Alarkon, 82-p. F.Suares, 89.
Estudiantes - İndependyente 0:2
Lomonako, 34. Avalos, 62.
Tiqre - Qodoy Krus 0:2
Altamira, 36.S.Rodriges, 74.

1. Atletiko Urakan 10 5 5 0 11-4 20
2. Union 10 5 4 1 10-5 19
3. Atletiko Tukuman 10 5 4 1 11-7 19
4. Veles Sarsfild 10 5 3 2 16-8 18
5. İnstituto 10 5 3 2 13-7 18
6. Rasinq 10 5 2 3 17-9 17
7. Talyeres de Kordoba 10 4 5 1 15-11 17
8. Belqrano 10 4 4 2 14-14 16
9. River Pleyt 10 4 3 3 14-9 15
10. Estudiantes 10 4 3 3 13-9 15
11. Rosario Sentral 10 4 3 3 13-10 15
12. İndependyente Rivadaviya 10 4 3 3 7-5 15
13. Deportivo Riestra 10 5 0 5 11-10 15
14. Lanus 10 4 3 3 15-16 15
15. Boka Xuniors 10 3 5 2 12-8 14
16. Ximnasiya 10 4 1 5 12-12 13
17. Arxentinos Xuniors 10 4 1 5 8-12 13
18. Sarmyento 10 3 3 4 8-9 12
19. İndependyente 10 2 5 3 7-9 11
20. Platense 10 3 2 5 8-11 11
21. Nyuellz Old Boyz 10 3 2 5 6-11 11
22. Banfild 10 2 4 4 9-14 10
23. Qodoy Krus (-3) 9 3 3 3 7-8 9
24. Tiqre 10 2 3 5 10-17 9
25. San Lorenso 9 1 4 4 5-8 7
26. Barrakas Sentral 10 1 4 5 5-12 7
27. Defensa y Xustisiya 10 0 5 5 7-17 5
28. Sentral Kordoba 10 1 1 8 9-21 4


Bombardirlər: Akino (Veles Sarsfild), Borxa (River Pleyt) - 6, Bartissiotto (Talyeres de Kordoba), M.Ximenes (Boka Xuniors), Pussetto (Atletiko Urakan), S.Rodriges (İnstituto), Xara (Belqrano) - 5.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2024, 22:0

“Atletiko Urakan” liderliyi qorudu - Demiçelis “River Pleyt”dən qələbə ilə getdi

Dünya futbolu

13-10-2023, 21:0

“River Pleyt” ilk dəfə lider oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

5-10-2023, 20:0

“Boka Xuniors”a növbəti zərbəni əzəli rəqibi vurdu

Dünya futbolu

30-07-2024, 13:0

5 oyuna 3 məğlubiyyət və Demiçelis “River Pleyt”dən getdi! - İCMAL

Dünya futbolu

7-04-2023, 22:0

“River Pleyt” fərqi 4 xala çatdırdı: İbarranın “Boka”dakı fəaliyyəti 8 ay çəkdi

Dünya futbolu

26-07-2024, 17:0

Nəhənglər 2:2-yə razılaşdılar - TURUN ŞƏRHİ

Aktual
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Son xəbərlər
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə