• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MS, “Arsenal” və “Liverpul” yeni mövsümə 2:0 ilə başladı - ŞƏRH

Dünya futbolu

23-08-2024, 22:0

Dünyanın ən baxımlı çempionatında yeni mövsüm cümə günü başladı.

“Mançester Yunayted” çətinliklə qələbə qazandı, “Mançester Siti”, “Arsenal” və “Liverpul” isə rəqiblərinin qapısına iki qol vurdu. Təbii ki, startda başqa maraqlı hadisələr də oldu.
MY “Fulhem”lə ev oyununda ciddi çətinlik çəkdi. İlk yarının əvvəlində londonlular hücumdakı yaradıcılıq baxımından hətta daha maraqlı təsir bağışlayırdı. Hissənin ortalarında Ten Haqın komandası təşəbbüsü ələ aldı. Fernandeş fasiləyə qədər hesabı açmaq üçün iki gözəl imkan yaxalasa da, hər dəfə Leno ilə mübarizədən məğlub ayrıldı. 2-ci hissənin əvvəlində almaniyalı qapıçı Mauntun yaxın məsafədən zərbəsi zamanı daha bir əla seyvlə yadda qaldı. “Fulhem” də öz növbəsində kəskin əks-hücumlar qururdu. Onana bir neçə dəfə oyuna ciddi şəkildə qoşulmalı oldu. Təhlükəli vəziyyətlərlə zəngin oyunun qolsuz bitməsi yerinə düşməzdi. Nəhayət, sona yaxın meydan sahibləri Lenonun qapısına yol tapa, qələbə qazana bildi. Daha doğrusu, Ten Haqın əvəzetmələri işə yaradı. Qarnaçonun cinah ötürməsini uğurla tamamlayan Zirkzee MY-dəki debüt matçında fərqləndi. “Qırmızı şeytanlar” nəticə baxımından mövsümə yaxşı başlasa da, oyun sabitliyi baxımından hələ çox çalışmalıdı.

“Liverpul”un yeni baş məşqçisi Arne Slot ilk rəsmi oyunda tənqid üçün əsas vermədi. Onun komandası debütant “İpsviç”in öhdəsindən gələ bildi. Hərçənd ilk yarı “qırmızılar” üçün problemlər vəd edirdi. Hər iki komanda fasiləyə qədər yetərincə ləng oynayırdı. Qapılar önündə hansısa gərginlik yaranırdısa da, bu mənada “İpsviç” daha fəal görünürdü. Real qol vəziyyətləri isə yox idi. 2-ci hissə başlayan kimi hər şey dəyişdi, sanki meydan sahiblərini “şəbəkədən ayırdılar”. Onlar rəqibə hərəkət azadlığı verdilər, səhvlər sıralandı. “Qırmızılar” isə get-gedə təzyiqi artırırdılar. Bir neçə təhlükəli vəziyyətin ardından Jota hesabı açdı. Cəmi 5 dəqiqə sonra isə Salah fərqi artırdı. Artıq oyunu qələbəyə daşımaq çətin deyildi. Kloppsuz “Liverpul”un nəyə qadir olduğunu görmək üçün daha güclü rəqiblə qarşılaşmanı gözləmək lazımdı. “İpsviç” ilk yarıda layiqincə müqavimət göstərməyə qadir olduğunu göstərdi. Oyun isə bir yox, iki hissədən ibarətdi.

Təbii ki, cari mövsümün favoritlərindən biri də “Arsenal”dı. London klubu startda bu statusu doğrultdu. “Topçular”la mübarizə aparmaq üçün “Vulverhempton”un nə səviyyəsi, nə də inadkarlığı çatdı. İlk yarı meydan sahiblərinin total üstünlüyü şəraitində keçdi. “Arsenal” planauyğun şəkildə “canavarlar”ın qapısı önündə təzyiqi artırırdı. Yəni Havertsin 25-ci dəqiqədə hesabı açması oyunun məntiqi axarına uyğun idi. Ancaq 2-ci hissənin əvvəlində “topçular” bir qədər “boşaldı”. “Vulverhempton” canlandı, topa nəzarəti ələ keçirib, rəqib qapısına yaxınlaşmağa başladı. Sadəcə, Sakanın 2-ci qolu vurması “Arsenal”ın problemdən qaçmasına imkan yaratdı. Bundan sonra “canavarlar”ın məğlubiyyətdən qurtulmağa nə gücü, nə də inamı var idi. Odu ki, “topçular”ın startını uğurlu saymaq olar.

Turun mərkəzi oyununda “Çelsi” “Mançester Siti”ni qəbul etdi. “Zadəganlar”ın heyəti və baş məşqçisi dəyişə bilər, ancaq onların oyununda məzmun yoxdu. Bu həqiqət son çempionla oyunda növbəti dəfə təsdiqini tapdı. MS ideal oyun göstərmədən də qələbə qazandı. Başqa hallarda bəlkə də bunu səviyyənin gətirdiyi qələbə adlandırmaq olar, ancaq indi komandalar arasında səviyyə fərqi o qədər böyük deyil. Oyun isə göstərdi ki, “Çelsi” hətta böyük xərclər fonunda da MS-dən çox uzaqdı. Qonaqlar artıq 18-ci dəqiqədə Holannın sayəsində hesabı açdı. “Siti” oyunun müəyyən bölümlərində londonlulara topa nəzarət etməyə, hətta Edersonun qapısına yaxınlaşmağa imkan verirdi. Qapıçı bəzən konsentrasiyanı itirir, rəqibə imkan yaradırdı, ancaq “Çelsi” qol vurmağa qadir deyildi. Sona yaxın sabiq komandasının qapısına yol tapan Kovaçiç hesabı 0:2 etdi. Entso Mareska “Çelsi”ni qələbə yoluna çıxarmaq üçün hələ çox iş görməlidi.

Turun qalan oyunlarına gəlincə, “Everton” evdə “Brayton” önündə darmadağın oldu. Eşli Yanqın 66-cı dəqiqədə birbaşa “qırmızı” ilə meydandan qovulması liverpulluların darmadağını şərtləndirdi. “Nyukasl” “Sauthempton”u, “Aston Villa” “Vest Hem”i, “Brentford” “Kristal Pelas”ı məğlub etdi. “Nottingem Forest” – “Bornmut” oyununda qalib müəyyənləşmədi. Turun dünən axşam keçirilən son oyununda “Tottenhem” “Lester”lə heç-heçə etdi.

1-ci tur
Mançester Yunayted – Fulhem 1:0
Zirkzee, 87. (73297)
MY: Onana, Dalot, Maquayr (Evans, 81), Martines, Mazraui (De Liqt, 81), Maynu (Maktominey, 84), Kazemiro, Dyallo (Qarnaço, 61), Maunt (Zirkzee, 61), Reşford, Fernandeş.
İpsviç – Liverpul 0:2
Jota, 60. Salah, 65. (30014)
Liverpul: Alisson, Aleksander-Arnold (Bredli, 77), Kuansa (Konate, 46), Van Diyk, Robertson (Simikas, 79), Qravenberx, Makallister, Salah, Soboslai, Dias, Jota (Qakpo, 79).
Arsenal – Vulverhempton 2:0
Haverts, 25. Saka, 74. (60261)
Arsenal: Rayya, Uayt, Saliba, Qabriel, Zinçenko (Timber, 69), Edeqor, Parti, Rays (Jezus, 85), Saka (Trossar, 80), Haverts, Martinelli.
Çelsi – Mançester Siti 0:2
Holann, 18. Kovaçiç, 84. (39818)
Çelsi: Sançes, Hüsto, Fofana, Koluill, Kukurelya (Veyqa, 80), Kaysedo, Lavia (Dyusberi-Holl, 67), Palmer, Fernandes, Nkunku (Neto, 58), Cekson (Giyu, 67).
MS: Ederson, Akanci, Diaş, Qvardiol, Lüis, Kovaçiç, Savinyo (Foden, 46), B.Silva, De Bruyne, Dokyu, Holann.
Everton – Brayton 0:3
Mitoma, 26. Uelbek, 56. Adinqra, 87. (38500)
Nyukasl – Sauthempton 1:0
Joelinton, 45. (52196)
Nottingem Forest – Bornmut 1:1
Vud, 23 – Semenyo, 87. (29763)
Vest Hem – Aston Villa 1:2
Paketa, 37-p. – Onana, 4. Duran, 79. (62463)
Brentford – Krustal Pelas 2:1
Mbemo, 29. Vissa, 76 – Pinnok, 57-öz qapısına. (16988)
Lester – Tottenhem 1:1
Vardi, 58 – Porro, 29. (31977)
Növbəti turun oyunları avqustun 24-25-də keçiriləcək: Brayton – MY, Kristal Pelas – Vest Hem, Fulhem – Lester, MS – İpsviç, Sauthempton – Nottingem Forest, Tottenhem – Everton, Aston Villa – Arsenal, Bornmut – Nyukasl, Vulverhempton – Çelsi, Liverpul – Brentford.

Turun rəqəmi
50 – Saliba “Arsenal”ın heyətindəki qələbə sayını bu həddə çatdırdı. Fransalı ulduz “topçular”ın heyətində 66-cı oyuna çıxmışdı. Saliba “Arsenal” tarixinə premyer-liqada 50 qələbə həddinə ən tez çatan futbolçu kimi düşdü. O, ilk 70 oyunda 50 qələbə qazanan Naço Monrealın rekordunu yenilədi. 2019-cu ildə “Arsenal”a keçən Saliba ötən müddətdə üç dəfə icarədə olub. Müdafiəçi londonluların heyətində keçirdiyi 66 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

Turun ulduzu
Mateo Kovaçiç (Mançester Siti) – çempion meydanın mərkəzində dominantlıq etdi. Adətən, Rodri dayaq yarımmüfaiəçisi mövqeyində olanda belə hal yaşanır. Ancaq bu dəfə Kovaçiç də vəzifəsinin öhdəsindən əla gəldi. Xorvatiyalı xətlər arasında əlaqəni təmin etməklə yanaşı, gözəl qol da vurdu.

Turun sitatı
Qari Nevill, İngiltərə yığmasının sabiq müdafiəçisi:

“Bu, hamı üçün mesajdı. “Mançester Siti” çempionluğu əldən verməyəcək. Möhtəşəm keyfiyyətlərinə uyğun olan əmək intizamı var. “Çelsi” üçün müsbət məqam odu ki, komanda müəyyən bölümlərdə yaxşı oynadı”.


Faktlar
* “Liverpul”un hücumçusu Salah “İpsviç”lə oyunda qol vurdu və məhsuldar ötürmə verdi. 32 yaşlı misirli açılış oyunlarında 14 məhsuldar hərəkətlə (9 qol, 5 ötürmə) yadda qalıb. O, ilk oyunlarda məhsuldarlıq baxımından Ueyn Runini (13) arxada qoydu. Salah ilk turlarda qol sayına (9) görə də liderdi. Sonrakı pillələrdə hərəyə 8 qolla Şirer, Lempard və Runi qərarlaşıb.
* 21-ci əsrdə “Liverpul”un heç bir baş məşçisi ilk çempionat oyununda qələbə qazana bilməmişdi. Slot bu mənada uğurlu debüt etdi.
* “Brayton”un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə çempionatında keçirdiyi mövsüm sayına görə yeni rekord müəyyənləşdirdi. 38 yaşlı futbolçu “Everton”la oyuna start heyətinə çıxmışdı. Milner İngiltərə futbolunun elitasında 23-cü mövsümünü keçirir. O, bu göstəricidə MY-nin sabiq xavbeki Rayan Giqqzi (22) arxada qoydu. Milner əvvəllər “Lids”, “Nyukasl”, “Aston Villa”, MS və “Liverpul” formasını da geyib. Premyer-liqada 634 oyuna çıxan yarımmüdafiəçi 55 qol və 87 məhsuldar ötürmə müəllifidi. Onun “Brayton”la müqaviləsinin müddəti gələn il iyunun 30-na qədərdi.
* Holann MS-nin heyətində keçirdiyi 100-cü oyunda 91-ci qolunu vurdu. Norveçli ulduzun hesabında həmçinin 15 məhsuldar ötürmə var. Yəni “Siti”dəki 100 oyuna 106 məhsuldar hərəkət sığdırıb. Bundan başqa, Holann 2022-də premyer-liqada debüt edəndən bəri avqustda 13 qol vurub. Maraqlıdı ki, “Çelsi” (11) və “Mançester Yunayted” (9) bu müddətdə həmin ayda ondan az fərqlənib.
* “Arsenal” 2024-cü ildə premyer-liqada keçirdiyi 19 oyunun 17-də qalib gəlib. Bu isə “topçular” üçün qələbə faizi (89) baxımından ən uğurlu ildi.

Reaksiyalar
Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Mən bunu gözləmirdim. Ən yaxşı formamızdan uzağıq, odu ki, 3 xal qazanmaq yaxşı nəticədi. Pis xəbər isə odu ki, irəlidə bizi 65 oyun gözləyir. Üstünlüyümüz var – birlikdə keçirdiyimiz 9-cu mövsümdü, bu üzdən bir-birimizi yaxşı tanıyırıq. Əlbəttə, düzəltməli olduğumuz səhvlər də var. Komandanın “sükanı arxasında” olmaq mənim üçün şərəfdi. Bəxtim elə gətirib ki, bundan artığını deyə bilmərəm”.

Entso Mareska, “Çelsi”nin baş məşqçisi:
“Düşünürəm ki, komandam yaxşı oynadı. Uduzmağı sevmirik. Ancaq güman edirəm ki, bu gün heç də pis oynamadıq. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq, oyunun böyük bölümündə bərabər mübarizə getdi. Bu gün “İnter”lə yoxlama oyunu ilə müqayisədə daha yaxşı təsir bağışladıq. Mənə açıq-aşkar aydındı ki, mükəmməlləşirik və doğru istiqamət üzrə hərəkət edirik”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Titul qazanıb-qazanmamağımızdan asılı olmayaraq, hər gün, hər oyunda qələbə qazanmaq arzumuzu göstərməliyik. İlk matçda həmişə necə oynayacağınla bağlı narahatlıq olur, xüsusən də çətin rəqibə qarşı. İki qol vurduq, top buraxmadıq və qalib gəldik. Bundan da yaxşı və pis günlərimiz ola bilər. Bu gün bəlkə də bir qədər fərqli şəkildə qələbə qazandıq. Ancaq oyun bunu tələb edirdi”.

Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Mənə çox yaxşı komanda və çox istedadlı oyunçular miras qalıb. Ancaq bu futbolçular anlamalıdılar ki, ilk yarıda yaxşı heç nə etmədilər (“Liverpul” 1-ci hissədə rəqib qapısına bir zərbə də vurmadı – red.). İlk yarıda hədsiz çox mübarizəni uduzduq. Futbolçularımın mübarizə apardığını görmədim, demək olar ki, bütün uzun ötürmələrdə uduzduq. İkinci yarıda “açıldıq” və yaxşı futbol oynaya bildiyimizi gördüz”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

11-04-2024, 18:0

“Arsenal” zirvəyə qayıtdı, “Luton” elitada qalmaq uğrunda mübarizəni gərginləşdirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

20-02-2024, 22:0

“Liverpul”la “Arsenal” darmadağın etdi, “Siti” xal itirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

20-03-2024, 18:0

“Tottenhem” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

20-03-2024, 23:0

“Yunayted” “Liverpul”u kubok uğrunda mübarizədən uzaqlaşdırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

25-04-2024, 19:0

“Arsenal” “Çelsi”ni darmadağın etdi

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 254
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə